Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə
Bakının bir sıra orta məktəblərində interaktiv
seminarlar keçirilir.
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin
nümayəndələrinin də iştirak etdikləri
seminarların məqsədi orta məktəblərdə təhsil
alan şagirdlərin dünyagörüşünü artırmaq, onlara
digər dövlətlər, beynəlxalq qurumlar haqqında
geniş məlumat verməkdir.
Bu dəfə seminar Suraxanı rayonundakı 2 nömrəli
uşaq evində olmuşdur. Şagirdlərlə görüşə gələn
Macarıstanın Azərbaycandakı səfirinin müşaviri
Yolton Bac ölkəsi haqqında məlumat vermiş,
dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrindən
danışmışdır.
Macarıstanın bir sıra beynəlxalq qurumların üzvü
olduğunu deyən diplomat, ölkəsinin təhsil
sisteminin də yüksək səviyyədə inkişaf etdiyini
vurğulamışdır.
Sonda Y.Bac uşaqların suallarını
cavablandırmışdır.
AzərTAc |