Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Müasir təhsilin aktual problemi

Bookmark and Share

Biz istəsək də, istəməsək də qloballaşma bütün sahələrə təsir etdiyi kimi məktəbə və xüsusən də onun idarəolunmasına öz təsirini göstərir. Bu da özünü, hər şeydən əvvəl, təhsilin məzmununda, onun təşkilində və idarəedilməsində müsbət və ya mənfi nəticələrə gətirib çıxarır. Çoxları hesab edir ki, bu gün əsas vəzifə məktəbin onilliklər ərzində əldə etdiyi nailiyyətləri qoruyub saxlamaqdır. Biz hesab edirik ki, belə təhsil işçiləri yanılırlar. Onlar unudurlar ki, hər bir dövrün öz tələbi var. Keçmişi bilməmək istər-istəməz bu günü bilməməyə gətirib çıxarır və əksinə, bu gün yenilikləri görməsən, inkişaf etmiş ölkələrdə gedən prosesləri dərk etməsən, ümumiyyətlə, elmin, təhsilin inkişafından danışa bilməzsən. Bu yanaşma - yeni bilik səviyyəsi, elmin keyfiyyəti, yeni metodologiya olmadan məktəbin, təhsilin məzmunu dəyişilməz qalarsa, inkişafdan danışmaq qeyri-mümkün olar. Bu baxımdan müasir şəraitdə "Təhsilin əsasları" fənninin tətbiqinin zəruriliyi, onun predmeti, məzmunu, məqsədi, vəzifələri, məktəbin təhsil prosesinin idarə olunmasına təsiri inkaredilməz bir həqiqətdir.

Fikrimizi açıqlayaq. On ildən artıqdır ki, ölkəmizdə təhsil islahatları gedir. Əfsuslar olsun ki, əksər təhsil işçiləri islahatların adını eşidiblər, məzmununa isə bələd deyillər. Ancaq unutmayaq ki, islahatın məzmununu bilmədən onu həyata keçirmək mümkün deyil. "Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə fənn kurikulumu"nda təhsil məqsədlərini müəyyənləşdirdikdə təhsil alanların mədəniyyət və təhsil, sivilizasiya və təhsil, qloballaşma və təhsil, cəmiyyət və dövlət arasında mürəkkəb əlaqələr haqqında biliklərin mənimsənilməsinə xüsusi diqqət yetirmişlər. Məzmun xətti isə təhsil anlayışı, təhsil, cəmiyyət və dövlət haqqında açıqlamalar, təhsilin məqsədi, təhsilin məzmunu və xüsusən, açıq cəmiyyətdə təhsil, təhsil və demokratiya problemləri kimi müəyyənləşmişdir.

Bu məzmun xətlərinin mənimsənilməsi, gözlənilən təlim nəticələrinin əldə edilməsi, hazırlanacaq müəllimlərin (tələbələrin) uşaqlar haqqında, onların yaşadıqları, fəaliyyətdə olduqları mühitdə keçirdikləri hiss və həyəcanlar, onları əhatə edən insanlarla münasibətlər, onların özünəinamının formalaşdırılması və onların müvəffəqiyyətsizliyinin aradan qaldırılması yollarının mənimsənilməsi, onların obyektiv qiymətləndirilməsi bu gün mühüm əhəmiyyət kəsb etmiş məsələlərdir.

Göstərilənlər onunla izah edilə bilər ki, praktik müəllim hazırlığı və hazırlıq dövründən başlayaraq müəllimlərdə müəllimlik sənətinə xas olan peşə funksiyalarının reallaşdırılması üçün zəruri konpetensiyalar formalaşdırmaq, təlim prosesində tədqiqatlar aparmaq bacarığına malik olub, fənləri əlaqəli və inteqrativ şəkildə tədris etmək bacarığı bu gün təhsil prosesinin ən önəmli məsələləridir. Bu da müəllimlərdən təhsil islahatlarının mahiyyətini, normativ-hüquqi sənədləri bilməsini, təhsil sahəsində baş verən dəyişikliklərə uyğunlaşmasını, liderlik qabiliyyətinə malik olmasını, təhsilin, məktəbin idarəedilməsində fəal iştirakını təmin etmək məqsədilə təcrübələnməyin əhəmiyyətini ön plana çəkir. Ancaq məktəbin idarəolunmasında və inkişaf proseslərində müəllimlərin iştirakı təsadüfi hallarda ictimaiyyəti təmin edə bilər.

Bir çox məktəblərimiz (xüsusən mərkəzdən uzaq olanlar) təhsilin bu günü ilə yaşayır. Əlbəttə, bu, hər şeydən əvvəl, həmin məktəblərin rəhbərlərinin əksəriyyətinin diqqətinin gündəlik məsələlərə yönəldilməsi ilə əlaqədardır. Ancaq digər səbəblər də mövcuddur. Bu səbəblərdən biri də hələlik məktəb rəhbərləri üçün təşkil edilən qısamüddətli (3 aylıq) ixtisasartırma kursları nəzərə alınmazsa, məktəb meneceri (sadəcə olaraq, məktəb rəhbəri) peşəsinə yiyələnmiş kadrlarımızın yox səviyyəsində olmasıdır.

Yaxşı məktəb direktoru yaxşı idarəçi olmalıdır. O yaxşı idarəçidirsə, rəhbərliyin məqsədlərini, idarəetmə prosesini bilməli, təhsildə gedən yeniləşmələr fenomenindən xəbərdar olmalı, qabaqcıl təcrübəni öyrənməli və tətbiqini təşkil etməlidir. Bu baxımdan hazırda respublikamızda təhsil sistemində Avropa standartlarına uyğun olaraq Boloniya prosesinə qoşulmaqla əlaqədar böyük və sistemli işlər gedir. Boloniya deklarasiyasının tələblərindən biri də İKT -ni tədris prosesinə tətbiq etmək, məktəbin idarəolunmasında ondan istifadə etməkdir. Bu da təlim prosesinin effektliliyini artıran mühüm vasitələrdən biridir. Bu proses Azərbaycanda artıq həyata keçirilməyə başlanmışdır. "Təhsilin əsasları" fənninin tədrisi prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadəyə geniş yer verilir. Nəzərə alınır ki, mövcud informasiya texnologiyaları müstəqil öyrənmə imkanlarını genişləndirir və keyfiyyətin yüksəldilməsinə köklü təsir göstərir. Bunun hətta müstəqil fənn kimi ibtidai siniflərdə tədris edilən fənlərin kurikulumuna daxil edilməsində məqsəd də məhz gələcək müəllimlərdə təlim və tədris prosesində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsinə şərait yaratmaqdır. Qeyd etmək yerinə düşər ki, bu proses artıq məktəbin idarəolunmasına da tətbiq edilməkdə, "elektron məktəb" adı altında həyata keçirilməkdədir. Bu gün ölkə Prezidentinin bu sahədə qərarına əsasən 20 məktəbdə müəyyən işlər aparılır.

Fikrimizcə, bu prosesin daha da genişlənməsinə "Təhsilin əsasları" fənninin tədrisi əhəmiyyətli təsir göstərəcəkdir. Fənnin tədrisində bu texnologiyaların tətbiqi İnternetdən istifadə etməyə geniş imkanlar açır. Bu şəraitdə formalaşmış müəllim təhsil mühitini İKT-siz təsəvvür edə bilmir. Deməli, məktəblərdə də müvafiq şərait yaradılmalı, informatikanı tədris edən müəllimlər bunu nəzərə almalı, bu prosesə rəhbərlik edən məktəb direktorları İKT-dən istifadə bacarıqlarına yiyələnməlidir. Belə olarsa, məktəblərimizdə formalaşacaq avtomatlaşdırmadan təhsilin, bütövlükdə məktəbin idarəolunmasında istifadə ediləcək. Bununla da  yeni idarəetmə sisteminin tətbiqinə şərait yaranacaq. Bu da məktəb sənədlərinin hazırlanmasına, istifadə olunmasına və təlim-tərbiyə prosesinin keyfiyyətcə yüksəlməsinə təsir göstərəcək.

Şagirdlərin nailiyyətlərinin  müəyyənləşdirilməsi məqsədi ilə aparılmış qiymətləndirmənin nəticələrinin təhlili, imtahanlara nəzarət və monitorinqlərin keçirilməsi, siniflərin komplektləşdirilməsi, valideynlər haqqında məlumatların toplanması, istifadə olunması və təhlilinə şərait yaranacaq.

Belə olduqda məktəbin idarəolunmasında, məsələn, şagirdlər, siniflər, müəllimlərin tarifikasiyası, əmək haqları, imtahanların nəticələri və s. haqqında operativ olaraq məlumatlar almaq, təhlil etmək, ölçü götürmək imkanları yaranacaq. Bütün bunlar məktəb rəhbərlərinə hadisələrin inkişafını lazımi istiqamətə yönəltməyə, öz şəxsi qabiliyyətinə və imkanlarına istinad edərək rəhbərlik etdiyi kollektivi problemlərin həllinə istiqamətləndirməyə, operativ qərarların qəbul edilməsinə şərait yaradır. Atılmış addımlar məktəb rəhbərlərinin innovativ yollarla idarəetmə bacarıqlarına yiyələnməsinə şərait yaradacaq. Bu da ayrı-ayrı mütəxəssislərin istəyindən asılı olmayaraq  məktəbin, təhsilin "bu gününü dünənə çevirir", "sabahı isə bügünləşir". Məktəb bu günün və gələcəyin tələblərinə uyğunlaşıb dəyişdikcə cəmiyyətin tələblərinə cavab verəcək.

Bu açıqlamalar aydın göstərir ki, qloballaşma şəraitində təhsildə, mədəniyyətdə, elmdə də mürəkkəblik artmışdır. Bu mürəkkəblik bütün ölkələrə aid olan bir prosesə çevrilmişdir. Ona görə də bizdən asılı olmayaraq, bütün istiqamətlərdə olduğu kimi, təhsil sistemi də bu prosesə qoşulmalı, yenilikləri öyrənib tətbiq etməli və yeniləşməlidir.

Bu problemlərin həlli yollarından biri təhsil işçilərinin bu proseslərə yiyələnməsidir. Bu proseslərə yiyələnmiş müəllim nəinki planlaşdırmanı, onun həyata keçirilməsini bacarır, o həm də təhlil edir, təkliflər verir, onları dəyərləndirir, tətbiq edir və bütün bunların nəticəsində, təhsil sisteminin inkişafında fəal iştirak edir.

Belə olduqda, qarşıya bir sual çıxır: "Bu prosesə yiyələnməmiş mütəxəssislər belə müəllimlərin fəaliyyətinə, təlim-tərbiyə prosesinə rəhbərlik edə bilərmi?". Qətiyyətlə demək lazımdır ki, bu, qeyri- mümkündür, çünki hazırda fərdlər, şəxsiyyətlər cəmiyyətin sosial, mədəni, elmi və iqtisadi həyatını dəyərləndirir, zənginləşdirir, onu  nəticəyönümlü edir.

Bəs nə etməli? Məktəblərimizin kollektivlərini bu prosesə hazırlamaq, onları bu yenilikləri qəbul etməyə, bəlkə də onlardan öyrənib, yeni metodlardan öz təcrübələrində istifadə etməyə yönəltmək lazımdır. Beləliklə, yeniliklər məktəblərimizdə təlim-tərbiyə proseslərinə sirayət edib, onun yeniləşməsinə təsir göstərəcək.

Ancaq bununla kifayətlənmək olmaz. Ona görə ibtidai məktəb müəllimlərini  və məktəbi idarə edənləri bu proseslərə hazırlamaq məqsədilə onlar üçün yeniləşmiş proqramlar əsasında kurslar təşkil edilməlidir. Bu kurslarda "Təhsilin əsasları" fənninin, qısaldılmış şəkildə olsa da, "təhsil menecmenti" və "təhsil marketinqi"nin tədris edilməsinə və İKT- dən istifadə metodikasına yiyələnməlidirlər.

Və nəhayət, artıq vaxtı çatmışdır ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında fasiləsiz təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq edilməsi haqqında" 25 iyun 2007-ci il tarixli 102-li qərarına əsasən yenidənhazırlanma kurslarında təhsil menecerlərinin hazırlanmasına başlanılsın. Bu məqsədlə kursların proqramları hazırlanmalı və "Təhsilin əsasları" fənni oraya daxil edilməlidir.

Belə olarsa, məktəblərimiz bu prosesə hazırlanar və iki ildən sonra məktəblərə göndərilmiş, yeni məzmuna yiyələnmiş müəllimlər ögey münasibətlərə rast gəlməzlər. Beləliklə, bütövlükdə təhsil sistemimizin Boloniya prosesinə inteqrasiyası sürətlənər. 

Ramiz MƏMMƏDZADƏ,
AMİ-nin Təhsilin idarə edilməsi və peşə təlimi
kafedrasının müdiri, professor,  

Afət SÜLEYMANOVA,
Təhsil Nazirliyinin 
aparıcı mütəxəssisi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov