Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bookmark and Share

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov öncə Azərbaycanın təhsil sistemi və görülən işlər barədə məlumat verib. Son 6 ildə ölkə Prezidentinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 mindən çox yeni məktəbin, tədris ocaqları üçün əlavə korpusların tikildiyini, əsaslı təmir olunduğunu nəzərə çatdıran nazir ölkəmizdə təhsil sahəsində əldə edilən nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticələri kimi dəyərləndirib. Təhsilimizin keçdiyi inkişaf yolundan, qazanılan uğurlardan söz açan Misir Mərdanov ölkəmizin qarşılaşdığı problemlər - Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin işğal olunması, azərbaycanlıların doğma torpaqlarından didərgin düşmələri, buradakı təhsil müəssisələrinin dağıdılması barədə də məlumat verib. Nazir təhsil müəssisələrinin İKT ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərək 1000-dən çox orta məktəbin genişzolaqlı internet şəbəkəsinə qoşulduğunu bildirib.

Misir Mərdanov qonaqlara ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, dünya təhsil sisteminə inteqrasiya yolunda aparılan islahatlar, Azərbaycanın Boloniya prosesinə qoşulması və bu istiqamətdə atılan addımlar haqqında söhbət açaraq qeyd edib ki, hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində, 7 minə yaxın əcnəbi tələbə isə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır. Nazir "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" çərçivəsində gənclərimizin müxtəlif ixtisaslar üzrə dünya universitetlərində təhsil aldıqlarını da vurğulayıb.

Hələ Sovet dövründə Azərbaycanın dünya ölkələri ilə təhsil sahəsində yaratdığı əlaqələrdən, müxtəlif ölkələrdən olan mütəxəssislərin burada çalışmalarından bəhs edən Misir Mərdanov bildirib ki, Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin qurulması xalqların bir-birini yaxından tanımasına, təhsil və elm sahəsində yeni nailiyyətlər qazanılmasına səbəb ola bilər.

Səmimi qəbul üçün təşəkkür edən Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Azərbaycana səfərindən məmnun olduğunu bildirib. U.Cammeh Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin yaradılmasına böyük önəm verdiklərini açıqlayıb və son illərdə öz ölkəsində bu sahədə görülən işləri diqqətə çatdırıb. Ali təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətlərindən söz açan qonaq qambiyalı gənclərin Azərbaycanın universitetlərində, xüsusilə Azərbaycan Dövlət Neft Akademiyasında, Milli Aviasiya Akademiyasında təhsil almalarında maraqlı olduqlarını qeyd edib. U.Cammeh iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın təşəkkül tapacağına əmin olduğunu ifadə edib.

Sonra Qambiya Respublikasının ali təhsil, tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu Tanqara öz ölkəsinin təhsil sistemi, yeni yaradılan universitetlər və digər məsələlərdən söz açıb.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Qambiyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da  iştirak edib.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov