Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi

Bookmark and Share

Aprelin 12-də Bakıdakı "Ləndmark" otelinin "Rotunda" zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, hər iki nazirliyin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər işçiləri, millət vəkilləri, bir sıra dövlət qurumlarının təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını səmimi salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verdi. Nazir müavini bildirdi ki, yekun tədbirinə yığışdıqları uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə qərarı ilə keçirilib. Müsabiqədə məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və şagirdlər arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır. Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8 yaşından 18 yaşadək uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən Elmar Qasımov onun I mərhələsinin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələsinin isə fevral-mart aylarında 9 zonada keçirildiyini söylədi. Qeyd etdi ki, Quba-Xaçmaz zonası üzrə Dəvəçi  (Şabran) rayonunda, Gəncə zonası üzrə Göygöl rayonunda, Şəki-Zaqatala zonası üzrə Şəki rayonunda, Şirvan zonası üzrə İsmayıllı rayonunda, Lənkəran-Astara zonası üzrə Cəlilabad rayonunda, Aran zonası üzrə Şirvan şəhərində, Qarabağ zonası üzrə Mingəçevir şəhərində, Naxçıvan MR üzrə Naxçıvan şəhərində və Bakı şəhəri üzrə paytaxtda keçirilən II mərhələsində 300 nəfərə yaxın məktəbli iştirak etmişdir. Bu mərhələdə I və II yerlərə layiq görülən işlər respublika mərhələsinə təqdim olunmuşdur.

Nazir müavininin verdiyi məlumatdan aydın oldu ki, respublika mərhələsində ölkənin 45 rayon və şəhərindən 195 məktəbli iştirak etmiş, onların 45 nəfəri qalib adına layiq görülmüşdür.

Elmar Qasımov tədbir iştirakçılarının diqqətinə onu da çatdırdı ki, müsabiqə texniki yaradıcılığın aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnika kimi 5 növü üzrə 15 nominasiyada keçirilmiş və münsiflər heyəti tərəfindən hər nominasiya üzrə I, II, III yerləri tutan iştirakçılar müəyyənləşdirilmişdir.

E.Qasımov müsabiqənin əhəmiyyətini xüsusi qeyd edib, onun şagirdlərin texniki yaradıcılıq sahəsində böyük istedad və qabiliyyətlərə malik olduqlarını üzə çıxardığını, bütün dövlət qurumlarının istedadlı uşaq və yeniyetmələrin inkişafına qayğı göstərməsinin vacibliyini vurğuladı.

Nazir müavini çıxışının sonunda müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib, qalibləri təbrik etdi, onlara daha böyük uğurlar arzuladı.

Sonra qaliblərə mükafatlar - diplomlar və hədiyyələr təqdim olundu.

Mükafatlandırma mərasimindən sonra təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər sərgidə nümayiş etdirilən eksponatlara baxdılar. Gördüklərinin onu sevindirdiyini bildirən təhsil naziri Misir Mərdanov son illər məktəbdənkənar təhsil müəssisələrinin inkişafına ciddi fikir verildiyini söylədi. Qeyd etdi ki, bu müəssisələr uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün çox vacibdir. Boş vaxtı və imkanı olan uşaqlar bu müəssisələrdə müxtəlif sahələrlə məşğul ola bilirlər. Bu müəssisələr həm də uşaq və yeniyetmələri cəmiyyətdə arzuolunmayan fəaliyyətlərdən çəkindirməkdə mühüm rol oynayırlar. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov