Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - ¹16

 

İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir

Bookmark and Share

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda bütün kateqoriya mütəxəssislərin milli mənəvi və ümumbəşəri dəyərləri qorumaq və inkişaf etdirmək qabiliyyətinə, geniş dünyagörüşünə, təşəbbüs və yenilikləri qiymətləndirmək bacarığına, nəzəri və praktik biliklərə, müasir təfəkkürə və rəqabətə davamlılığa malik olması təhsilin əsas məqsədlərindən biri kimi təsbit edilmişdir. Bu peşəkarlıq keyfiyyətləri respublikamızda, ümumiyyətlə kadrhazırlamanın profilləşdirici normativ-hüquqi meyarlarıdır. Ümumtəhsil sistemində fəaliyyət göstərən pedaqoji işçilər də məhz bu meyarlara uyğun hazırlanmalı, əlavə pedaqoji təhsilə müntəzəm cəlb olunmalı, pedaqoji praktikada təkmilləşdirilməlidirlər.

Pedaqoji kadrların fasiləsiz təhsillə təmin olunması zəruriliyi, həmçinin ümumi təhsilin Milli Kurikulumunda müəyyənləşdirilmiş iki funksiyada aydın təzahür edir. Birinci funksiya təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin edilməsini, ikinci funksiya təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasını özündə ehtiva edir.

Qeyd olunan hüquqi normativlərdə və metodoloji funksiyalarda öz konkret ifadəsini tapmış pedaqoji kadr kompetentliyinin təmin edilməsi probleminin optimal həlli, ilk növbədə, klassik və ənənəvi ixtisasartırma sisteminin, xüsusən, müəssisənin idarəetmə-icra statika və dinamikasının əsaslı islahatını zəruri edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məhz bu zərurətdən irəli gələrək 4 oktyabr 2009-cu il tarixdə "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda kollegiya iclası keçirmiş və müvafiq qərar qəbul etmişdir.

Kollegiyanın qərarında və Təhsil Nazirliyinin əmrində ixtisasartırma kurslarının modullar (təhsilin ümumi əsasları, təhsildə yeni texnologiyalar və tendensiyalar, ixtisas sahələri) üzrə işlənib hazırlanması və akkreditasiya edilmiş tədris proqramları əsasında diferensiallaşdırılması, əlavə təhsil sahəsində rəqabətin təmin edilməsi, kredit sisteminin tətbiqi, icbarilik və stimullaşdırma mexanizmlərinin yaradılması ixtisasartırmanın labüd faktorları statusunda təsbit edilmişdir.

Kollegiyanın qərarında və təhsil nazirinin əmrində ixtisasartırmanın yeni modelinin funksional proseduru belə bir məzmunda layihələşdirilmişdir: Təhsil Nazirliyi tərəfindən hər tədris ili üçün pedaqoji ixtisaslar üzrə kurikulum çərçivəsi hazırlanır, ixtisasartırma subyektlərinə elan edilir, ixtisasartırma subyektləri (müəssisələri) kurikulum normativlərinə uyğun tədris planları və proqramları hazırlayıb nazirliyə təqdim edirlər. İxtisasartırma kursları Təhsil Nazirliyində akkreditasiya olunmuş tədris proqramları üzrə təşkil edilir.

Göründüyü kimi, pedaqoji kadrların professional kompetentliyinin ümumi təhsilin Milli Kurikulumunda və Təhsil Qanununda təsbit olunmuş standart məzmun keyfiyyətlərinin təmin edilməsi problemi Təhsil Nazirliyinin qeyd olunan kollegiya qərarında və əmrində özünün optimal həllini tapmışdır.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun son iki ildə intensiv həyata keçirdiyi tədbirlər kompleksi ixtisasartırmanın əslində elə Təhsil Nazirliyinin təklif etdiyi modelə identik formatda təşkilinə istiqamətlənmişdir. Kifayət qədər mürəkkəb, fövqəladə dərəcədə əhəmiyyətli olan bu problemin həlli akvatoriyasında institutun rektoru, professor Asəf Zamanov özünün instituta rəhbərliyinin ilk günlərindən tədris-metodik kabinetlərin kafedra strukturuna keçirilməsinin təşkilinə, professor-müəllim heyətinin gücləndirilməsinə, təhsil sistemi mükəmməl olan bir neçə xarici ölkənin - Ukrayna, Belarus, Fransa və Rusiyanın müvafiq ali məktəbləri ilə beynəlxalq əlaqələrin yaradılmasına başladı. Artıq institutda ixtisasartırma və yenidənhazırlanma fakültələri, tədris şöbəsi, 11 kafedra fəaliyyət göstərir. İxtisasartırma və yenidənhazırlanma təhsili pedaqoji kadrların elmi-metodik ehtiyac və tələbatları əsasında həyata keçirilir.

Təhsil naziri hörmətli Misir Mərdanov qeyd olunan kollegiya iclasındakı məruzəsində ixtisasartırma probleminin müasir dünya praktikasına inteqrasiya istiqamətində həlli üzrə institutun işini lakonik olaraq belə ifadə etmişdir: "Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təşəbbüsü ilə "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" mövzusunda Azərbaycanda və Ukraynada iki beynəlxalq elmi konfrans keçirilmişdir. Son iki il ərzində BPKİYİ xarici ölkələrin 7 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır. Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində BPKİYİ-nin binası təmir olunmuş və avadanlıqla təchiz edilmişdir".

İnstitutda böyük həcmdə həyata keçirilən kəmiyyət-keyfiyyət dəyişikliklərinin nəticəsidir ki, onun professor-müəllim heyəti qeyd olunan dövlət sənədlərindən irəli gələn funksional vəzifələri aydın təsəvvür edir, bunun üçün zəruri olan nəzəri-praktik biliklərə yiyələnmişdir.

İxtisasartırma prosesinin professional səviyyədə təşkili üçün, ilk növbədə, həllini tapmalı problem ümumtəhsil fənləri üzrə mütəxəssislərin metodoloji, pedaqoji-psixoloji, elmi-metodik ehtiyac və tələbatlarının müntəzəm və sistematik olaraq düzgün və tam həcmdə müəyyənləşdirilməsidir. Sovet dövründə problem SSRİ Maarif Nazirliyinin subordinativ iyerarxiyasında olan Ümumittifaq elmi-tədqiqat müəssisələri - Pedaqoji Elmlər Akademiyası, Ümumi Pedaqogika İnstitutu, onların sahə institutları, laboratoriyaları və digər strukturları tərəfindən həll edilir, xüsusi tədris-tematik planlar məzmununda SSRİ Maarif Nazirliyi tərəfindən müttəfiq respublikaların maarif nazirliklərinə, onların vasitəsilə regional ixtisasartırma institutlarına növbəti 5 ildə tədris üçün çatdırılırdı. Tədris-tematik planlar, əlbəttə, bütün Ümumittifaq məktəb fənlərini əhatə edirdi. Humanitar fənlərin milli məzmun kəsb edən cüzi bir hissəsi üzrə ixtisasartırma kurslarının Ümumittifaq tədris-tematik planına daxil edilmiş fənlərin tədris proqramları regional maarif nazirliklərinin rəhbərliyi ilə hazırlanır, müəllimləri təkmilləşdirmə institutlarına göndərilirdi.

Dövlət suverenliyimiz və milli müstəqilliyimiz illərində bu funksiyanı ixtisasartırma institutlarının, o cümlədən bizim institutun əməkdaşları yerinə yetirirdi. Əfsuslar olsun ki, ixtisasartırma təhsilinin proqram-məqsəd istiqamətliliyinin və informatativ -texnoloji mənbəyinin fundamental əsasını təşkil edən bu iş 2008-ci ilə qədər primitiv koordinatlar kontekstində həyata keçirilirdi.

Belə ki, pedaqoji kadrların funksional ehtiyac və tələbatları pedaqoji kollektivlərdə, ixtisasartırma prosesində xüsusi tədqiqat müstəvisinə gətirilmirdi, diaqnostik vasitələr tətbiq olunmurdu, qabaqcıl təcrübənin tədqiqi, təşkili, öyrənilməsi və ümumiləşdirilib pedaqoji kollektivlərdə, ixtisasartırma kurslarında yayılması, ixtisasartırma xidmətinin variativliyi və variantlığı təmin edilmirdi, məktəb rəhbərlərinin kursa göndərilən kontingentin peşəkarlıq kompetentsizliyi barədə qənaətləri, onun aradan qaldırılmasına ünvanlanmış sifarişləri, müdavimlərin özünüdiaqnostika nəticələri, özünüinkişaf tələbatları tətbiq olunmurdu, institutun professor-müəllim heyəti məqsədəmüvafiq nəzəri-praktik tədqiqata, elmi fəaliyyətə cəlb olunmurdu. Nəticədə ixtisasartırma kurslarının tədris proqramlarına müdavimlərin bilmədikləri mövzular yox, proqram müəlliflərinin bildikləri mövzular salınırdı.

Qeyd olunan problemin həlli, onunla yanaşı dayanan və bu həlli mümkün edə biləcək digər bir problemin - ixtisasartırmanın intellektual resursunun təmin edilməsi probleminin təxirə salınmadan həllini tələb edirdi.

Son iki ildə bu problem də optimal variantda öz həllini tapdı. Kafedra strukturuna keçməzdən qabaq institutda cəmi 5 nəfər elmlər namizədi var idi. Hazırda institut əməkdaşlarının tərkibində 20-yə qədər elmlər namizədi və elmlər doktoru daimi ştatdadır. Bundan əlavə, 25 elmlər doktoru, 70 elmlər namizədi də institutda mühazirələr oxuyur. 

Göstərilən iki problemin həlli və pedaqoji kollektivlər, kurs müdavimləri ilə sıx pedaqoji ünsiyyət və əməkdaşlıq instituta imkan verdi ki, ixtisasartırma təhsilinin təşkilində sovet və postsovet dövrlərində mövcud olan və səthi toxunduğumuz məsələlər radial planda öz kompleks həllini tapsın. Bunsuz ixtisasartırma prosesinin metodoloji, informativ-texnoloji komponentlərini, aksioloji atributlar sistemini yaratmaq, bu sistem elementlərinin inteqrativ funksional qüvvəsini təmin etmək sadəcə olaraq mümkün deyil.

Qeyd olunan eyni təyinatlı ali məktəblərlə beynəlxalq əlaqələr institutun ixtisasartırma fəaliyyətinə dünyəvi məzmun-forma innovasiyasını da gətirmişdir.

İxtisasartırma problemlərinə həsr edilmiş elmi-tədqiqat işlərinin aparılması da son illər institutun başlıca prioritet istiqamətlərindən biridir. Müqayisə üçün qeyd edək ki, əgər 2007-ci ildə institut əməkdaşları tərəfindən cəmi 11-12 elmi məqalə dərc edilmişdisə, 2008-ci ildə bu göstərici 110, 2009-cu ildə isə 137 olmuşdur. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Həyata keçirilən toxunduğumuz və toxunmadığımız bütöv bir silsilə təşkilati tədbirlər ixtisasartırma təhsilinin yeni təsviri və normativ metodologiyalarının, çoxvariantlı tədris planları və proqramlarının işlənib hazırlanması və tətbiqi ilə nəticələnmişdir. Hər il institutun bütün kafedralarında 72, 98 saatlıq ixtisasartırma kurslarının, modul (tematik, məqsədli və s.) kursların tədris planları, proqramları ixtisasartırma istehsalatına buraxılır. Bu sahədə ümdə yenilik ondan ibarətdir ki, plan və proqramların stabillik dövriyyəsi minimuma - bir tədris ili müddətinə endirilmişdir (əvvəllər plan və proqramların stabillik dövriyyəsi 5 ili əhatə edirdi). Bu mühüm bir amildir  və imkan verir ki, ən yeni təlim texnologiyaları, elmi informasiyalar, dünyəvi sosial gözləmələr, qlobal təhsil problemləri kurs məzunları vasitəsilə hər dərs ilində pedaqoji kollektivlərə çatdırılsın.

İnstitutun kollektivi artıq ixtisasartırma kurslarının tədris planları və proqramlarının Təhsil Nazirliyinin yeni modelinə uyğun hazırlanması istiqamətində fəaliyyətə başlamışdır. Bu o deməkdir ki, institutun gələcək fəaliyyətində ixtisasartırma pedaqogikasının həm nəzəri, həm də praktik funksiyası bütün səviyyələrdə (təsviri, diaqnostik, proqnostik, layihələndirmə, çevirmə, refleksiv) beynəlxalq standartlara optimal inteqrasiya tamlığında və bütövlüyündə həyata keçiriləcəkdir.

İnstitutun son illərdəki nailiyyətlərinin başlıca qüvvə mənbəyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə vahid tələblər kontekstində həyata keçirilən birgə fəaliyyətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın ümumtəhsil müəssisələri sistemində fəaliyyət göstərən bütün kateqoriya pedaqoji kadrların ixtisasartırma təhsilinin sifarişini mərkəzləşdirilmiş qaydada həyata keçirən dövlət sifarişçisidir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tədris ili ərzində üç dəfə kurs müdavimləri kontingentinə öz sifarişini bu idarəyə ünvanlayır. İdarənin təqdim etdiyi siyahılar əsasında kurslar komplektləşdirilir, institutun rektorunun əmri ilə rəsmiləşdirilir. Akademik vaxt büdcəsi institutun Elmi Şurasının qərarı ilə əsasən 36 saat həcmində müəyyənləşdirilmiş tematik kursların sifarişini və kontingent təminatını isə təhsil idarəsi məktəb və məktəbəqədər müəssisələrin təqdimatları əsasında tədris ili ərzində həyata keçirir. İxtisasartırma prosesinin mütəşəkkilliyinin  əsasını təşkil edən bu işdə idarənin, institutun, ümumtəhsil müəssisələrinin və metodmərkəzlərin birgə işi getdikcə təkmilləşir, Təhsil Nazirliyinin tələbat-sifariş normativlərinin daha dolğun məzmunda reallaşdırılmasına optimal şərait yaranır.

Tələbkarlığın, birgə fəaliyyətin, tədrisin planlaşdırılması və proqramlaşdırılmasının nəzəri-praktik aspektlərdə yeni keyfiyyət səviyyəsinə qaldırılmasının nəticəsində son iki ildə ixtisasartırma təhsilinə cəlb olunanların sayı xeyli artmış, 2007-2008-ci tədris ilində 4880 nəfər, 2008-2009-cu tədris ilində 5000 nəfərdən çox, 2009-2010-cu tədris ilinin I yarımilində 1500 nəfər olmuşdur. 2008-2009-cu tədris ilinin I yarısında 580 nəfər müdavim qurtardığı halda, 2009-2010-cu ilin həmin dövründə bu rəqəm 1336 nəfər olmuşdur. İxtisasartırma təhsilinin sahələr və ixtisaslar üzrə əhatə dairəsi xeyli genişlənmişdir: tədris ili ərzində orta hesabla 75 məktəb rəhbərini, 1300 müəllim və tərbiyəçini əhatə edən İKT kursları keçirilir, ilk dəfə olaraq "Həyat bacarıqlarını aşılayan təhsil" fənni üzrə ixtisasartırma kursları təşkil edilmişdir. Bu fənn üzrə hər il ixtisas müəllimlərinin 25 faizi bu kurslara cəlb olunur.

İnstitut kafedra strukturuna keçənə qədər kurslara cəlbetmə ritmi pozulduğundan müəllim və tərbiyəçilərin böyük əksəriyyəti yay kurslarına göndərilir, çox sayda sıravi və rəhbər pedaqoji kadr ixtisasartırma təhsilindən yayınırdı.

Bu sahədə xeyli korreksiya işi aparılmış,

 tədris ilinin bütün mərhələlərində mütənasib sayda cəlbolunmanın həllinə çalışılmışdır. Nəticə göz qabağındadır: əvvəllər hər tədris ilində illik kurslara orta hesabla 900 nəfər, aylıq (yayda keçirilən) kurslara isə 4000 nəfərdən artıq müdavim cəlb olunurdu. İndi rəqəmlər müvafiq olaraq orta hesabla 3500:2500 nisbətindədir.

Problemin başlıca səbəbi məktəblərdə müəllimlərə fənlər üzrə metodik günlərin verilməməsi idi. Əfsuslar olsun ki, heç də bütün pedaqoji kollektivlərdə məsələnin həllinə nail olunmamışdır. Bunun üçün metodik gündə dərs cədvəlinə müəllimin kursa göndərilib-göndərilməməsindən asılı olmayaraq, dərsi salınmamalıdır. Məktəb direktorlarına, həmçinin pedaqoji kadrlara bir daha xatırladırıq ki, fənlər üzrə həftənin metodik günləri belədir: 

  Həftənin günləri Azərbaycan bölməsi Rus bölməsi  
  Bazar ertəsi Azərbaycan dili və ədəbiyyat, kimya,  biologiya, xarici dillər, rəsm və rəsmxət, bədən tərbiyəsi Coğrafiya, Azərbaycan dili  
  Çərşənbə axşamı Tarix, ibtidai təlim, fizika, əmək təlimi Riyaziyyat, biologiya  
  Çərşənbə Məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri, məktəb kitabxanaçıları, psixologiya, ibtidai təlim, iqtisadi biliklərin əsasları, həyati bacarıqları aşılayan təhsil  
  Cümə axşamı Rus dili, musiqi Tarix  
  Cümə Riyaziyyat, coğrafiya, informatika, təlimin texniki vasitələri, gənclərin çağırışaqədərki hazırlığı Rus dili və ədəbiyyat, ibtidai təlim, kimya  

Pedaqoji stajından, təcrübə zənginliyindən asılı olmayaraq, hər bir rəhbər və sıravi məktəb işçisinin dövri ixtisasartırma təhsilinə cəlbi bu gün də hüquqi vəzifədir. Respublikada ixtisasartırmanın kurikulum çərçivəsində yeni model üzrə təşkili vəzifənin aktuallığını birə-beş artırır. Bu istiqamətdə həlledici fəaliyyəti pedaqoji kollektivlərin rəhbərləri həyata keçirməlidirlər. Təhlillər göstərir ki, uzun illər ərzində ixtisasartırma təhsilindən yayınmalar yolverilməz dərəcədə yüksək faiz təşkil etmişdir. İnstitutun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər metodmərkəzinin, rayon metodmərkəzlərinin əməkdaşlığı sayəsində məsələnin həlli dinamikası müqayisəedilməz dərəcədə intensivləşdirilmişdir. Elə bu dinamika əmin olmağa imkan verir ki, rəhbər kadrlar öz vəzifə məsuliyyətlərini səfərbər edəcək, problemin qəti həllinə nail olacaqlar.

Əvvəllər ixtisasartırma təhsilində tematik və məqsədli kursların tətbiqi, demək olar ki, təsadüfi xarakter daşıyırdı, sistemlilikdən uzaq idi. Hazırda göstərilən təhsil xidmətləri istisnasız olaraq bütün kafedraların pedaqoji yükündə kifayət dərəcədə sanballı xüsusi çəkiyə malikdir. Bu profildə kurslar xüsusi modullar üzrə kafedralarda hazırlanmış, institutun rektoru tərəfindən təsdiq olunmuş tədris proqramları əsasında və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişi ilə bilavasitə pedaqoji kollektivlərdə, istehsalatdan ayrılmamaq şərtilə, institutun professor-müəllim heyəti tərəfindən keçirilir. İstərdik ki, bu tip kursların proqram mövzularının müəyyənləşdirilməsində pedaqoji kollektivlərin fəaliyyəti gücləndirilsin. Bu həmin kollektivlərdə elmi-metodik ehtiyac və tələbatların daha dolğun ödənilməsini təmin etmiş olardı.

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada ixtisasartırma təhsili tam dövlət hesabına və ən böyük akademik vaxt büdcəsi həcmində həyata keçirilir. Bu humanist siyasət, qayğı, stimullaşdırıcı amil hər bir pedaqoji işçini, kollektivi ixtisasartırma təhsilinə maksimum cəlb etməlidir. Hamımız bir pedaqoji həqiqəti dərindən dərk etməliyik ki, daima dinamikada olan mükəmməl öyrənmə olmadan mükəmməl öyrətmə ola bilməz. 

Fikrət ƏLİYEV,
BPKİYİ-nin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər namizədi,

Polad MƏDƏDOV,
BPKİYİ-nin ixtisasartırma fakültəsinin dekanı,
pedaqoji elmlər namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - ¹16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov