Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

R.Məmmədzadə - 80

Yaradıcı təhsil işçisi, fəal ictimai xadim

Bookmark and Share

Respublikanın mədəni, ictimai və siyasi həyatında özünəməxsus yeri olan, görkəmli ziyalı, bacarıqlı təşkilatçı, öz şüurlu həyatını xalqımızın xoşbəxt gələcəyi və maariflənməsi işinə həsr etmiş, mənalı ömür sürmüş alim və təhsil xadimi, professor Ramiz Məmmədzadənin anadan olmasının 80 ili tamam olur. Ramiz Hüseynqulu oğlu Məmmədzadə 1930-cu il aprel ayının 11-də Bakı şəhərində neftçi ailəsində dünyaya göz açmışdır.

Ramizin atası Hüseynqulu kişi mükəmməl təhsilə malik olmasa da, təhsilə, maarifə diqqət və qayğı ilə yanaşırdı. O, bir neçə dildə mükəmməl danışırdı, öz dövrünün görkəmli ziyalıları və dövlət xadimləri olan N.Nərimanov, M.Ə.Rəsulzadə, A.Şaiq və digər şəxslərlə dostluq münasibətlərində olmuşdur. Belə bir mühitdə, ailədə boya-başa çatmaq Ramizin həyatında və formalaşmasında mühüm rol oynamışdır.

Ramiz Məmmədzadə birinci sinfə Bakı şəhərinin 134 nömrəli məktəbinə getdi, 1947-ci ildə orta təhsilini indiki 1 nömrəli məktəbdə başa vurdu. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olub, 1952-ci ildə oranı bitirdi.

Tələbəlik illərində Ramiz dərin biliyi, hazırlığı və fəallığı ilə fərqlənmişdi. Görkəmli elm xadimləri, dövrün tanınmış alimləri Makovelski, Mikayıl Rəfili, Mir Cəlal Paşayev, Rəsul Rüstəmov, Məmmədəli Məhərrəmov onun inkişafına əhəmiyyətli təsir göstərmişlər.

Universiteti bitirəndə istedad və hazırlığını nəzərə alıb onu aspiranturada saxlamaq istədilər, lakin mərkəzdən - Moskvadan yer ayrılmadığına bu plan baş tutmadı. Ramizə Gəncədə iş təklif olundu. Lakin imkanı olmadığına görə o, etiraz etdi: ailə qurmuşdu, həyat yoldaşı tələbə idi, anası onun himayəsində idi.

Təbiətən fəal və çalışqan olan R.Məmmədzadə 1953-cü ildə Molotov rayonunda (indiki Qaradağ) iş tapdı. Rayonun Korgöz qəsəbəsindəki uşaq evində tərbiyəçi işləməyə başladı. Psixoloji bilikləri onun köməyinə gəldi. Eyni zamanda qəsəbədəki natamam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirdi.

Ramiz müəllim uşaq evində atasız-anasız, kimsəsiz uşaqlara mənəvi dayaq olur, məktəbdə müəllim kimi fəaliyyət göstərirdi. Qaynar təbiətli Ramiz müəllim bunlarla kifayətlənmirdi. Onun təklifi və təşəbbüsü ilə işlədiyi iki müəssisədə çalışan komsomolçuların ilk təşkilatı yaradıldı və Ramiz Məmmədzadə təşkilatın rəhbəri (katibi) seçildi. Bu, Ramiz Məmmədzadənin həyatında və karyerasında dönüş nöqtəsi oldu.

R.Məmmədzadə 1953-cü ilin noyabrında rayon komsomol komitəsinin birinci katibi seçildi, bir qədər sonra rayon partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Rayon partiya komitələrində şöbələr ləğv edildiyinə görə o, Qaradağ Neft Trestin 9-cu mədəninə azad partiya təşkilatı katibi göndərildi.

R.Məmmədzadənin avtobioqrafiyasına Bakı şəhər Partiya Komitəsinin də izi düşüb. 1958-ci ildə komitənin təşkilat şöbəsinə təlimatçı vəzifəsinə təyin edildi. Bu vəzifədə 2 il işlədikdən sonra 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin İnformasiya bölməsinin müdiri vəzifəsinə irəli çəkildi. 1962-ci ildə Azərbaycan KP MK-nın bürosunun qərarı ilə Sumqayıt şəhər Partiya Komitəsinə ideoloji işlər üzrə ikinci katib vəzifəsinə göndərildi.

Ramiz Məmmədzadə böyük və cavan şəhərin müəssisələrində olur, partiya fəalları ilə görüşür, özünə hörmət qazanır, sayılıb-seçilir.

Ölkədə yaranmış vəziyyət - iqtisadi çətinliklər, ərzaq qıtlığı Sumqayıtdan da yan keçməmişdi. Çörək, kartof, başqa ərzaq məhsulları çatışmırdı. Bu səbəbdən Sumqayıtda baş vermiş iğtişaş məhz cavan katib Ramiz Məmmədzadənin məsələyə düşünülmüş münasibəti sayəsində düzgün həllini tapdı. İğtişaşla bağlı Sumqayıta gələn Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Heydər Əliyevlə ilk görüş Ramiz müəllimin həyatında dərin izlər buraxdı. Heydər Əliyev görüş zamanı Ramiz Məmmədzadənin fəaliyyətini təqdir edərək demişdir: "Ondan yaxşı çekist olar". Və çox çəkmədi ki, bu fikir gerçəkləşdi.

Həmin dövrdə Sov. İKP MK Siyasi Bürosu təhlükəsizlik orqanlarını partiya fəalları hesabına möhkəmləndirmək haqqında qərar qəbul etdi. Azərbaycan DTK-nın sədri general Heydər Əliyevin təklifi ilə R.Məmmədzadə komitənin yeni yaranmış 5-ci əks-kəşfiyyat şöbəsinə rəis təyin olundu və ona podpolkovnik rütbəsi verildi.

1969-cu ilin avqust ayında Azərbaycan KP MK-nın tarixi avqust konfransı keçirildi. Artıq birinci katib seçilmiş Heydər Əliyev respublikada görüləcək işləri, kadrları partiya prinsipləri ilə seçib yerləşdirmək, xalq təsərrüfatına partiya rəhbərliyini yaxşılaşdırmaq, respublikanın inkişafı istiqamətlərini müəyyənləşdirmişdi. Bu işlərdə ona təcrübəli, sədaqətli partiya işçiləri kömək ola bilərdi. Bu məqsədlə Ramiz Məmmədzadə MK-nın, əvvəlcə inzibati orqanlar şöbəsinə, sonra isə təşkilat şöbəsinə müdir təyin olundu.

1973-cü ildə R.Məmmədzadə Moskvaya işə çağırıldı, Sov. İKP MK-nın təşkilat şöbəsinin inspektoru təyin olundu. Bryansk, Kostroma və Yaroslavl vilayətləri üzrə inspektor təyin edildi. Böyük sənaye və kənd təsərrüfatı rayonları olan bu vilayətlərin partiya təşkilatları üzərində nəzarət və rəhbərlik ona çox şey öyrətdi, daha da yetişməsinə kömək etdi. O, Moskvada işləyərkən Azərbaycan SSR Ali Sovetinə deputat seçildi. R.Məmmədzadə 1976-cı ilin fevralında keçirilən qurultayda Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi təyin olundu. Bu vəzifədə 1978-ci ilin avqustuna qədər çalışdı.

Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin tapşırığı ilə həmin ildə o, Respublika Texniki Peşə Təhsili Komitəsi sədrinin müavini vəzifəsinə göndərildi. 1984-cü ilə qədər respublikanın ixtisaslı fəhlə kadrları ilə təmin olunması, peşə təhsili sistemində tədris-metodik işlərin təşkili sahəsində bilik, bacarıq və əməyini əsirgəmədi. Tutduğu vəzifənin ixtisara düşməsi ilə bağlı işdən azad edilən R.Məmmədzadəyə müxtəlif təşkilatlarda rəhbər vəzifələr təklif olundu. O, bunların arasından pedaqoji sahəyə rəhbərliyi seçdi: onu Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna direktor vəzifəsinə təyin etdilər.

1997-ci ildə öz xahişi ilə vəzifəsindən azad olunan R.Məmmədzadə Təhsilin təşkili və idarə edilməsi kafedrasına müdir vəzifəsinə təyin edildi və hazırda həmin kafedra fəaliyyətini uğurla davam etdirir. İnstitutun direktoru (rektoru) və kafedra müdiri vəzifəsində çalışdığı əsrin dörddə birindən - 25 ildən artıq müddətdə ölçüyəgəlməz işlər görmüşdür:  

          vaxtilə maddi-texniki və tədris bazasının olmaması üzündən müxtəlif ali məktəblərə səpələnmiş təhsil sistemində çalışan pedaqoji işçilərin ixtisasartırma təhsilinin vahid mərkəzdə birləşdirilməsi, vahid tədris-metodik mərkəzin yaradılması;

          müasir tipli institut binası və 300 yerlik "Maarif" sanatoriya-profilaktoriya binasının istifadəyə verilməsi və avadanlıqla təchizi;

          tədrisin keyfiyyətini yüksəltmək məqsədilə kafedraların yaradılması, ixtisasartırma fakültələrinin təşkili,  tədris-metodik kabinetlərin modernləşdirilməsi, kadr potensialının gücləndirilməsi;

          nəşriyyat-poliqrafiya bazasının yaradılma

sı;

          informatika və hesablama texnikası mərkəzinin yaradılması;

          institutda struktur dəyişikliklərin aparılması, mövcud institutun bazasında birinci kateqoriyalı ixtisasartırma və yenidənhazırlanma institutunun yaradılması;

          pedaqoji kadrların yenidənhazırlanma təhsilinin təşkili;

          institutun regional struktur bölmələrinin (Şəki, Lənkəran, Şuşa filialları, Göyçay, Bərdə, Quba Tədris-məsləhət məntəqələrinin yaradılması);

          ixtisasartırma təhsilinin "Baş sxemi"nin hazırlanması, onun ərazi prinsipi üzrə planlaşdırılması  və təşkil edilməsi;

          Yaradıcı Müəllimlər Assosiasiyasının yaradılması; Beynəlxalq Yaradıcı Müəllimlər İttifaqının təsisi və qurultayının keçirilməsi, onun prezidenti kimi fəaliyyətinin istiqamətləndirilməsi;

          yaradıcı fəaliyyət göstərən müəllimlərə, alim, dərslik müəllifləri və metodistlərə illik fəaliyyətinin nəticələrinə görə "Akademik M.Mehdizadə adına mükafat"ın təsisi;

          İxtisasartırma və Yenidənhazırlanma təhsili üzrə Respublika Tədris-Koordinasiya Şurasının sədri olmaqla onun fəaliyyətinə rəhbərlik etmək;

          ümumtəhsil məktəb müəllimlərinin Respublika Attestasiya Komissiyasına qurum sədrinin müavini kimi rəhbərlik etmək;

          ixtisasartırma təhsili sahəsində  qabaqcıl iş təcrübəsi olan ölkələrin (Rusiya, Belorus, Ukrayna, Finlandiya, Almaniya və s.) təcrübəsinin öyrənilməsi və tətbiqi;

          SSRİ-də fəaliyət göstərən 193 ixtisasartırma təhsil müəssisəsi arasında ən yüksək nailiyyətlərinə görə  institutun keçici Qırmızı Bayrağa layiq görülməsi;

          bazar iqtisadiyyatı şəraitində iqtisadi təhsilin təşkili sahəsində Almaniya və ABŞ mütəxəssislərinin birgə treninqlərinin keçirilməsi, respublikanın ümumtəhsil məktəblərində "İqtisadiyyatın əsasları" fənninin tədrisinin həyata keçirilməsi və dərs vəsaitlərinin hazırlanması;

          respublika ali məktəbləri içərisində ilk və yeganə "Təhsilin təşkili və idarə edilməsi" kafedrasının təşkili və ona rəhbərlik;

          "Təhsil menecerlərinin hazırlanması Konsepsiyası"nın hazırlanması və həyata keçirilməsi;

          praktik müəllim hazırlığının   həyata keçirilməsini təmin etməyə xidmət edən "Təhsilin əsasları" fənninin tədrisi və institutda onun mərkəzinin yaradılması və s. 

Ramiz müəllim rəhbərə xas olan səriştəyə malik bir şəxsdir. Kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq, başladığı işi mütləq başa çatdırır. Bu məqsədlə hərtərəfli hazırlıq işləri aparır, mövcud maneələri aradan qaldırır, əlaqədar təşkilatlar və şəxslərlə danışıq aparır, müvafiq sənəd və materialları tərtib edir, əsaslandırılmış təkliflər verir, bu yolla problemi həll edir.

Professor R.Məmmədzadə yaradıcı, öz üzərində müntəzəm çalışan və bunu başqalarından da tələb edən bir insandır. 54 yaşında dissertantlığa qəbul olunub, qısa bir müddət ərzində "Müəllimin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi yolları"na həsr olunmuş namizədlik dissertasiyasını Tbilisi şəhərində müdafiə edib pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. O, pedaqoji problemlərlə bağlı aktual mövzularda məqalə, kitab, monoqrafiya, dərs vəsaitləri və s. çap etdirib, dosent və professor elmi adlarını alıb. Ramiz müəllim Təhsilin təşkili və idarə edilməsi üzrə müstəqil Azərbaycan Respublikasının ilk professorudur. Onun yazdığı "Müəllimin peşə etikası", "İdarəetmə mədəniyyəti", "Xeyir və Şər arasında", "Valdorf məktəbi", "İxtisasartırma təhsili", "Keçid dövrünün etik problemləri", "Konfliktlər, ailələr, məktəblilər", "Andrqogikaya giriş", "İqtisadiyyatın əsasları", "Təhsilin idarə edilməsinin bəzi problemləri" və s. onlarla elmi-metodik nəşr təhsil işçilərinin stolüstü kitabıdır.

Ramiz müəllimdə strateji əhəmiyyəti olan məsələlərlə bağlı ideyalar, fikir söyləmək qabiliyyəti güclüdür. O, hər hansı bir məsələ ilə əlaqədar uzunmüddətli proqnoz apara, proqram xarakterli göstərişlər verə, istənilən çətin vəziyyətdən çıxış yolu tapa bilir. Müəllimləri Təkmilləşdirmə İnstitutu üçün eksperimental məktəb adı altında mərhum maarif naziri, korifey pedaqoq, akademik Mehdi Mehdizadənin təşəbbüsü ilə tikintisinə başlanmış tədris korpusu və "Maarif"  sanatoriya-profilaktoriya binasının tikintisi, demək olar ki, dayanmışdı. Ramiz müəllimin nüfuzu və gərgin zəhməti hesabına binanın tikintisi "buraxılış obyekti" elan edildi və qısa müddətdə başa çatdırıldı, hər iki korpus lazımi mebel, avadanlıq və digər vasitələrlə yüksək səviyyədə təmin olundu, dinləyicilərin təhsili, yaşayışı və istirahəti üçün hər cür şərait yaradıldı.

Ramiz müəllimdən çox şeyi öyrənmək olar. Onda perspektivi görmək, görüləcək işləri proqnozlaşdırmaq, strateji məsələləri düzgün qiymətləndirmək bacarığı çox yüksəkdir. Bəzən onun fikirləri xəyal kimi görünür. Lakin müəyyən müddətdən sonra onlar reallığa çevrilir. Respublika üzrə ixtisasartırma və təkmilləşdirmə sisteminin vahid mərkəzdə birləşdirilməsi, onun vahid mərkəzinin yaradılması, ixtisasartırma təhsil müəssisələrində tədris-metodika kafedraların yaradılması və kafedral sistemə keçilməsi, fakültələr yaradılması, dinləyicilərin biliklərinin qiymətləndirilməsi, ixtisasartırma təhsilində dinləyici tələbatının öyrənilib ümumiləşdirilməsi və nəzərə alınması, kurslarda müasir təlim texnologiyalarının tətbiqi və s. bu qəbildən olan məsələlərdir.

Professor R.Məmmədzadənin müsbət keyfiyyətlərini sadalamaqla qurtarmaz: o, nüfuzlu rəhbərdir, mahir təşkilatçıdır, bacarıqlı təhsil qurucusudur, fəal ictimai xadimdir, zəhmətsevər, obyektiv və halal insandır, tələbkar, ciddi, qayğıkeşdir, mehriban, sədaqətli, dəyanətli dost, yolgöstərən, xeyirxah, kömək əli uzadan şəxsdir, nümunəvi keyfiyyətlərə malik kamil bir şəxsiyyətdir, görkəmli natiqdir, yaradıcı pedaqoqdur, nümunəvi ailə başçısıdır, müdrik el ağsaqqalıdır, nəsillərə nümunə və örnəkdir.

İnsan axtarırsa, düşünürsə, yaradırsa dünya dəyişir, gözəlləşir, ülviləşir. Ramiz müəllim ömrünün müdrik çağında həvəslə, inamla, var qüvvəsi ilə çalışır. Ölkə Prezidenti İlham Əliyev cənablarının təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində bir vətəndaş, bir alim, bir müəllim, bir ziyalı kimi əməyini əsirgəmir.

İşlədiyiniz təhsil müəssisəsinin yaşıdı olan Ramiz müəllim! 80 yaş nədir ki?! 100 yaşınızda görüşənədək. 

Atəş ABDULLAYEV,

Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər
namizədləri, dosentlər

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov