Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"

Bookmark and Share

Aprelin 26-da Təhsil Nazirliyində Avropa İttifaqının maliyyə dəstəyilə Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

İclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilib, ötən 6 ayda layihə üzrə həyata keçirilmiş işlər və növbəti 6 ay ərzində planlaşdırılmış tədbirlər müzakirə edilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası" layihəsinin məqsədləri barədə məlumat verib. Birgə əməkdaşlıq nəticəsində İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində görülən işlərdən söz açan nazir layihənin uğurla icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsində Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Avropa Komissiyasının Nümayəndəliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İqtisadi İslahatlar Elmi-Tədqiqat Mərkəzi nümayəndələrinin təmsil olunduğunu nəzərə çatdırıb.

"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası" layihəsinin əsas məqsədinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı olduğunu bildirən əməliyyatlar üzrə rəhbər Jan Lui Lavroff gələcəkdə digər layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib.

"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası" layihəsinin rəhbəri Ann Castis layihə üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə təqdimat-məruzə edib. Pilot məktəbin işçi heyətinə və rəhbərliyinə bilik və bacarıqların inkişafı üzrə müvafiq təlimlərin keçiriləcəyini bildirən qonaq məktəbə Turizm İnstitutu və Mingəçevir Turizm Kollecindən kadrlar cəlb etməyin məqsədəuyğun olduğunu vurğulayıb.

Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov İsmayıllı Turizm Peşə Təhsili Kompleksinin tikintisinin başa çatmaq üzrə olduğunu və müvafiq avadanlıqların yaxın gələcəkdə tədris ocağına veriləcəyini bildirib. Şöbə müdiri qeyd edib ki, pilot məktəbdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb və müvafiq hesabat hazırlanıb.

Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmasının vacibliyini önə çəkən təhsil naziri işçilərin və müasir idarəetmə qabiliyyətinə malik rəhbərliyin seçiminin əhəmiyyətini qeyd edib. Texniki peşə təhsilinin inkişafı məsələlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğunu vurğulayan nazir son illər bu sahədə bir sıra uğurların qazanıldığını bildirib.

İclas iştirakçılarına öz təşəkkürünü bildirən Misir Mərdanov layihə üzrə hesabatın qəbul olunduğunu nəzərə çatdırıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə daha yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov