Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans

Bookmark and Share

Aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qafqaz Universiteti və Təhsil Problemləri İnstitutu birlikdə "Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans keçirdi.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Yusif Məmmədov qeyd etdi ki, təhsildə keyfiyyətin idarəedilməsi və akkreditasiya hazırda  respublikamızın ali təhsil müəssisələri üçün aktual məsələlərdən biridir. Konfransın keçirilməsində əsas məqsəd də bu sahədə mövcud vəziyyətin təhlili, universitetlərimizin təcrübəsi və beynəlxalq təcrübə barədə fikir mübadiləsinin aparılması, yeniliklərin təbliği və qarşıda duran vəzifələrin müəyyən edilməsidir.

Sonra söz Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədova verildi.

Təhsil naziri Misir Mərdanovun salamlarını  tədbir iştirakçılarına çatdıran Aparat rəhbəri belə konfransların keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu vurğulayaraq bildirdi ki, təhsil sahəsində çalışan mütəxəssislərin bir yerə yığışaraq belə məsələləri müzakirə etməsi hər şeyi üzə çıxarır. Bildiyiniz kimi, ən inkişaf etmiş ölkələrdə də təhsil hər zaman yeniləşir. Ölkəmizin Prezidenti qeyd edir ki, təhsil prioritet sahədir. Elə buna görədir ki, təhsil sahəsində artıq 15 dövlət proqramı mövcuddur və bu proqramlar uğurla həyata keçirilir.

İ.Pirməmmədov daha sonra çıxışında Azərbaycanın ali məktəblərinin Boloniya prosesinə qoşulmasından, təhsildə keyfiyyəti təmin etmək üçün qarşıda duran vəzifələrdən, ali məktəblərin akkreditasiyasının vacibliyindən və s. məsələlərdən ətraflı bəhs etdi.

Konfransda daha sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri, professor Həbib Zərbəliyev mövzu ətrafında çıxış etdilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında bir gün davam edən konfrans "Ali təhsildə keyfiyyətin idarəedilməsi" və "Ali təhsildə akkreditasiya, monitorinq və qiymətləndirmə məsələləri" mövzuları ilə bağlı 2 bölmədə professorlar Əjdər Ağayev və Əmrulla Paşayevin sədrliyi ilə davam etdirildi. Həmin bölmələr üzrə 14 məruzə dinlənildi. Məruzələrdən 10-u azərbaycanlı, 4-ü isə türkiyəli alimlər  tərəfindən edildi.

Ədalət DAŞDƏMİRLİ

 
Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov