Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - ¹17

 

Milli təhsilimizin himayədarı

Bookmark and Share

XX əsrin sonu, XXI əsrin başlanğıcı Azərbaycanın milli təfəkkür tarixində mühüm dövrdür. Həmin dövrdə fenomenal idrak və idarəçilik istedadı ilə müasir cəmiyyətin intibah bayraqdarı olan Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində elmi potensialımız xeyli artmışdır. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra onun işləyib hazırladığı müstəqil dövlət quruculuğu strategiyasında belə bir ideya ön plana çəkildi: cəmiyyətin sivil, demokratik inkişafının əsas yolu müasir təhsildən keçir. Keçid dövrünün problem və çətinliklərinə baxmayaraq,Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev təhsilə qayğını daima nəzarətdə saxlayırdı. Bu gün Azərbaycan təhsilində ulu öndər Heydər Əliyevin imzaladığı İslahat Proqramı və dövlət təhsil siyasətinə uyğun gələcək strateji fəaliyyət tam dəqiqliyi ilə müəyyənləşdirilmişdi. Strateji fəaliyyətin əsas istiqamətləri müəllim hazırlığının müasir tələblər çərçivəsində yenidən qurulması, ümumi təhsildə məzmunun təkmilləşdirilməsi, yeni qiymətləndirmə mexanizmlərinə keçid, dərslik siyasətinin tam realizəsi, təhsil sistemində elmin, eləcə də elmi tədqiqatların inkişaf etdirilməsi, tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından geniş formada istifadə, təminat problemlərinin uğurlu həlli, təhsilin maliyyələşdirilməsində yeni iqtisadi mexanizmlərin hazırlanması, tədris müəssisələrinin müasir kompüter texnologiyaları ilə təchizatı və proqram təminatı, təhsilalmada hamı üçün bərabər şəraitin yaradılması kimi aktual məsələləri əhatə edir.

Bütün bunlarla yanaşı, ali məktəblərdə ikipilləli təhsilə keçid, özəl təhsil müəssisələrinin səmərəli fəaliyyəti üçün şəraitin yaradılması, ixtisaslaşdırma sisteminin müasir tələblərə uyğun yenidən qurulması, Dünya Bankı ilə birgə onillik islahat strategiyasının müəyyənləşdirilməsi, Yoxsulluq Proqramı çərçivəsində təhsilin statusu və rolununun artırılması və başqa bu kimi sahələrdə həyata keçirilən qlobal miqyaslı tədbirlər də məhz elə ulu öndər Heydər Əliyevin reallığa çevrilən ideyalarının bariz nümunəsidir.

Ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi illər ərzində ölkəmizin təhsil sistemində yaranmış güclü inkişaf tendensiyaları, yenilik və islahatlar istiqamətində məqsədyönlü fəaliyyət təkcə bunlarla bitmir. Onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin 20%-ni təşkil edən ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə dövlət təminatına mərhələlərlə keçilməsi haqda xüsusi qərar 1994-cü ildə məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qəbul edilmişdir. Həmin qərarın məqsədyönlü və düzgün həyata keçirilməsinin nəticəsi olaraq bu gün I-XI sinif şagirdlərinin dərsliklərlə təminatı, onların vaxtaşırı yenilənməsi məktəb sisteminin işini xeyli yüngülləşdirmişdir. Bir vacib məqamı da qeyd etməmək olmaz. Məktəblilərin dərsliklərlə pulsuz təminatına keçid  məhz "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı"nın tərkib hissəsinin bir qismidir. Bu proses intensiv şəkildə "Dərsliklərin hazırlanması, nəşri və təminatı sahəsində Dövlət Proqramı"na uygun olaraq davam etdirilir.

Heydər Əliyevin ümumilli lider kimi mühüm xidmətlərindən biri də xalqımızın tarixi dəyərlərinin öyrənilməsi və öyrədilməsi məsələlərinə xüsusi diqqət ayırması olmuşdur. Məktəblilərin dərsliklərlə pulsuz təminatı işin yalnız bir qismi idi. Dərsliklərin milliləşdirilməsi, milli mənəvi dəyərlərin fənn proqramlarına salınması, Azərbaycan tarixi dərsliklərinin yenidən mükəmməl işlənib hazırlanması, tədrisin müasirliklə milliliyin sintezi şəklində təşkil olunması məhz böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq siyasətinin nəticəsi olaraq həyata keçirilmişdir. Heydər Əliyevin təhsil siyasətinin ən mühüm prinsiplərindən biri gənc nəslin təlim və tərbiyəsində milli mənəvi dəyərlərin, milli özünüdərk şüurunun təlqin edilməsi idi. Azərbaycan tarixinin öyrənilməsi, tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi, onların əsərlərinin çapı və müxtəlif əcnəbi dillərə tərcümə edilməsi, dünya səviyyəsində təbliği və sairə bu kimi işlər məhz məqsədyönlü aparılır, konseptual xarakter daşıyırdı. Professor Yaqub Mahmudovun təbirincə desək: "Heydər Əliyev öz xalqının bağrından qopub gələn BÖYÜK AZƏRBAYCANLIDIR, öz  yurdunun, doğma  torpağının  misilsiz   təəssübkeşidir".

Böyük öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycançılıq, başqa sözlə, Vətənçilik, müqəddəs Ata yurduna bağlılıq, kökə qayıdış bu ideologiyanın təməlində durmalı, dünyanın bütün azərbaycanlıları bu bayraq altında birləşməlidirlər. Heydər Əliyevin milli mənəvi dəyərlər ideologiyası tərkibində Azərbaycan tarixinin öyrənilməsi və tədris edilməsi xüsusi yer tutmuşdur. Ümummilli lider ilk dəfə olaraq milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik tərbiyəsi anlayışı daxil etmiş və onun mahiyyətini müəyyənləşdirmişdir. Gənclərimizin milli ruhda, milli mənəvi dəyərlər əsasında tərbiyələndirilməsini vacib sayan ulu öndər Heydər Əliyev göstərirdi ki, gənclərimiz tariximizi yaxşı bilməlidirlər.

Tarix sübut edir ki, istənilən dövrdə hər hansı bir xalqın qəhrəmanlıq salnaməsini dahi şəxsiyyətlər, xalqı öz arxasınca apara bilən liderlər yazırlar. Bəli, Azərbaycanın müasir tarixini ulu öndər Heydər Əliyev vətənə təmənnasız xidmətiylə, qəlbində döyünən Azərbaycan eşqiylə, min bir əzablarla, vətənpərvər dəyanətiylə yazdı. Ömrünü Azərbaycan Respublikasının inkişafına, xalqımızın tərəqqisinə sərf etmiş Heydər Əliyevin fenomen bir şəxsiyyət kimi ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi misilsiz işlər, uzaqgörənliklə apardığı konstruktiv siyasi xətt, ümumiyyətlə, Heydər Əliyev vətənpərvərliyi müasir gənclər üçün örnək olmalı və bir ibrət dərsi kimi öyrədilməlidir. Bu baxımdan, bugünkü dərsliklərimizdə və fənn proqramlarında Heydər Əliyev irsinin tədrisi diqqət mərkəzindədir. Dəyərli alimlərimiz tərəfindən tədqiq olunmuş və hələ də tədqiqi davam edən Heydər Əliyev irsi kiçikdən böyüyə, yeniyetmədən gəncə qədər xalqın hər bir nümayəndəsi üçün ayrıca bir elmi sahədir.

Bugünkü təhsil islahatı müasir yanaşmalar baxımından qarşıya bir çox məqsədlər qoyur. Bu məqsədlər içərisində Vətənimizə layiqli şəxsiyyətlər, düşməndən qisas ala biləcək vətənpərvər əsgərlər yetişdirmək, müstəqil və demokratik Azərbaycanı yaşadacaq vətəndaşlar tərbiyə etməkdir. Bu baxımdan, müasir dərsliklərin yazılması və tərtibatı, onların məzmun tərkibi dövlətin ümumi ideologiyasının əsas xətti olaraq ümummilli lider, ulu öndər Heydər Əliyevin nəsihətlərinə əsaslanmalıdır. "Ata yurdu" dərsliyində deyildiyi kimi: "Müqəddəs Vətənimizin gələcəyi olan Azərbaycan gəncləri, bizim hamımız millət şərqisi oxuya-oxuya qüdrətli, birləşmiş, demokratik Azərbaycan-müqəddəs Ata yurdumuzun bütün torpaqlarını əhatə edən Yeni Azərbaycan-Böyük Azərbaycan qurmaq üçün bu bayraq altında zəfər yürüşünə başlamışıq". Hər kəsə bəllidir ki, xalqımızın orta yaşlı nəsli, yəni istiqlaliyyətimizi qazandığımız 1991-ci ilə qədər təhsil alan təbəqəmiz Vətənimizin ulu keçmişini, təhriflərdən, yalanlardan uzaq, obyektiv yazılmış tariximizi öyrənməkdən məhrum idi. Ancaq bugünkü müasir Azərbaycan məktəblisi böyük fəxarətlə Cavanşiri, Babəki, Tomrisi, Atabəy Şəmsəddin Eldənizi, Uzun Həsəni, Qara Yusifi, Şah İsmayıl Xətaini, Səttarxanı, M.Ə.Rəsulzadəni, F.Xoyskini, S.Mehmandarovu, Ə.Şıxlinskini və b. bu kimi bir çox tarixi şəxsiyyətləri, onların vətən tarixində rolunu öyrənir.

Ulu öndər fəaliyyətinin bütün mərhələlərində müəllimlərə yüksək dəyər vermiş, onları müxtəlif fəxri adlarla, mükafatlarla təltif edərək daha yaxşı çalışmağa stimul yaradırdı. Müxtəlif çıxışlarında böyük azərbaycanlı Heydər Əliyev qabaqcıl müəllimlərə rəğbətini və hörmətini gizlətmirdi. Professor Yaqub Mahmudov Heydər Əliyev haqqında "Azərbaycanlı Dahisi" adlı məqaləsində yazıb: "Çağdaş Azərbaycan bu gün -XXI yüzilliyin başlanğıcında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalmış, tarixə çevrilmişdir!....Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər bir Vətən övladı, qədirbilən xalqımız dahi xilaskara-Ata yurdumuzun Ata türkünə borcludur!".

Leyla HÜSEYNOVA,
Bakıdakı Ə.Şıxlinski adına
135 nömrəli məktəbin tarix müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - ¹17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov