Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab

Bookmark and Share

Azərbaycan ədəbiyyatında yazıb-yaradan adlı-sanlı elm-sənət adamları, şair-publisist və ictimai-siyasi xadimlər az olmamışdır. Onların mütərəqqi ənənələrini layiqincə davam etdirən bir şəxsiyyət də vardır ki, o, çağdaş dövrümüzdə özünün əməli fəaliyyəti və yaradıcılığı ilə diqqəti cəlb etməkdədir. Söhbət qədim Şirvan torpağında tanınmış həkim, ictimai xadim, gözəl ziyalı, şair-publisist kimi şöhrət tapmış Mirəfsəl Təbibdən gedir. Hörmətli ağsaqqal, elcanlı və nüfuzlu ziyalı olan Mirəfsəlin xeyli əsərləri, o cümlədən "Təbibim obaya, elə arxalan", "Bir ömür sürmüşəm, dünya görmüşəm", "Fikirlərim, mülahizələrim, xatirələrim", "Dünya ola bilmir daha tamaşa", "Daha üz çevirmək mümkün deyildir", "250 sonet", "Rübailər", "Uşaqlar, həmsöhbətim sizsiniz" və s. kitabları mənə tanışdır. Həyat, ölüm haqqında, məhəbbət, xəyanət, sevinc və kədər barədə düşüncələr, dövlətçilik, millilik, türkçülüklə bağlı fəlsəfi qənaətlər və mülahizələr bu əsərlərin əsas mahiyyətini təşkil edir. Onun poeziyasında əsasən klassik ədəbiyyatımıza məxsus əbədi və əzəli mövzular qələmə alınmışdır. Bütün bu məsələləri professor Əmirxan Xəlilov yeni çapdan çıxmış kitabında - "Həyata müdrik baxış" monoqrafiyasında elmi şəkildə həll etməyə çalışmışdır. On fəsildən, Ön söz və Son sözdən ibarət bu kitabda müəllif şair-ədibin yaradıcılığını Azərbaycan və dünya ədəbiyyatı fonunda araşdırmışdır.

Ə.Xəlilovun təsdiq etdiyi kimi, Mirəfsəl Təbibin şeir-sənət məramı, demək olar ki, onun özü kimidir; sadə və müdrik, həzin və kövrək, öyrədən və düşündürən. Özündən müştəbeh olmamaq onun mənəvi aləminin bəzəyidir. Necə deyərlər, "bircə ondan razıdır ki, özündən narazıdır". Bu mühüm keyfiyyətləri özündə birləşdirən şair yaxşı dərk edir ki, təkəbbürlülük, lovğalıq təkcə həyatda yox, elə yaradıcılıqda da qəbuledilməzdir. Çünki böyük sələfinin dediyi kimi, "Birinci addımda lovğalananlar, ikinci addımda yıxılacaqdır". Monoqrafiyada bu cəhət ön plana çəkilir ki, Mirəfsəl, hər şeydən əvvəl, əsl gözəllikləri Ana təbiətdə görür və onları ilhamla əks etdirir. Vətən, torpaq təəssübkeşliyi, dövlətçilik, türkçülük, ilkinliyə qayıdış, milli ruh, ideya və motivləri onun qüdrətli və titrək qəlbini təlatümə gətirən, onda qeyri-adi rezonans yaradan  əbədi və əzəli mövzulardır. Bu sıraya müdrik şairin məhəbbət, səadət, ölüm və şəhidlik hissi ilə bağlı əsərlərini  də aid edirik. Kitabın "Fəlsəfi - estetik janr və Şərq - Qərb məsələsi", habelə "Rübai - klassik və müasirlik kontekstində" fəsillərində şairin poetik dünyası, bizcə, yetərincə açıqlanır, əsas mülahizə və iddialar konkret bədii misallarla sübuta yetirilir. M.Təbibin bir ümdə cəhəti də budur ki, o, heç vaxt Azadlıq, Müstəqillik, Həqiqət yolundan kənarda qalmamışdır. Xalqımızın ən çətin günlərində səsi Qarabağdan gəlmiş, maddi və mənəvi köməyini Azərbaycan əsgərindən əsirgəməmişdir. Hazırda da bu yüksək amalla, aydın əqidə və məfkurə ilə yaşayıb-yaratmaqdadır.

İnsanın, bəşərin azadlığı uğrunda mübarizə duyğuları, türkçülük, müstəqillik ideyalarının tərənnümü, Vətən, yurd məhəbbəti onun əsərlərinin, xüsusən publisist  ruhda yazılmış kitablarının əsas rəhnidir. Vaxtilə alman dahisi "Faust"da gözəl ifadə etmişdir: 

Yaşamaq istəsən, vuruş həmişə!

Azadlıq layiqdir o adama ki,

Atıla bu yolda hər an döyüşə! 

"Dünyanı gözəllik yox, məhz insan özü xilas edəcəkdir" - tezisi ilə çıxış edən Mirəfsəl Təbib haqlı olaraq bu fikirdədir ki: 

Dövləti müstəqil olmayan millət,

Azad ola bilməz - budur həqiqət!              

Başqa bir əsərində isə yazır: "Sözü, Zəkanı, Əməli özünün həyat məramı hesab edənlər ölməzdir". Sonra isə öz mülahizələrini spesifik şəkildə belə tamamlayır: 

Azadlıq - ruhudur hər bir millətin,

Hüsnü - Azadlıqdır hər məmləkətin.

Pis, yaxşı, nə olsaq - özümüz olaq,

Milli soya bağlı kökümüz olaq. 

Monoqrafiyada müəllif haqlı olaraq şairin lirik şeir, qoşma, qəzəl, rübai və sonetlərini ümumiləşdirərək poeziyamızda, publisistikamızda yerini, mövqeyini müəyyənləşdirməyə cəhd göstərir, onun özünəməxsus keyfiyyətlərini üzə çıxarır. Kitabda düzgün qeyd olunur: "baharında çiçəklənən, çiçəyində ləçəklənən, ləçəyində göyçəklənən" dünyanı sevdiyinə görədir ki, onun özü də təbiətin gözəllikləri qədər canlı, kamil və cazibədardır. Bu da bir reallıqdır ki, Mirəfsəlin şəxsiyyəti ilə bədii yaradıcılığı arasında qırılmaz bir vəhdət mövcuddur. "Mənli - mənsiz təki olsun bu dünya" söyləyən şair həyatın ziddiyyətlərini, "qəm karvanını" dərk etməklə yanaşı, həm də insanlığı, dünyanı gözəl görmək istəyir. Bir misrasında sevgilisinə belə deyir: "Yaşıl geyin, mən heyranam yaşıla". Təbiidir ki, öyrənmək, görüb-götürmək qarşılıqlıdır. Bu mənada Sələflər, Xələflər arasında problem yoxdur və ola da bilməz. Ədəbi estafet heç vaxt bir nöqtədə dayanıb qala bilmir. Birindən digərinə keçir və bu, ədəbi qanunauyğunluqdur. Bu estafetdə birisi zəfər qazanır, zirvəyə çatır, digəri çalışıb - çabalayır, dağın ətəyinə çata-çatmaya. Ə.Xəlilov bu yerdə məntiqi olaraq insan-şair taleyini ümumiləşdirən şairdən kiçik bir misal gətirir və ona haqq qazandırır: 

Kimi - düzlük xülyası,

Kimi - özəl dünyası.

Kimi - kənək, vasvası.

İşin coduna çıxır. 

Kiminin daşır köpü,

Kiminin dolur küpü.

Kimi yığır çör-çöpü,

Gedir, oduna çıxır...

Həkim əlac eyləyir,

Falçı adına çıxır. 

Monoqrafiyada şairin rübailəri də tədqiqata cəlb olunmuşdur. Müxtəlif növ şeirlərini, habelə qəzəl, müxəmməs və sonetlərini ətraflı şərh edən ədəbiyyatşünas onun rübailərini çox doğru olaraq klassik və müasir Azərbaycan və dünya ədəbi fonunda nəzərdən keçirmişdir. Mirəfsəlin rübai və sonetlərinə diqqət yetirdikdə aydın nəzərə çarpır ki, o, nəinki milli klassiklərimizdən, eyni zamanda dünyanın Dante, Şekspir, Xəyyam kimi dahilərindən bəhrələnmiş, onlardan yaradıcı şəkildə öyrənmiş və öz orijinal şeir nümunələrini yarada bilmişdir.

Vaxtilə rübai ustası kimi şöhrət tapan Məhsəti xanım bircə kəlamı ilə çox sərrast deyib: "Mənim kəbinimdir bircə rübai". Ə.Xəlilov bu fikrə istinad edərək yazır: "Ciddi poeziyası və ciddi şəxsiyyəti ilə seçilən Mirəfsəl Təbibin də qala bürcü rübaidir. İstər yüksək məfkurəsi, istərsə də estetik atributları ilə bizdə ümumi qənaət yaradan bu rübailər məhz Mirəfsələ məxsusdur. Elə bu xüsusiyyət onun rübailərinə uzunömürlülük vəd edir".

Müəllifin bu elmi qənaətinin sübutu kimi aşağıdakı iki rübaini hörmətli oxucuların diqqətinə çatdırmağı vacib bilirəm: 

Dərdli könüllərə mehr bağladım,

Kədəri, qüssəni, qəmi dağladım.

Harda ki, ovundu, güldü könüllər,

Hüznü satın alıb, özüm ağladım. 

Sükutam, deyirlər zaman kimiyəm,

Şəffafam, deyirlər duman kimiyəm.

Yamanlıq edənə yaxşı deyirlər,

Yaxşılıq edirəm, yaman kimiyəm. 

Mən inanmaq istərdim ki, gözəl insan, şair və qeyrətli vətəndaş olan Mirəfsəl Təbibin yaradıcılığı ədəbi tənqidimizin diqqətindən yayınmayacaq, bu barədə çox yazılacaqdır. Əmirxan Xəlilovun bu sanballı monoqrafiyası müdrik şairimiz haqqında xoş sözlər deməyə hər cür əsas verir. Kitab ədəbiyyatşünaslıqda, çox güman ki, öz dəyər və qiymətini tapacaqdır. 

Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
millət vəkili

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov