Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Zirvəyə gedən yolda...

Bookmark and Share

Bu gəldi-gedər dünyaya göz açırıq. Və sonu bilinməyən, bəzən zirvəyə, bəzən də uçuruma aparan ömür yollarında addımlayır, bitib tükənməyən arzularla yaşayırıq. Çətinliklərə sinə gərərək, daşlı-kəsəkli, enişli-yoxuşlu cığırlardan başlanan çətin yolları qət edənlər zirvələrə qalxıb arzularına çatırlar. Belə yolun yolçuları vətəninin tərəqqisinə, millətinin maariflənməsinə xidmət edən xeyirxah işləri, mütərəqqi əməlləri ilə onu tanıyanlar tərəfindən seçilərək sayılır, böyük nüfuz sahibi kimi hörmət qazanırlar. Belə insanlardan biri Təhsil Nazirliyinin şöbə müdiri, filologiya elmləri namizədi Faiq Şahbazlının maraqlı və ləyaqətli ömür yolundan söz açmaq istəyirik. 

Redaksiyadan Faiq müəllimin 55 yaşının tamam olması münasibətilə məqalə yazmaq tapşırığını aldım.

Sevindim. Dəstəyi qaldırıb nömrəni yığdım, xəttin o biri başında Faiq müəllimin gümrah səsi eşidildi. Bəri başdan onu ad günü münasibətilə təbrik etdim. Haqqında məqalə yazmaq üçün onunla görüşməli, keçdiyi ömür yolunda bəzi məqamlara işıq salmalı, arzu və diləklərini, gələcək planlarını öyrənməli, yaşayaraq arxada qoyduğu illərin acılı-şirinli anlarını vərəqləməli olacağımı dedim. Əvvəlcə təvazökarlıq etdi. Sonra razılaşdı. Nazirlikdə, kabinetində görüşmək üçün vədələşdik.

Görüş vaxtına bir az qalmış geyinib iş otağımdan çıxdım. Hava sakit və mülayim idi. Sakit əsən meh ruh oxşayırdı. Dünənki fırtınadan, dumandan, çəndən əsər-əlamət qalmamışdı. Dünən elə bil hava nəyəsə acıqlanıb qaş-qabağını sallamışdı. Bu gün isə səma aydın və təmiz idi. Günəşin parlaq şəfəqləri yerə ələnir, hər tərəfə bir ilıqlıq, bir hərarət səpələyirdi. Təbiət öz yaşıl donunu geyməyə başladığı üçün ecazkar bir gözəllik duyulurdu. Yazın əvvəli olduğundan bir canlanma hiss olunurdu. Həyat qaynayırdı.

İnsanın doğulduğu fəsil onun psixoloji durumuna təsir edir, deyirlər. Bəlkə elə buna görədir ki, Faiq müəllim həmişə mehribanlığı, səmimiyyəti, qaynayıb-qarışması, dostcanlığı ilə başqalarından fərqlənir. Gülər çöhrəsiylə başqalarına da müsbət aura verir.

Təhsil sistemində uzun müddət səmərəli fəaliyyətinə görə və 55 yaşının tamam olması münasibətilə Faiq Şahbazlı Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. Bu münasibətlə onu təhsil naziri cənab Misir Mərdanov şəxsən təbrik edib.Vədələşdiyimiz vaxtda kabinetinin qapısını açdım, içəridə başqa bir adamın da olduğunu görüb geri qayıtdım. Faiq müəllim qapıya yaxınlaşıb məni təkidlə içəri dəvət etdi. Qəbulda bir müəllimin də gözlədiyini görüb onu da kabinetə çağırdı. Onların dərdini dinləyib hörmətlə yola saldıqdan sonra:

- Qəbulda kiminsə məni gözləməsini xoşlamıram, xüsusilə də müəllimin, - dedi. Ani sükutdan sonra nəyisə xatırlayıbmış kimi sözə başladı: - Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyirdim. İş gününün ikinci  yarısı idi, keçmiş məktəbli yoldaşım, bugünkü dostum yanıma gəlmişdi. Oturub ötən günləri yada salır, çay içə-içə xatirələri çözələyirdik. Aradan xeyli vaxt keçmişdi, nə üçünsə kabinetdən dəhlizə çıxanda bir nəfər ağsaqqalın qapı ağzında dayandığını gördüm. Sən demə, mənimlə işi varmış. Üzrxahlıq elədim, qoluna girib kabinetə apardım. Şikayətini dinləyib, dərdinə əlac eləmək üçün təcili tədbir gördüm. Həmin şəxs orta məktəb müəllimi idi. Sonralar məhrəm adamlar kimi dəfələrlə yanıma gəlib razılığını bildirmiş, mənə tövsiyələrini və xeyir-duasını vermişdi.

Ümumiyyətlə, müəllimlərə xüsusi hörmətim var. Orta məktəbdə mənə Azərbaycan dili və ədəbiyyatdan dərs demiş Qədir müəllim heç vaxt yadımdan çıxmır. Səliqəli, zövqlü geyimi, gözəl natiqlik qabiliyyəti, mədəni davranışı, təmkinliyi və nikbin xarakteri məni valeh etmişdi. Hələ o vaxtdan ona oxşamaq, onun kimi müəllim olmaq arzusu baş qaldırmışdı qəlbimdə. Allahdan ona görə razıyam ki, bu arzuma çata bilmişəm. Məktəbə yaşıdlarımdan bir il tez getmişəm. Orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olmaq istəsəm də, lazım olan balı toplaya bilmədiyim üçün konkursa düşdüm.

Ani fikrə getdi. Nurlu çöhrəsində xəfif, qara kölgələr gəzdi. Gözlərini məchul bir nöqtəyə dikib xəyala daldı. Sanki uzun illərin arxasında boylanıb bu gün nağıla dönmüş uşaqlığını, yetkinlik dövrünün həmin ağrılı-acılı anlarını xatırlayıb yenidən yaşadı. O, günləri yenidən xəyal süzgəcindən keçirib zəhmət bahasına qovuşduğu indiki anlarını müqayisə etdi və təbəssümlə gülümsəyərək:

- Rayonumuza əliboş, üzüqara qayıtsam da, ruhdan düşmədim, - dedi.  Üç il sovxozda fəhlə işlədim. 1973-cü ildə APİ-nin hazırlıq kursunda oxumağa başladım.

Elə bu an daxili telefonun aramsız səsinə görə sözünə ara verib dəstəyi qaldırdı. Rəhbərliklə danışdığı hiss olunurdu. Ona təcili tapşırıq verildiyi üçün söhbətimiz başqa günə qaldı.

Faiq Şaban oğlu Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 8 illik təhsilini doğma kəndlərində, IX-X sinifləri isə Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə başa vurub.

1974-cü ildə APİ-nin filologiya fakültəsinə daxil olan Faiq Şahbazlı,  Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Afat Qurbanov, İmran Babayev, Əbdül Əlizadə kimi görkəmli alimlərdən dərs alıb. Hazırlıqlı və fəal tələbə kimi başqalarından seçilən Faiq, müəllimlərin sevimlisi olub. Fərqlənmə diplomu ilə ali təhsilini başa vurduqdan sonra öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib və orada müəllim kimi fəaliyyətə başlayıb. Savadlı və işinin öhdəsindən layiqincə gəldiyi üçün şagirdlərin, müəllimlərin və kənd sakinlərinin dərin hörmətini qazanıb. Bir ildən sonra direktor müavini işləyib. İstedadı rayon rəhbərliyi tərəfindən nəzərə alınıb və Faiq müəllim işlədiyi məktəbə direktor təyin edilib. 25 yaşında ikən rayonda ən gənc direktor kimi tanınıb. Üç ildən sonra 1981-ci ildə Bakıya köçən Faiq Şahbazlı 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub. Ailəsini və iki uşağını aldığı cüzi təqaüdlə dolandırsa da dözüb. Həyatın əzablı yollarını dada-dada işıqlı, uca zirvələrə can atıb.

Professor Afat Qurbanovun rəhbərliyi ilə 1986-cı ildə "Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. Ünsiyyəti və mehribançılığı ilə tələbələrinin dərin hörmətini qazanıb. Bir müddət sonra - 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləsə də, ali məktəb auditoriyaları, tələbələri üçün qəribsəyib və qısa müddətdən sonra oradakı yüksək vəzifəsindən imtina edərək yenidən APİ-yə qayıdıb. Sevimli müəllimlik peşəsini davam etdirib.

Savadlı müəllim, peşəkar pedaqoq kimi tanınan Faiq Şahbazlı 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə müdir müavini təyin edilib. 2006-cı ildən isə bu şöbənin müdiri vəzifəsində çalışır. 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 50-dən artıq məqalənin müəllifidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edibE

O, həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı müəllimdir. Qızı Könül atasının yolu ilə gedir, onun namizədlik dissertasiyası artıq hazırdır. Üç qız və bir oğlan nəvəsi var. Onlar babalarının şərəfli ömür yolunun davamçıları olacaqlar.

Söhbətimiz yarımçıq qaldığı üçün ertəsi gün Faiq müəllimlə telefon əlaqəsi saxlayıb gələcək planları, arzu və istəkləri haqqında məlumat verməsini ondan xahiş etdim. O dedi:

- Mən xoşbəxtəm, ona görə xoşbəxtəm ki, ömrümün enerjili, işgüzar çağlarını ümummilli liderimiz Heydər Əliyevin quraraq bizə miras qoyduğu müstəqil Azərbaycan Respublikasında yaşayır və onun daha da inkişaf edib dünya ölkələri arasında layiqli yer tutmasına xidmət edirəm. Ulu öndərin müdrik və tarixi siyasətini bu gün ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında işləmək məsuliyyətli olduğu qədər xoşdur və şərəflidir. Bu günə qədər vətənimizin çiçəklənməsi, xalqımızın maariflənməsi və tərəqqisi naminə əlimdən gələni əsirgəməmişəm və ömrümün sonuna kimi də millətimə xidmət edəcəyəm.

Bəli, biz də, öz növbəmizdə, cığırdan başlayıb zirvələrə gedən çətin yolda uğurlu addımlarla irəliləyən Faiq Şahbazlıya möhkəm cansağlığı, uzun ömür və daha yeni nailiyyətlər arzulayırıq.

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov