Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə

Bookmark and Share

Çağdaş dövrümüzün böyük sənətkarı, klassik musiqimizin əvəzsiz ifaçısı, dirijor və bəstəkar, hamımızın Niyazi kimi tanıdığımız Knyaz Zülfüqar oğlu Hacıbəyov-Tağızadənin xalqımız, onun musiqi mədəniyyəti qarşısındakı xidmətləri misilsizdir. Maestro çoxdan dünyasını dəyişsə də, onun əziz xatirəsi qəlblərdə yaşamaqda, təkrarsız ifası,  musiqimizin inkişafı və təbliği yönündəki böyük xidmətləri indi də  xatırlanmaqdadır. Bir vaxtlar bu böyük dirijorla görüşmək, ondan müsahibə almaq səadəti mənə də nəsib olub. O vaxtdan 30 il keçir. Orta və yaşlı nəslin xatirində olar. Ötən əsrin 70-80-cı illərində ölkəmizdə böyük intibah yaşanırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə güclü inkişaf gedirdi. Musiqimiz də özünün dirçəliş, tərəqqi dövrünü yaşayırdı. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov və onlarca digər sənətkarımızın yaradıcılığının çiçəklənən vaxtları idi. Musiqi ilə bağlı keçirilən elə bir tədbir, elə bir konsert, müsabiqə olmazdı ki, özünə çoxlu sayda tamaşaçı, iştirakçı toplamasın.

O illərdə Azərbaycan klassik musiqisinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilirdi.

Məktəbli uşaq, yeniyetmə və gənclərin musiqi-estetik tərbiyəsi o dövrdə çalışdığım "Azərbaycan məktəbi" jurnalının da daimi mövzularından idi. Bu mövzuda, xüsusən də müasir musiqi mədəniyyəti, sənətkar və gənc nəslin estetik tərbiyəsi problemləri ilə bağlı jurnalda elmi-nəzəri, metodik məqalələr, görkəmli sənətkarlarla, müsahibələr dərc olunurdu.

1980-cı ilin sonlarında həmin silsilədən növbəti müsahibəni təbliğatyönümlü konsertlərin bilavasitə təşkilatçısı və ifaçısı olan maestro Niyazidən götürməyi qərarlaşdırdıq.

Dörd saatlıq səmimi söhbətimizin nəticəsi olaraq hazırladığım müsahibə "Azərbaycan məktəbi" jurnalının 1981-ci il 2-ci sayında "Estetik tərbiyə: yeniyetmə və inkişaf" adı altında dərc olundu.

Həmin müsahibəni qısa ixtisarlarla "Azərbaycan müəllimi"nin oxucularına təqdim edirik.

- Maestro, oxucularımız sizi böyük sənətkar - dirijor və bəstəkar kimi tanıyır və sevirlər. Özünüz haqqında bir qədər ətraflı məlumat vermənizi xahiş edirik.

- Özüm haqqında onu deyə bilərəm ki, 1912-ci ildə bəstəkar ailəsində anadan olmuşam. İlk tərbiyəçim nənəm Şirin xanım Hacıbəyova olub. Dilimizə məhəbbəti, onun şirinliyini, səlisliyini, təmizliyini mənə nənəm aşılayıb. O, gəncliyini Qarabağda, Şuşada Xan qızı Natəvanın sarayında keçirib. Xan qızının başçılıq etdiyi ədəbi məclislərdə yaxından iştirak edib. Ona görə də ailəmizdə hamının şeirə və musiqiyə olan sevgisi nənəmin və həmin ədəbi məclislərin xidmətidir. Biz məclislərdə ev uşaqları kimi iştirak edərdik.

Nənəm bizi ətrafına yığıb nağıl danışardı. Nağıllarımız qəhrəmanlıq, təmizlik, əməksevərlik kimi yüksək əxlaqi keyfiyyətlərlə zəngindir. Yeri gəlmişkən qeyd edim ki, məhz buna görə də filarmoniyada nağıllarımızı geniş təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla əlaqədar müntəzəm olaraq nağıl gecələri keçirməyi nəzərdə tutmuşuq. Mənə belə gəlir ki, dastan və nağıllarımız vasitəsilə uşaq və gənclərimizə qəhrəmanlıq dolu keçmişimiz, hansı yurdun övladı olması, nəyi müqəddəs tutması barədə çox şeyi öyrədə bilərik.

Dediyim kimi, ana dilimizə məhəbbəti mənə nənəm aşılayıb. Musiqi sahəsindəki qabiliyyətlərimə gəlincə isə bunu hərə bir cür qiymətləndirir. Türklər deyirlər ki, Niyazinin xəmiri musiqi ilə yoğrulub. Atam Zülfüqar isə deyirdi ki, oğlumun barmaqlarından musiqi damır. Niyazinin sinirləri musiqi tellərindən quraşdırılıb. Lakin bunlara baxmayaraq, bizim musiqi tərbiyəmizlə məşğul olan olmayıb. Biz ancaq ümumi tərbiyə almışıq. Ailə mühiti özü bizi musiqiçi kimi yetişdirib. Atam Zülfüqar Hacıbəyov çox təmiz, nəcib, qədirbilən, əliaçıq, üzügülər, zarafatcıl, lazım olanda sərt adam idi. Üzeyir əmimlə aralarında çox oxşarlıq vardı. Bəzi cəhətlərdə isə bir-birindən fərqlənirdilər. Atam çox şən, əmim isə təmkinli idi.

1921-ci ildə qardaşım Çingizlə birlikdə Bakıdakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə daxil olmuşuq. 1926-cı ildən Qnesinlər adına Moskva Musiqi Pedaqoji Texnikumunda oxumuşam. 1929-1931-ci illərdə Leninqrad Mərkəzi Musiqi Texnikumunda kompozisiya üzrə məşğələlərə davam etmişəm. 30-cu illərin əvvəllərində Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşam.

Ömrümdə davranışdan "1"-dən artıq, başqa fənlərdən isə "5"-dən aşağı qiymət almamışam. Bir sözlə, çox nadinc olmuşam. Anam ağlayıb deyərmiş: - Mən nə edim ay Allah, yerə qoyuram yer yanır, göyə qoyuram göy yanır. Lakin buna baxmayaraq quşlara, heyvanlara rəhm etmişəm. Qorxaqlardan zəhləm gedib, söz gəzdirən adamlardan uzaq qaçmışam. Açıq adamları, sözü üzə deyənləri çox sevirəm. Öz əməyinin bəhrəsi ilə dolanan adamlara xüsusi hörmətim var. 49 ildir ki, Həcər xanımla ailə həyatı qurmuşuq. Həmişə bir-birimizi gözəl başa düşürük. Heç vaxt ailə həyatında narazılığımız olmayıb.

- Kimi özünüzün müəlliminiz hesab edirsiniz?

- Çoxları elə bilir ki, bəstəkar ailəsində anadan olduğum üçün mənim ilk müəllimim ya atam, ya da əmim olub. Lakin belə deyil. Mənim musiqiçi kimi formalaşmağımda nəğmə müəllimim Əliağa Zeynalovun rolu daha çox olub. Onun üçsimli skripkası vardı. Bu skripkanı elə həvəslə, vurğunluqla çalardı ki, biz hamımız ona valeh olardıq. Xüsusən onun müşayiəti ilə "Uşaq və buz", "Quşlar, quşlar, a quşlar"  mahnılarını sevə-sevə oxuyardıq.

Sonralar isə əmim Üzeyir bəy və Mixail Fabinoviç Qnesin mənim müəllimlərim olublar. Lakin mən bütün sənət yoldaşlarımı özümə müəllim bilirəm. Ömrüm boyu kimlə oturub durmuşamsa, ondan nəsə bir şey öyrənməyə, görüb-götürməyə çalışmışam. Ən böyük müəllimim isə həyatdır.

- Maestro, Azərbaycan musiqisinin inkişafı barədə nə deyə bilərsiniz?

- Sualınıza bir qədər ətraflı cavab verərək deyə bilərəm ki, xalqımızın şirin dili, ağbirçək ədəbiyyatı kimi rövnəqli musiqisi də bir neçə minillik tarixə malikdir. Azərbaycan xalqı illər boyu mübarizələrdə, çarpışmalarda, xeyirdə, şərdə bu üç amili mənəvi bayraq kimi əlində tutub. Vaxtilə makedoniyalı İsgəndərin döyüşçüləri, ərəblərin orduları, monqollar, farslar dəfələrlə bizim ana torpağımıza, vətənimizə od-alov saçaraq, ölüm gətiriblər. Bütün bu mübarizələrdə dil, ədəbiyyat və musiqi öz varlığını qoruyub saxlayıb, xalqa mənəvi ruh, qol-qanad verib. XVII-XIX əsrlərdə Azərbaycanın xanlıqlara parçalanması, dağınıqlıq, vahid dövlətin olmaması və s. bizim ədəbiyyatımıza, musiqimizə də pis təsir edib. Ona görə də XX əsrin əvvəllərində musiqimiz parçalanmış vəziyyətdə idi. Bunun səbəblərindən biri də çarizmin yeritdiyi mənfur müstəmləkəçilik siyasəti idi. Teatrların, musiqi ocaqlarının olmaması, bu işə dövlətin vəsait ayırmaması xalqımızı böyük bir mənəvi aləmdən məhrum etmişdi.

Odur ki, Üzeyir bəyin xalqın zülmətli gecəsində dan ulduzu kimi parlaması, peşəkar musiqi teatrı, opera, xor, simli orkestr yaratması musiqimizdə yeni bir səhifə açdı. 1907-ci ildə "Leyli və Məcnun" yazıldı (1908-ci ilin 12 yanvarında ilk tamaşası olub). Opera Azərbaycan mədəniyyətində yeni eranın başlanğıcı oldu. Düzdür, bu zamanadək Azərbaycanın musiqi aləmində maraqlı hadisələr də baş vermişdi. Məsələn, nəğmələr şəhəri Şuşada XIX əsrin sonlarında Sadıqcan qədim yeddisimli tarı təkmilləşdirib ikiçanaqlı etmiş, dəri örtük çəkmiş, simlərin sayını isə 11-ə çatdırmış, beləliklə, onun rezenatorunu və diapazonunu artırmışdı. Ona görə də milli musiqi alətimiz olan tar səs boyu, səs gücü və tembri ilə bir çox Avropa musiqi alətlərindən üstündür.

XIX əsrdə Azərbaycanda böyük musiqiçilər dəstəsinin çalışması, Cabbar Qaryağdı, Keçəçi oğlu Məmməd, Seyid Şuşinski, Əbülbağı Zülalov və başqaları ifaçılıq sənətinin yeni bir mərhələsinə təkan verdilər.

O vaxta qədər milli musiqimiz olan muğam və dəstgahlarda Hafiz, Sədi və digər Şərq şairlərinin farsca qəzəlləri oxunurdu. Adları çəkilən xanəndələr isə Azərbaycan şairlərinə müraciət etməyə başladılar. Məclislərdə Füzulinin, Seyid Əzimin qəzəlləri getdikcə daha çox oxunurdu. Bütün bunlar milli özünüdərkin nəticəsi idi.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhəri neft hasilatının artması ilə əlaqədar böyük sənaye mərkəzinə çevrilir. Dünyanın hər yerindən Rotşildlər, Mantaşevlər və s. kimi kapitalistlər "Sarı iblis" həvəsinə Bakıya yığışırlar.

Təbiidir ki, burada proletariat da formalaşır. Volqaboyundan, İrandan axın-axın Bakıya gələn fəhlələr getdikcə mütəşəkkil bir qüvvəyə çevrilən proletar sinfini yaradırlar. 1885-ci ildən başlayaraq Bakıda simfonik konsertlər təşkil olunur. 1895-ci ildən isə şəhərə İtaliya opera truppası gəlir. M.F.Axundovun, C.Məmmədquluzadənin, H.B.Zərdabinin, M.Ə.Sabirin vətənpərvər ruhlu əsərləri bu dövrdə mədəni həyatda əsl intibaha səbəb olur. Üzeyir Hacıbəyov dühası da belə bir dövrdə parlayıb, meydana çıxmışdır.

Azərbaycan musiqisinin əsas çiçəklənmə dövrü XX əsrin əvvəllərindən başlanmışdır. Həmin əsrin 20-ci illərində isə musiqi sənətinin inkişafında böyük sıçrayış olmuşdur. Təkcə bir faktı göstərim ki, əgər Avropada ilk operadan müasir operanın yaranmasına qədər 300 il vaxt keçmişdirsə, bizdə bu, "Leyli və Məcnun"dan "Koroğlu"yadək 30 il ərzində baş vermişdir. Həmin illərdən başlayaraq respublikamızda muzeylər, opera və konservatoriya, digər musiqi müəssisələri yaradılır və təkmilləşdirilir.

1922-ci ildə azərbaycanlılardan ötrü mu

siqi məktəbi təşkil edilir. Azərbaycan Dövlət Opera Teatrı, Azərbaycan Dövlət Dram Teatrı fəaliyyətə başlayır. Bakıda teatr texnikumu açılır.

Hazırda bizdə yüksək sənət qüdrətinə malik  incəsənət ustaları-ifaçılar çoxdur. Məsələn, beynəlxalq müsabiqələr laureatı olmaq çox çətindir. Buna baxmayaraq, mahir pianoçu Fərhad Bədəlbəyli iki dəfə beynəlxalq müsabiqə laureatı adını qazanıb. Ülvi Zeynalov İtaliyada, Validə Rəsulova Parisdə müxtəlif müsabiqələrin qalibləri olublarE Fidan Qasımova da beynəlxalq müsabiqə laureatıdır. Biz ifaçılıq sənətində çox sahədən irəlidəyik. İfaçılarımızdan iki nəfəri - Bülbül və müsahibiniz SSRİ Dövlət mükafatına layiq görülüblər. Bizdə yüksək istedadlı bəstəkarlar nəsli yetişib. Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, S.Hacıbəyov, T.Quliyev, R.Hacıyev, A.Məlikov, C.Cahangirov, V.Adıgözəlov və digər bəstəkarlarımızla biz həqiqətən fəxr edirik. Çox xalqlar bu sahədə bizə qibtə edə bilərlər.

Musiqimizin inkişaf yolundan söhbət açarkən son on ildəki nailiyyətlər xüsusilə qeyd edilməlidir. Bu illər ərzində respublikamızda yeni-yeni musiqi kollektivlərinin təşkil edilməsi, incəsənət həyatımızda mühüm hadisə olan ev-muzeylərin açılması, yubileylərin keçirilməsi incəsənətimizin kütləviləşməsinə və xalqa daha da yaxınlaşmasına əlverişli şərait yaratmışdır. Dövlətimizin ədəbiyyat və incəsənətimizin inkişafına göstərdiyi qayğı, yaradıcı ziyalılara verilən yüksək qiymət bizi daim yeni-yeni əsərlər yaratmağa ruhlandırır.

- Gənc nəslin mənəvi-estetik tərbiyəsində musiqinin rolunu necə qiymətləndirirsiniz?

- İnsanda estetika onun mənəvi gözəlliyidir. Mənəvi gözəlliyi yaradan isə musiqi, ədəbiyyat və dildir. Bunlar bizim mənəvi  həyatımızdır. Musiqinin açdığı gözəllik aləmi insan ruhuna, psixologiyasına dərindən təsir edir, onu nəcibləşdirir, ülviləşdirir, həyatdan zövq almağa, yaşamağa, yaratmağa ruhlandırır. Məhz buna görə də indi parta arxasında oturan vətənimizin gələcək qurucularına əsaslı musiqi tərbiyəsi verilməsi, onlarda musiqini duymaq və ondan zövq almaq qabiliyyəti formalaşdırılması pedaqoji kollektivlərin əsas işi olmalıdır. Müəllimlərimiz istər dərs prosesində, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsi ilə musiqinin açdığı gözəllik aləmi ilə şagirdləri daha yaxından tanış etməlidirlər.

Musiqi insana estetik zövq verməklə bərabər, onun mənəvi cəhətdən zənginləşməsində də böyük rol oynayır. Mənəvi zənginlik isə hərtərəfli inkişaf etmiş şəxsiyyətin ayrılmaz xassəsidir, həm də bunun üçün təkcə musiqini sevmək kifayət deyil. Onu dərindən bilmək, musiqini qiymətləndirmək qabiliyyətinə malik olmaq da lazımdır. Müasir insan xalq mahnılarından tutmuş mürəkkəb simfonik əsərlərə qədər bütün musiqi janrlarına dərindən bələd olmalıdır. Musiqinin şəxsiyyətin hərtərəfli inkişafındakı roluna dair çoxlu sübut gətirə bilərik. Məsələn, marşal Tuxaçevski gözəl skripka çalırdı, həm də o buna əyləncə vasitəsi kimi deyil, həyatının ayrılmaz bir parçası kimi baxırdı.

Borodin kimyaçı olub. Lakin həm də gözəl bəstəkar idi. Kapitan Rimski-Korsakov məşhur bəstəkar olmuşdur... "Leyli və Məcnun"un birinci dirijoru yazıçı Əbdürrəhim bəy Haqverdiyev olmuşdur.

- Bəs məktəblərdə musiqi tərbiyəsinin inkişafı üçün nəyi tövsiyə edərdiniz?

- Bütün məktəblərdə musiqi tərbiyəsinin birtərəfli inkişaf etməsini.

Məsələn, məktəbdə estrada kollektivi varsa, onunla yanaşı xor dəstəsi, xalq çalğı alətləri ansamblı, nəfəs alətləri orkestri və s. də olsun. Ən ümdəsi musiqiyə ayrılan saatlar musiqiyə həsr olunsun. Musiqi müəllimlərimiz peşəkar olsunlar. Məktəblərimizin pedaqoji və şagird kollektivləri musiqi kollektivləri və bəstəkarlarımızla geniş əlaqə saxlasınlar, onları məktəbdə aparılan estetik tərbiyə işinə daha yaxından cəlb etsinlər.

- Maestro, məktəblilər arasında musiqinin təbliği sahəsindəki işlər barədə nə deyə bilərsiniz?

- Bu sahədəki işləri də qənaətbəxş hesab etmirəm. Məktəblilər üçün xüsusi konsertlər vermək, məktəblərdə musiqi mövzusunda viktorinalar, bəstəkar və ifaçılarla görüşlər təşkil etmək musiqinin təbliğində mühüm rol oynayır. Məktəblərimiz qabaqcıl sənət adamları ilə görüşləri az-az, həm də zəif təşkil edirlər. Mənə belə gəlir ki, məktəblər öz məzunları ilə çox pis əlaqə saxlayırlar. Əlbəttə, mən bunu musiqi incəsənəti ilə bağlı məzunlarla əlaqə barədə deyirəm. Hər bir bəstəkar və ifaçı müəyyən bir məktəbin yetirməsidir. Bu mənada onların şəxsi nümunəsindən tərbiyə prosesində geniş istifadə edilə bilər.

Şagirdlərin kütləvi şəkildə konsertlərə aparılması, ayrı-ayrı musiqi kollektivlərinin məktəbdə şagirdlər qarşısındakı çıxışları da musiqinin məktəblilər arasında geniş təbliğ olunmasına imkan yaradır. Ona görə də uşaqlar üçün musiqinin təbliği sahəsində filarmoniyada planlı və məqsədyönlü iş aparılır. Biz ümumtəhsil məktəbləri şagirdlərinin hər yaş qrupu üçün abonentlər hazırlamışıq. Həmin abonementlərdə musiqinin müxtəlif janrlarına aid konsertlər, bəstəkar və ifaçılarla görüşlər nəzərdə tutulmuşdur. Hazırda bu cür 9 abonementimiz məktəblərə çatdırılmışdır və biz bu abonementlər üzrə konsertlərə başlamışıq. Bütün bunlar, zənn edirəm ki, musiqinin məktəblilər arasında təbliğ olunmasına xeyli kömək edə biləcəkdir.

- Gələcək planlarınız barədə oxucularımıza məlumat vermənizi xahiş edərdik. 

- Yorulmadan çalışmaq, əlimdən gələni etmək. Yaradıcılıq imkanlarımı səfərbər edib xalqıma bacardığım qədər xidmət etmək, özü də hər sahədə - yaradıcılıqda da, dirijorluqda da, ictimai işlərdə də. Çünki hər bir sənətkar xalqın səadəti uğrunda daim mübarizə aparmalıdır. Sülh uğrunda ardıcıl mübariz olmalıdır. İndiki dövrdə müharibələrə qarşı sənətkar sözü xüsusilə lazımdır.

Mən indi memuarlarımı yazıram. Qeyd edim ki, memuar yazmaq çox çətindir. Əvvəla, gərək o qədər pak olasan ki, gördüyün şeyləri olduğu kimi, artırıb əskiltmədən yaza biləsən. İkincisi, ömür boyu qəlbindən, ürəyindən keçən sənət hadisələrini arayasan və mindən birini seçib yazasan. Bu işdə bitərəf olmaq çətindir . Memuar başqaları üçün həm maraqlı, həm də örnək olmalıdır, heyif ki, nə atam, nə də əmim memuar yazmayıblar. Əgər yazsaydılar, nə qədər gözəl sənət əsərləri qoyub gedərdilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov