Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu

Bookmark and Share

Aprelin 21-də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Təhsil Nazirliyində keçirilən tədbirdə müvafiq struktur bölmələrinin rəhbərləri, respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən şahmat məktəblərinin direktorları, son beynəlxalq yarışlarda böyük ustalıq nümayiş etdirən məktəblilər və onların məşqçi-müəllimləri iştirak edirdilər.

Tədbiri açaraq iştirakçıları salamlayan təhsil nazirinin müavini Elmar Qasımov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının həmişə dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu dedi.

Nazir müavini qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə bu sahənin inkişafına daim xüsusi diqqət və qayğı göstərilib və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Hər il müxtəlif idman növləri üzrə Bakıda təşkil edilən beynəlxalq tədbirlər və idmançılarımızın yarışlarda əldə etdikləri yüksək nəticələr buna əyani sübutdur.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının bu sahədə yeni-yeni nailiyyətlərin qazanılmasına zəmin yaratdığını deyən Elmar Qasımov bildirdi ki, sənəd qəbul edildikdən sonra ölkədə şahmat hərəkatı yeni vüsət almış, şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təmin olunması və s. istiqamətlərdə mühüm tədbirlər həyata keçirilməyə başlanmışdır.

Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan, Samux, Xızı, Yevlax, Xaçmaz, Neftçala və Şamaxı şahmat məktəblərinin açılış mərasimlərində  iştirak etmişdir.

Nazir müavini tədbirdəki çıxışında daha sonra yetirmələrinin uğurlu göstəriciləri ilə fərqlənən, habelə zəif nəticələr göstərmiş məktəblər haqqında məlumatı diqqətə çatdırdı, bu sahədəki problemlərdən danışdı.

Şahmat məktəblərinin direktorlarına ölkəmizdə bu sahənin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində müvafiq tapşırıqlar verildi, görüləcək işlər və qarşıda duran vəzifələrdən söz açıldı. Elmar Qasımov bu yaxınlarda Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatında həmyerlilərimizin 24 komanda arasında birinci yeri tutmasını böyük uğur adlandırdı.

Nazir müavini beynəlxalq yarışda Azərbaycanın adını ləyaqətlə təmsil etmiş məktəblilərə minnətdarlığını bildirərək gələcəkdə yeni-yeni nailiyyətlər qazanmağı arzuladı və onlara Təhsil Nazirliyinin diplomunu təqdim etdi.

Tədbirdə, eyni zamanda son dövrlərdə keçirilmiş digər beynəlxalq yarışlarda qalib gələn şahmatçılara, eləcə də yüksək göstəriciləri ilə fərqlənən bir qrup uşaq-gənclər şahmat məktəbinin direktoruna Təhsil Nazirliyinin diplomları təqdim olundu. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov