Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu

Bookmark and Share

Artıq üçüncü ildir ki, ölkəmizdə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin I mərhələsinə yekun vurulub. Təhsil Nazirliyindən aldığımız məlumata əsasən, "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək üçün 460 nəfər sənəd verib.

Müəllimlərin sənədləri  müvafiq əmsal tətbiq olunmaqla 16 göstərici üzrə 10 ballıq sistemlə qiymətləndirilib və 203 nəfər növbəti  mərhələyə buraxılıb.

Müsabiqə iştirakçıları arasında bu il də say etibarı ilə ibtidai sinif və ingilis dili müəllimləri üstünlük təşkil edirlər. Belə ki, 203 nəfərdən 47-si ibtidai sinif, 40-ı isə ingilis dili müəllimidir. İştirakçılardan 19-u tarix, 17-si Azərbaycan dili və ədəbiyyat, 16-sı riyaziyyat, 12-si coğrafiya,  10-u  biologiya,  8-i fizika, 7-si informatika, 7-si rus bölməsində rus dili, 6-sı kimya, 5-i fiziki tərbiyə, 4-ü alman dili müəllimidir. Fransız dili, Azərbaycan bölməsində rus dili, əmək hazırlığı, musiqi, təsviri incəsənət fənlərinin hər birini 1 müəllim təmsil edir.

"Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsində iştirak edən 203 müəlimin aprelin 20-dən etibarən Bakının 26 məktəbində sınaq dərslərinin dinlənilməsinə başlanılıb.

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində isə iştirak etmək üçün 123 məktəb müraciət  etmişdir. Bunlardan 49-u Bakı şəhərinin məktəbləridir. Bir məktəb (Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası) bilavasitə Təhsil  Nazirliyinin tabeliyində olandır. Yevlax, İsmayıllı ,Ağstafa və Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir və Quba rayonlarının hər birindən 3 məktəb müsabiqəyə sənəd təqdim etmişdir. Müraciət edən məktəblərin 33-ü digər rayon və şəhərlərdəndir. 

Müsabiqədə iştirak etmək üçün  sənədləri qəbul edilmiş 123 məktəbin Təhsil Nazirliyində yaradılmış işçi qrupu tərəfindən  göstəriciləri müəyyən edilmiş şərtlər daxilində müvafiq əmsallar tətbiq olunmaqla 17 parametr üzrə qiymətləndirilib və buna uyğun olaraq hər bir məktəbə bal verilib. Təşkilat Komitəsinin  qərarı ilə 123 məktəbdən 94-ü II mərhələyə buraxılıb. 

Samirə KƏRİMOVA

 
Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Samux rayonunun Çobanabdallı kəndindəki uşaq bağçası təmirdən sonra istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov