Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib

Bookmark and Share

Aprelin 16-da Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəblərin direktorları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Nazir "Ən yaxşı müəllim" müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Həmin məqsədlə Bakı şəhərində 26 məktəbin seçildiyini nəzərə çatdıran Misir Mərdanov məlumat verib ki, bu il müsabiqəyə 460 nəfər sənəd verib, onlardan 203 nəfəri müsabiqənin II və III mərhələsində iştirak etmək hüququ qazanıb. Təhsil naziri sınaq dərslərinin 20-23 aprel tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Misir Mərdanov hər bir fənn üzrə sınaq dərslərinin keçirilmə tarixi və yeri barədə söz açaraq, məktəb direktorlarına sınaq dərslərinin keçirilməsinə hərtərəfli şərait yaradılması və bu işin mütəşəkkil təşkil olunmasına dair tapşırıqlar verib. 

***

Aprelin 19-da Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq öncə müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak  etmək hüququ qazanmaları münasibətilə təbrik edib və hamıya sağlam rəqabətə əsaslanan bu müsabiqədə uğurlar arzulayıb. Nazir ölkəmizin yüksək biliyə, bacarığa malik müəllimlərinin, eləcə də öz uğurları ilə tanınan, sayılıb-seçilən məktəblərinin həmin müsabiqənin qalibi olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri Misir Mərdanov müsabiqənin təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını və iştirak etmək üçün sənəd verənlərin sayının ilbəil artdığını qeyd edib. "Ən yaxşı müəllim" müsabiqəsinə, hər il olduğu kimi, bu il də böyük məsuliyyətlə yanaşıldığını deyən nazir müsabiqədə iştirak etmək üçün sənəd təqdim edənlər və növbəti mərhələyə vəsiqə qazananlar haqqında statistik məlumatları diqqətə çatdırıb. Təhsil naziri sınaq dərsi deyəcək müəllimlərə bir sıra tövsiyələrini verib, aparacaqları dərslərdə öz bilik və bacarıqlarını tam nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.

Nazir Misir Mərdanov bildirib ki, hər bir sınaq dərsi videolentə alınacaq, dərslərin təhlili müəllimlərin öz  iştirakı ilə aparılacaqdır. Təhsil naziri bu mərhələ başa çatdıqdan sonra  müəyyən olunmuş müddətdə  Təşkilat Komitəsinin iclasında müəllimlərin 10 dəqiqəlik təqdimatlarının dinləniləcəyini  və təqdimatlarda onların fəaliyyətlərinin əsas istiqamətlərinin, uğurlarının, həmin uğurlara necə nail olmalarının, rəy və təkliflərinin  öz əksini tapmalı olduğunu söyləyib.

Görüşün sonunda nazir Misir Mərdanov müsabiqə iştirakçılarını maraqlandıran suallara cavab verib.  

***

Həmin gün Təhsil Nazirliyində müsabiqə iştirakçılarının deyəcəkləri sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə də görüş keçirilib. Nazir Misir Mərdanov bildirib ki, müsabiqə iştirakçılarının sınaq dərslərini dinləyib qiymətləndirmək üçün  təcrübəli təhsil işçilərindən, nazirliyin və ona tabe qurumların əməkdaşlarından, ötən ilki müsabiqələrin qalibləri olan müəllimlərdən ibarət ekspert komissiyaları yaradılıb. Bu zaman fənlər üzrə müsabiqə iştirakçılarının sayı nəzərə alınıb və daha çox müəllimin iştirak etdiyi ibtidai sinif, ingilis dili, tarix, dil-ədəbiyyat fənləri üzrə bir neçə ekspert komissiyası yaradılıb. Ekspert komissiyalarının əksəriyyətinin 3, bəzilərinin 4, bir neçə komissiyanın isə 2 nəfərdən təşkil olunduğunu diqqətə çatdıran nazir sınaq dərslərinin qiymətləndirilməsi qaydası ilə də ekspertləri tanış edib.

Misir Mərdanov qiymətləndirmə proseduru barədə də danışaraq bildirib ki, müəyyənləşdirilmiş qaydaya əsasən ekspertlərin hər meyar üzrə verdikləri qiymətlər (ballar) toplanır, alınan rəqəm ekspertlərin sayına bölünür. Bundan alınan rəqəm isə yenidən meyarların sayına, yəni 12-yə bölünür. Həmin nəticə sınaq dərsi deyən müəllimin yekun nəticəsi hesab olunur. Nəticələr elə həmin gün də müəllimlərə elan olunur.

Nazir qiymətləndirmə zamanı əsas məsələlərdən birinin obyektivliyin gözlənilməsi olduğunu vurğulayıb. Ekspertlərə bu prinsipə əməl etməyi, ədalətli olmağı, dərslərin dinlənilməsi zamanı dəqiq qeydiyyat aparıb tutulan iradlara müəllimləri inandıra bilməyi, dərs dinlənilərkən müəllimin işinə heç bir halda müdaxilə etməməyi tövsiyə edib.

Təhsil naziri ekspertlərə dərslərin dinlənilməsi və qiymətləndirilməsi zamanı gözlənilməsi vacib olan bir sıra məsələlərlə bağlı tapşırıqlar da verib. 

B.CAVADLI,
S.KƏRİMOVA,
Y.ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov