Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"

Bookmark and Share

Aprelin 21-də Yasamal rayonundakı 60 nömrəli məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Təhsil müəssisələri və media: qarşılıqlı münasibətlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın idarə heyətinin üzvləri, qəzet redaktorları, paytaxtın bəzi məktəb direktorlarının iştirak etdiyi tədbirdən öncə qonaqlar 60 nömrəli məktəblə tanış olub, müasir metodlarla aparılan dərslərdə iştirak ediblər.  Daha  sonra  təhsil  müəssisələri  ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı təmsil olunduğu idarənin mətbuatla sıx əməkdaşlıq etdiyini və bu sahədə görülən işləri diqqətə çatdırıb, mövcud problemlərdən söz açıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov təhsil müəssisələri ilə media arasında əlaqələrin daha da genişləndirilməsinin, təhsildən yazan jurnalistlərin bu sahədəki problemlərin həllinə yardımçı olmalarının vacibliyinə toxunub, həmçinin rəhbəri olduğu təşkilatın Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlığından danışıb. Sonra Mətbuat Şurasının sədri ölkənin və cəmiyyətin inkişafı üçün strateji istiqamətlərdən biri olan təhsil sahəsinə xüsusi önəm verilməsini media rəhbərlərinə və jurnalistlərə tövsiyə edib. Azərbaycan təhsilində görülən işləri yüksək dəyərləndirən Ə.Amaşov ictimaiyyətin bu istiqamətdə mütəmadi olaraq məlumatlandırılmasının zəruri olduğunu bildirib.

Təhsil naziri Misir Mərdanov müzakirə edilən məsələnin əhəmiyyətinə diqqət çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. Nazir onu da qeyd edib ki, mətbuatla əməkdaşlıq bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların müsbət nəticələnməsinə təkan verir. Belə müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edən nazir mətbuat nümayəndələri və qəzet redaktorlarının ucqar kənd məktəblərinə getmələri, buradakı təhsil şəraiti ilə yaxından tanış olmaları təklifi ilə çıxış edib.

"Azərbaycan" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov Azərbaycan jurnalistikasının bugünkü durumu haqqında iştirakçılara geniş məlumat verib, Mətbuat Şurasının "qara siyahı"sında olan kütləvi informasiya vasitələrinə qarşı mübarizədə dövlət qurumları və jurnalistlərin birgə mübarizə aparmasının məqsədəuyğun olduğunu bildirib. Daha sonra B.Sadıqov ziyalıları, təhsil müəssisəsi rəhbərlərini ictimai fəallığın artırılmasına və sıx əməkdaşlığa dəvət edib, rəhbərlik etdiyi qəzetin təhsil sahəsinə diqqət göstərdiyini və bu işin davamlı olacağını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, rəhbərlik etdiyi qurumun kütləvi informasiya vasitələri ilə birgə gördüyü işlərdən danışıb, fondun təsdiq etdiyi proqram və layihələrdə təhsil sahəsinə xüsusi önəm verildiyini və müvafiq istiqamətdə görülən işlərin bundan sonra da gücləndiriləcəyini diqqətə çatdırıb.

Sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında "reket qəzet"lərlə mübarizə üzrə işçi qrupuna rəhbərlik etdiyini, istər təmsil olunduğu qəzetdə, istərsə də Mətbuat Şurasında təhsil sahəsinə yüksək diqqətlə yanaşıldığını qeyd edib.

"Dəyirmi masa"da çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə nazirliklə kütləvi informasiya vasitələri arasındakı münasibətlərdən söz açıb, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması üçün rəy və təkliflərini bildirib.

Tədbirdə çıxış edən məktəb direktorları bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri ətrafında danışıblar.

Sonda təhsildən yazan jurnalistlərin ixtisasının artırılması, Təhsil Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə müsabiqə təşkil etməsi barədə müzakirələr aparılıb və tədbirlər planı hazırlamaq məqsədilə işçi qrup yaradılıb.

Tədbirdə iştirakçılara Mətbuat Şurasının "reket mətbuat" elan etdiyi və 94 qəzetin yer aldığı "qara siyahı" təqdim edilib.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov