Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

125 yaşlı Tuğ kənd məktəbi

Bookmark and Share

Maarifçilik hərəkatının getdikcə genişləndiyi, mütərəqqi fikirli ziyalıların yeni tipli məktəblərin açılması uğrunda mübarizəsinin təkidli xarakter aldığı XIX əsrin 80-ci illərində çarizmin güzəştə gedərək keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan ərazisində fəaliyyətə başlamış məktəblərdən biri də Xocavənd rayonundakı Tuğ kənd orta məktəbidir. Zəngin tarixə, mütərəqqi ənənələrə malik həmin təhsil ocağının bu günlərdə 125 yaşı tamam olur.

Rəsmi sənədlərdə Tuğ kənd orta məktəbinin 1885-ci ildə yaradılması göstərilir. Lakin bir çox mənbələrdən məktəbin 1883-cü ildən fəaliyyət göstərməsi məlumdur. Pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun "XIX əsr Azərbaycan məktəbi" kitabında qeyd edilir ki, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları artdıqca xalq məktəblərinin sayı artırdı. 1880-ci illərdə Zəngəzur qəzasının Qubadlı, Naxçıvan qəzasının Böyük Vedi, Nuxa qəzasının Aşağı Köynük və Qoxmux, Gəncə qəzasının Goran, Qaraçilər və Zəyəm, Qazax qəzasının Yuxarı Şıxlı, Cavanşir qəzasının Sarov, Cəbrayıl qəzasının Hadrud, Şuşa qəzasının Gülablı, Tuğ və Hindarx kəndlərində də bir və ikisinifli xalq məktəbləri açıldı.

Digər bir mənbədə - Rusiya İmperatoru II Aleksandrın 1883-cü ildə imzaladığı bir sənəddə isə qeyd olunur ki, 1850-ci illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki şərq məktəbinə (mollaxana) ikiklaslı rus-Avropa tipli məktəb statusu verilsin.

1904-cü ildə imzalanmış başqa bir sənəddə isə deyilir: "1883-cü ildən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki ikiklaslı məktəb 4 klasa keçirilsin".

Deyilənlər sübut edir ki, Tuğ məktəbinin bünövrəsi elə 1850-ci illərdən qoyulmuş, 1883-cü ildən isə dünyəvi məktəbə çevrilmişdir.

Tuğ məktəbinin yaradılmasında dövrünün tanınmış ziyalısı Mir Mehdi Xəzaninin böyük rolu olmuşdur.

Mir Mehdi Xəzani 1894-cü ilə kimi bu məktəbə rəhbərlik etmişdir. Ondan sonra məktəbin direktoru 1894-1922-ci illər ərzində Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov olmuşlar.

Məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məhəmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik etmişlər.

Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Demokratik Cümhuriyyətinin iki üzvünün olması məktəbin şöhrətindən xəbər verir. Bunlar Azərbaycan Demokratik Cümhuriyyətinin dəmiryol və rabitə naziri olmuş Xudat bəy Ağabəy oğlu Məlikaslanov və bir sıra rəhbər vəzifələrdə işləmiş Cavad bəy Rza oğlu Məlikyeqanov olmuşdur.

Məktəbin bir çox məzununun, o cümlədən tanınmış maarifçi İbrahim Məşədi Allahverən oğlu Cahangirovun 20-ci illərdə Tuğ kəndinin və məktəbinin abadlaşdırılmasında böyük xidmətləri olmuşdur.

1934-cü ildən 1963-cü ilə kimi ermənilərin idarə etdiyi Tuğ məktəbində yaddaqalan hadisə baş verməmiş, təhsilin səviyyəsi isə ilbəil aşağı düşmüşdür.

1963-cü ildə əhalinin təkidli tələbi ilə Tuğ orta məktəbinin yetirməsi Niyaz Cahangirovun məktəbə direktor təyin edilməsi ilə tədris ocağının fəaliyyətində dönüş baş verdi. Ətrafına Yusif Paşayev, Bağman Abışov, Allahverən Cahangirov, Kamil Şükürov, Vəli Vəliyev, Səyyarə Əsgərova, Səfayət Bədirxanova, Tamella Paşayeva, Baxçagül Vəliyeva, Sveta Baxşızadə, Hüsən Bağırov kimi fəal müəllimləri  toplayan N.Cahangirovun səyi ilə tezliklə təlim-tərbiyə işində böyük irəliləyiş əldə olundu. Əvvəllər ildə 2-3 yetirməsi ali məktəblərə qəbul olunan məktəbin məzunlarının 60-70 faizi tələbə adını qazanmağa başladı.

Tuğ kənd orta məktəbi özünün ikinci ömrünü 1978-ci ildən yaşamağa başladı. O dövrlərdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz ulu öndərin sərəncamına əsasən 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik ikimərtəbəli müasir tipli məktəb binası inşa edildi. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, 3 linqafon kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, maşınşünaslıq kabineti, zəngin kitabxana, geniş idman zalı, yüz yerlik akt zalı, şagirdləri isti xörəklə təmin edən yeməkxana və s. fəaliyyət göstərirdi. Məktəb mərkəzi istilik sistemi ilə isidilirdi. Qonşu kəndlərdən məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi.

Mövcud olduğu illər ərzində Xocavənd rayonu Tuğ kənd orta məktəbini yüzlərlə gənc bitirmişdir. Məktəbin məzunları arasında 18 nəfər elmlər doktoru, 21 nəfər elmlər namizədi, 40 nəfərə yaxın yüksək rütbəli hərbi mütəxəssis, 2 nəfər millət vəkili, 3 nəfər qızıl medal alan, onlarca həkim, müəllim və b. ixtisas sahibi vardır. Məlum münaqişə dövründə məktəbin 8 nəfər məzunu şəhidlik zirvəsinə ucalmışdır.

Təəssüf ki, bu günlər 125 illik yubileyi qeyd edilən Tuğ kənd orta məktəbi erməni faşistlərinin əsirinə çevrilmişdir. 1991-ci ildən məcburi köçkün həyatı yaşayan Tuğ kənd orta məktəbinin müəllimləri bir gün belə olsun fəaliyyətlərindən qalmamışlar. Bir neçə ay Füzuli şəhərində, sonra isə tədris ilini Beyləqanda başa vuran Tuğ orta məktəbi 1996-cı ilə kimi Bakı şəhərində fəaliyyət göstərmişdir. 1997-ci ildən isə Tuğ kənd orta məktəbi Beyləqan rayonu ərazisində salınmış "Yeni Tuğ" qəsəbəsində tikilmiş binada fəaliyyətini davam etdirir. Təhsil ocağının inkişafında məktəbin məzunu və müəllimi olmuş, 1997-ci ildən 2006-cı ilədək ona rəhbərlik etmiş Kamil Şükürovun da böyük xidmətləri olmuşdur. 2006-cı ildən isə məktəbin direktoru Oqtay Göyüşovdur. Hazırda məktəbdə 106 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.

Tuğ kənd orta məktəbinin müəllimləri gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bütün qüvvələrini səfərbər edirlər. Ulu öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən xarici və daxili siyasəti dəstəkləyən bütün tuğlular kimi, Tuğ orta məktəbinin pedaqoji kollektivi də gələcəyə böyük inamla baxır. İnanırlar ki, tezliklə ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik siyasəti nəticəsində tarixi yurdlarına qayıdacaq və daha müasir Tuğ kənd orta məktəbinin sinif otaqlarında XXI əsrə layiq gənclər yetişdirəcəklər. 

Şəfahət YUSİFOV,
Xocavənd RTŞ-ın müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov