Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - ¹15

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli  ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli, 67 nömrəli  


QƏRARINI ELAN EDİRƏM: 

"Azərbaycan Respublikası Nazirlər Kabineti 

QƏRAR

¹ 67

Bakı şəhəri, 14 aprel 2010-cu il 

Pedaqoji profilli  ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.27-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  

QƏRARA ALIR: 

1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi  təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilsin.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödənilsin.

2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

3.1.hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim  etsin.

3.2.gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görsün.

4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin "Yerli xərclər"inin "Təhsil xərcləri" bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" 2004-cü  il 22 iyun tarixli, 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N 6, maddə 500; 2006-cı il, N 4, maddə 376) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" 2004-cü  il 22 iyun tarixli, 85 nömrəli qərarına  əlavələr və dəyişikliklər edilməsi barədə" 2006-cı il 17 aprel tarixli, 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N 4, maddə 376) qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  

A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
 

Həmin qərarın icrası ilə əlaqədar  

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli  ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarı rəhbərlik və icra üçün əsas götürülsün.

2. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:

2.1. pedaqoji ixtisaslar üzrə bitirən məzunları bu qərarla yaxından tanış etsinlər, məzunların ciddi tələbat olan bölgələrdə əmək fəaliyyətinə başlamalarının və qərarın dövlət əhəmiyyəti barədə onlar arasında geniş izahat işi aparsınlar.

2.2. dövlət sifarişi üzrə iş yerlərini geniş aşkarlıq şəraitində məzunlara təklif etsin və onların mövcud qaydalarla yanaşı, ilk növbədə, daimi yaşayış yerlərinə göndərilməsinə üstünlük verilsin.

3. Rayon təhsil şöbələrinə tapşırılsın:

3.1. bu qərarın icrası ilə əlaqədar bütün ümumi təhsil müəssisələrinin rəhbərləri ilə geniş müşavirə keçirsin və ətraflı izahat işləri aparsın.

3.2. gənc mütəxəssislər üçün bu qərarın I və II maddələrində nəzərdə tutulmuş tədbirlər üçün maliyyə vəsaitinin vaxtında büdcəyə daxil edilməsi məqsədilə qabaqcadan müvafiq proqnozlaşdırma işlərini, eləcə də vəsaitin ayrılması və paylanması üzrə yerli maliyyə orqanları ilə əlaqəli fəaliyyəti həyata keçirsinlər. Nəzərə alınsın ki, bu qərara uyğun stimullaşdırıcı tədbirlər üçün maliyyə vəsaitinin "Yerli xərclər"inin "Təhsil xərcləri" bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

3.3. pedaqoji kadrlara olan tələbatın hər bir məktəbin adı, rayon mərkəzindən yerləşdiyi məsafəsi, konkret fənn üzrə dərs saatlarının miqdarı dəqiq göstərilməklə düzgün müəyyənləşdirilməsini, dövlət sifarişinin və bu sifarişə uyğun əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər barədə məlumatın  vaxtında və həmin kontingent haqqında hesabatın hər tədris ilinin sonunda nazirliyə təqdim olunmasını təmin etsinlər.

3.4. gənc mütəxəssislərin vaxtında iş yerləri ilə təmin olunmasına məsuliyyət daşısın, onlara lazımi diqqət və qayğı göstərsin, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin artırılması və ipoteka kreditlərinin verilməsində  yerli icra hakimiyyəti qarşısında vəsatətlər qaldıraraq həmin  məsələlərin müsbət həllinə nail olsunlar.

4. Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə (F.Qədirov) tapşırılsın:

4.1. hər il iyul ayının 1-dən gec olmayaraq növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə məlumatın vaxtında Azərbaycan Respublikası Maliyyə  Nazirliyinə təqdim olunmasını təmin etsin.

4.2. bu qərarın icrası, habelə pedaqoji kadr təminatının tənzimlənməsi ilə əlaqədar yerlərdə ətraflı izahat işləri aparsın, həm pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinə, həm də təhsilin yerli idarəetmə orqanlarına əməli köməklik göstərsin.

5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
20 aprel 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - ¹15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Samux rayonunun Çobanabdallı kəndindəki uşaq bağçası təmirdən sonra istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov