Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu

Bookmark and Share

Aprelin 28-də Bakıdakı "Crescent Beach" otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu.

 Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andılar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu.

Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Olimpiadanın Təşkilat Komitəsinin və Münsiflər Heyətinin üzvləri, dünyanın 14 ölkəsindən beynəlxalq bilik yarışına gəlmiş şagirdlər və onların rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq iştirakçıları və qonaqları məktəblilərin Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimində salamlamaqdan sevinc hissi və məmnunluq duyduğunu bildirdi. Nazir qeyd etdi ki, bu mötəbər elm və intellekt yarışının ikinci dəfə müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi azərbaycanlıları hədsiz qürurlandırır. Olimpiadanın ünvanı üçün yenidən Bakı şəhərinin seçilməsini təsadüfi hesab etmədiyini, bu əlamətdar hadisənin, hər şeydən əvvəl, Azərbaycanın təhsil və elm potensialına, ölkəmizin bu mühüm sahədə qazandığı nailiyyətlərə inam və əminliyin real təzahürü kimi qiymətləndirdiyini söylədi.

Açılış mərasiminə toplaşdıqları hazırkı olimpiadanın say etibarı ilə 44-cü olmasını bu mötəbər bilik yarışmasının uzunömürlülüyünü təsdiq edən ən parlaq fakt kimi dəyərləndirən nazir olimpiadanın davamlı keçirilməsini tarixi bir hadisə adlandırdı. Bildirdi ki, belə bir davamlılığa Mendeleyev olimpiadası təhsilin inkişafına, elmi nailiyyətlərin təbliğinə, istedadlı gənclərin üzə çıxarılmasına və ən nəhayət, müxtəlif xalqların nümayəndələri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması kimi nəcib bir amala təmənnasız və sədaqətlə xidmət etməsi sayəsində nail olunmuşdur. Nazir Mendeleyev olimpiadasının müasir dünyamızda müstəsna əhəmiyyət daşıyan sülhməramlılıq, müxtəlif mədəniyyətlərə həssas və tolerant münasibət kimi mənəvi missiyanı ləyaqətlə yerinə yetirdiyini diqqətə çatdırdı.

Nazir Mendeleyev olimpiadasının beynəlxalq nüfuzunun yüksəlməsi üçün son 20 il ərzində gərgin əmək sərf etmiş görkəmli kimyaçı alim və elm təşkilatçısı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Luninin və onun həmkarlarının xidmətini xüsusi qeyd etdi.

Azərbaycan məktəblilərinin bu olimpiadada iştiraklarına hərtərəfli imkanlar yaradılması və indiyədək olimpiada qaliblərindən 21 nəfərin dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahan vermədən qəbul olunmasını və orada təhsillərini uğurla davam etdirməsini təhsil naziri məhz V.V.Luninin Azərbaycana və azərbaycanlılara səmimi münasibətinin, diqqətinin və qayğısının nəticəsi kimi dəyərləndirib, bütün bunlara görə Valeri Vasilyeviçə hamının adından minnətdarlığını bildirdi, bu olimpiadanın şöhrəti və uğurunun onun rəhbərliyi altında ilbəil artacağına əmin olduğunu söylədi.

Təhsil naziri Beynəlxalq Mendeleyev Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə marağın olmasında dövlətimizin və onun başçısı cənab Prezident İlham Əliyevin qayğısını xüsusi qeyd etdi. Misir Mərdanov, eyni zamanda bu işdə Azərbaycanın böyük kimyaçı alimi, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasovun xüsusi rolu olduğunu vurğuladı.

Hər hansı bir ölkədə tərəqqinin tempinin həmin ölkədə elm və təhsilin inkişaf səviyyəsi ilə ölçüldüyünü deyən nazir elm və təhsili inkişafın mənbəyi, aparıcı qüvvəsi, istedadlı insanları hər bir dövlətin ən etibarlı sərvəti, tükənməz kapitalı kimi səciyyələndirdi. Elmli, təhsilli, istedadlı insanlara bütün cəmiyyətlərdə həmişə hörmət və ehtiram göstərildiyini bildirən nazir bütün müqəddəs kitablarda da elmə, təhsilə həmişə müstəsna qiymət verildiyini söylədi.

Olimpiada iştirakçısı gənclərin simasında gələcəyin görkəmli alimlərini, tədqiqatçılarını, müasir biliklərlə silahlanmış mütəxəssisləri gördüyünü deyən nazir getdikcə qloballaşan dünyada mütəxəssisə verilən ən başlıca tələbin rəqabətə davamlılıq olduğunu, bu gün Avropada vahid təhsil məkanının yaradılması ideyasının gerçəkləşməsinin həmin tələbə daha artıq aktuallıq gətirdiyini diqqətə çatdırdı.

Təhsil naziri çıxışında son illər təhsil və elm sahəsinin inkişafı istiqamətində Azərbaycanda görülmüş islahatyönümlü işlər haqqında da məlumat verərək bildirdi ki, bu islahatların əsasını maddi dəyərlərin, iqtisadi potensialın yüksək intellektə malik olan insan potensialına çevrilməsi ideyası təşkil edir.

Nazir mərasim iştirakçılarının diqqətinə çatdırdı ki, son 12 il ərzində Azərbaycanda 1600-dən çox yeni məktəb binası tikilib, 500- dən çox məktəb binası təmir olunmaqla müasir avadanlıqlarla təchiz edilib. Nazir həmin müddətdə dövlət səviyyəsində ümumtəhsil məktəblərinin dərsliklər, dərs vəsaitləri, əlavə vəsaitlərlə, İKT ilə təminatı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı, Azərbaycan gənclərinin xaricdə təhsili və s. sahələrdə xüsusi proqramların və layihələrin  həyata  keçirildiyini  də  söyləyib,  bütün  bunların  iştirakçılarda  ölkəmizdə  təhsil  sahəsində  aparılan  işlər  barədə  aydın  təsəvvür  yaradacağına  əmin  olduğunu  söylədi.

Çıxışında olimpiadanın təşkili məsələsinə də toxunan təhsil naziri bildirdi ki, nazirlik iştirakçılar üçün yaxşı şərait yaratmağa çalışıb. Olimpiada üçün elə məkan seçilib ki, onun iştirakçıları bilik yarışmalarında iştirak etməklə yanaşı, həm də dincələ bilsinlər, şagirdlər və qonaqlar gərgin iş saatlarından sonra mənalı istirahət etsinlər.

Nazir eyni zamanda olimpiadanın proqramında bir sıra digər tədbirlərin, o cümlədən şəhərlə tanışlıq məqsədi ilə tarixi yerlərə, görməli məkanlara gəzintilərin, ekskursiyaların təşkilinin, konsert proqramlarının nəzərdə tutulduğunu diqqətə çatdırdı, müxtəlif ölkələri təmsil edən şagirdlərin bütün bunlardan faydalanacaqlarına, özlərinə yeni dostlar tapacaqlarına əmin olduğunu vurğuladı.

Misir Mərdanov çıxışının sonunda zala toplaşanları 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı münasibəti ilə təbrik etdi, olimpiadanın işinə və iştirakçılarına uğurlar arzuladı.

Açılış mərasimində çıxış edən təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, fiziki kimya  kafedrasının müdiri, kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin olimpiadanın son 10 ildə ikinci dəfə Bakıda keçirilməsindən məmnun olduğunu, bu müddət ərzində paytaxtımızın çox dəyişdiyini, inkişaf etdiyini diqqətə çatdırdı. Ölkəmizdə baş vermiş bu inkişaf və tərəqqidə ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük xidmətləri olduğunu vurğuladı.

Mendeleyev olimpiadasının beynəlxalq bilik yarışmaları arasında xüsusi yer tutduğunu deyən V.V.Lunin onun yeganə olimpiadadır ki, arasıkəsilmədən keçirildiyini, qaliblərinin kimya təmayüllü ali məktəblərə maneəsiz qəbul olunduqlarını söylədi. Olimpiadaya yaxşı hazırlıq görüldüyünü, seçilmiş yerin əla olduğunu deyən V.V.Lunin bu mötəbər bilik yarışlarının təşkilinə göstərdiyi böyük köməyə görə təhsil naziri cənab Misir Mərdanova, münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasova, Lomonosov adına MDU-nun professoru Valentin Georgiyeviç Nenaydenkoya minnətdarlığını bildirdi.

Qonaq diqqətə çatdırdı ki, Mendeleyev olimpiadası kimya elmi və təhsilinin inkişafına böyük kömək göstərir. V.V.Lunin kimya üzrə ümumdünya olimpiadasının bu il Moskvada keçiriləcəyini, BMT tərəfindən 2011-ci ilin "Kimya ili" elan olunacağını, bu il habelə radioaktivliyin kəşfinin 100 illiyinin qeyd olunacağını və bir sıra digər məsələləri də mərasim iştirakçılarının nəzərinə çatdırdı və çıxışının sonunda olimpiadaya gəlmiş şagirdlərə bu mötəbər bilik yarışlarında qalib olmağı arzuladı.

44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasov da mərasimdə qısa təbrik nitqi söylədi. Olimpiadanın çox yaxşı vaxta təsadüf etdiyini, havaların mülayim keçdiyini deyən V. Abbasov iştirakçılara hər cür hava şəraitində yaxşı əhvali-ruhiyyə və qələbə sevinci, bu mötəbər yarışlardan böyük alim, Bakı neftinin tərkibinin tədqiqatçısı olmuş D.İ.Mendeleyevin şəkli əks olunmuş medallarla qayıtmağı arzuladı. V.Abbasov çıxışında beynəlxalq Mendeleyev olimpiadalarının təşkili və keçirilməsində akademik Valeri Vasilyeviç Luninin xidmətlərini yüksək qiymətləndirib ona, habelə builki olimpiadanın təşkilatçısı olan Təhsil Nazirliyinə, nazir Misir Mərdanova və digər əməyi olanlara təşəkkür etdi.

Mərasimdə söz alan Moskva Dövlət Universitetinin professoru Valentin Georgiyeviç Nenaydenko maraqlı yarışları izləyə biləcəyindən məmnun olduğunu deyib olimpiadanın  yüksək şəkildə keçəcəyinə inamını ifadə etdi. Beynəlxalq olimpiadaya ən yaxşıların seçildiyini, təklif olunan məsələlərdən onların razı qalacağına ümid etdiyini söylədi. Qonaq olimpiada iştirakçılarına uğurlar arzulayıb, bu hadisənin onların yaddaşında xoş xatirə kimi qalacağına inandığını bildirdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov