Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət

Bookmark and Share

O insan xoşbəxtdir ki, ona böyük şəxsiyyət kimi baxılır, o, öz tarixini yarada bilir. Şübhəsiz ki, o, bu tarixi yaşı ilə yox, əməlləri ilə yaradır. Belə insanlardan biri də otuz beş il ömür sürmüş (1899-1934), XX əsr Azərbaycan ədəbiyyatının klassik sənətkarlarından biri olan Cəfər Cabbarlıdır.  Bu böyük və unudulmaz sənətkarın keçdiyi ömür yoluna bir daha nəzər salmaq üçün qızı, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Gülarə Cabbarlı ilə görüşdük.  O, bizi mehribanlıqla qarşılayıb, iri bir masanın arxasında əyləşmək üçün yer göstərərək dedi:

Cəfər Cabbarlı ailə üzvləri ilə birlikdə- Heç bilirsən o vaxtlar bu masanın arxasında kimlər əyləşiblər, - Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, A.Tuqanov, Mərziyyə Davudova, Sona Hacıyeva və başqaları...  Səksənə yaxın yaşı olan Gülarə xanım bu sözlərdən sonra ani xəyala daldı. Söhbətə lap əvvəldən başladı...

"Mən bir susmaz duyğuyam ki..." 

...Atam belə bir adda şərqi yazmışdı. Həmin şərqini sanki özünə həsr etmişdi: 

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,

Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm. 

Doğrudan da, o, bu gün ürəklərdə yaşayır, sevilir. Bu da təsadüfi deyil. Onun şeirdə, nəsrdə, eləcə də milli dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuşdur.

- Qısaca olaraq deyim ki, atam Bakının Xızı kəndində (indiki Xızı rayonunda) kömürçü ailəsində dünyaya gəlmişdi. Cəfərin 2-3 yaşı olanda ailəsi Bakı şəhərinə köçmüşdü. O, ilk təhsilini mollaxanada almış, sonra 7 nömrəli rus-tatar məktəbində (Azərbaycan - red.) oxumuşdur. S.S.Axundov, A.Şaiq onun müəllimləri olmuşdur. 1924-1925-ci illərdə o, teatr məktəbində oxumuşlar. "Kommunist" qəzeti redaksiyasında, Dövlət Dram Teatrında çalışmışdır.

C.Cabbarlı 1934-cü ildə Azərbaycan yazıçılarının qurultayında iştirak etmişdir. O, həmin il sovet yazıçılarının I qurultayında çıxış etmiş və Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. Atam 1934-cü il dekabrın 31-də Bakıda vəfat etmişdir.

O, yaradıcılığa "Məktəb" jurnalında çap olunan "Bahar" adlı lirik şeiri ilə başlamışdır. Daha sonra lirik-romantik və satirik şeirlər yazmışdır. Onun ən məşhur lirik şeiri "Ana"dır. Ən məşhur dram əsərlərindən biri "Aydın" faciəsidir.

20-30-cu illərdə yazdığı dram əsərlərinin çoxunun mövzusunu müasiri olduğu həyatdan götürmüşdür. "Oqtay Eloğlu", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş" və sair əsərləri bu gün də orta və ali məktəblərdə tədris olunur.

Bütün bunlar bir övlad kimi məni çox sevindirir. 

"Cəfər Cabbarlının ev-muzeyi ulu öndər Heydər Əliyevin göstərişi ilə yaranıb" 

Atamın bu ev-muzeyi 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə yaradılıb. Elə o vaxtdan da bu muzeyə  mən rəhbərlik edirəm. Onu da deyim ki, muzeyin açılışında Heydər Əliyev şəxsən iştirak edib. Ulu öndər atamın yaradıcılığına, şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşıb. Dəmiryolu vağzalının qarşısında atamın heykəlinin ucaldılması da ümummilli lider Heydər Əliyevin böyük səyi sayəsində olub. Bütün bunlara görə həmişə ona Allahdan rəhmət diləyirəm. 

"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" 

Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.

1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın "Ədirnə fəthi" və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər. Bütün bu  və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur. 

"Bu, mənim şeytan qızım Gülarənin darağıdır" 

Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa o da papağını başına qoyub iş yerinə gedib. O, papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır. 

"O, zarafatı çox xoşlayardı" 

Bir dəfə atam maaş alıbmış. Onunla teatrda işləyən köməkçisi Məmməd Əlili ilə (Qorxmaz Əlilinin atası) nahar edirlər. Atam pullarını çıxarıb stolun üstünə qoyur. Bir qədər keçmiş pulları götürür. Sonra da başlayır stolun üstünü axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə axtarırsan? Atam cavab verir ki, pulumu stolun üstünə qoymuşdum, indi yoxdur. Əlili deyir ki, nə demək istəyirsən, belə çıxır ki, pullarını mən götürmüşəm? Atamın bu sözündən sonra Əlili əsəbi halda çıxıb gedir. Bu iş ona elə pis təsir edir ki, hətta istəyir özünü tramvayın altına atsın. Bir qədər sonra atam qardaşı oğlu Əlbəndəni Əlilinin dalınca göndərir ki, o, buradan çox əsəbi gedib, özünə bir xətər-zad yetirər, ona de ki, səni əmim çağırır. Əlili geri qayıdanda atam ondan dönə-dönə üzr istəyir. "Məni bağışla, - deyir: Əlimdə bir əsər yazıram, istəyirdim görəm ki, adama böhtan atanda o adam özünü necə hiss edir". Əlili də deyir ki, bəs mən özümü tramvayın altına atsaydım, necə olacaqdı?

Atam yenə ondan üzr istəyir. 

"Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb" 

Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.

Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb. 

"O, "Almaz" əsərini dizinin üstündə yazıb" 

Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər "Almaz" əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı. Əsəri elə dizinin üstündə yazıb qurtardı.

Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər, gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma bu ev də şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər evinin nə fərqi olacaq. O bu sözdən sonra dedi ki, mənə bir fincan çay gətir. Ona çay gətirəndə  mənə bir kağız parçası uzatdı. Dörd bəndlik bir şeir yazmışdı: 

Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say gətir mənimçün.

Bəli, həmin gün ölməz sənətkar Cəfər Cabbarlının qızı Gülarə xanımla çox söhbət etdik. Atası barədə  yada düşən xatirələrini dinlədik. Təhsil ocaqlarında onunla olan görüşlər barədə, atasına olan xalq sevgisindən, xalq məhəbbətindən danışdıq.

Sonda Gülarə xanımdan qəzet üçün ailəvi şəkillərini istədik. Əvvəlcə şəkli vermək istəmədi. Sonra birtəhər razılaşdı. Mən onu yaxşı başa düşürdüm. Bu, Gülarə xanımın atasına olan istəyindən, məhəbbətindən irəli gəlirdi. O istəmir ki, Cəfər Cabbarlının ev-muzeyində toplanmış heç bir eksponat, heç bir sənəd itsin. O istəyir ki, Cəfər Cabbarlı haqqında olan hər bir şey gələcək nəsillərə çatdırılsın. Axı bütün bunlar hamısı xalqını, Vətənini canından artıq sevən Cəfər Cabbarlıya, Cəfər Cabbarlı da xalqına məxsusdur. 

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov