Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

Təhsil Nazirliyinin kollegiya iclasında

Bookmark and Share

Mayın 1-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. İclasda "Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər", "Məktəb şəbəkəsinin optimallaşdırılması" və "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq" mövzusunda məsələlər müzakirə olundu.

Kollegiya üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin  şöbə müdirləri  və struktur bölmələrinin, həmçinin  müəllim hazırlığı, ixtisasartırma təhsili ilə məşğul olan təhsil müəssisələrinin rəhbərləri, rayon və şəhər  təhsil şöbə müdirləri, Təhsil Nazirliyinə birbaşa tabe olan ümumtəhsil müəssisələrinin direktorlarının iştirak etdikləri kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq zala toplaşanları salamladı, iclasın iş qaydası haqqında onlara məlumat verdi. Hər üç məsələnin aktuallığını, onların müzakirəsinə xeyli müddətdən bəri hazırlıq işləri görüldüyünü söyləyən təhsil naziri öncə son illər ölkəmizin təhsil sistemində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında danışdı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə respublikada digər sahələrdə olduğu kimi, təhsildə də ciddi uğurlar qazanılıb. Ölkədə siyasi stabillik mövcuddur. Artıq Azərbaycanda təhsili inkişaf etdirmək, onu dünyanın aparıcı ölkələrinin təhsili səviyyəsinə qaldırmaq üçün əlverişli mühit və səmərəli şərait yaradılıb. Nazir ölkədə təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verdi.

Təhsili yeni keyfiyyət səviyyəsinə qaldırmaq üçün müəllim amilinin həlledici rol oynadığını vurğulayan təhsil naziri müəllimin öz vəzifəsini layiqincə yerinə yetirə bilməsi üçün müasir təlim-təhsil texnologiyalarına yiyələnməsinin, metodik səviyyəsini artmasının vacib olduğunu, bu işdə metodik xidmətin mühüm rol oynadığını qeyd etdi.

Təhsil naziri Misir Mərdanov sonra "Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılımasına dair tədbirlər" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Metodik xidmətin təşkilində islahatların zəruriliyindən danışan nazir hazırkı şəraitdə metodik işin məzmunu və formalarının təkmilləşdirilməsinin, təhsil şöbəsi metodik kabinetlərinin daha səmərəli təşkilinin, metodik kabinetin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsinin və metodik xidmət sahəsində bacarıqlarının artırılmasının, metodik xidmətin təşkilində müasir metodologiya və mexanizmlərin tətbiq edilməsinin, bu sahədə dünya təcrübəsinin öyrənilməsinin vacib olduğunu söylədi.

Metodik xidmətin təşkili sahəsində mövcud vəziyyətlə kollegiya iştirakçılarını tanış edən təhsil naziri bildirdi ki, hazırda ölkənin 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə metodik mərkəz fəaliyyət göstərir. Metodik kabinetlərin respublikanın şəhər və rayonları üzrə paylanmasını, onların ştatlarının, metodik kabinetlərdə fənlər üzrə metodistlərin sayını əks etdirən cədvəllər ekranda kollegiya iştirakçılarının diqqətinə çatdırıldı və müvafiq təhlillər aparıldı. Nazir çıxışında metodik xidmətin təşkilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin, Sumqayıt Şəhər Təhsil Şöbəsi metodik kabinetinin yeni kurikulumların tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin monitorinqi, dayaq məntəqələrinin işinin təşkili sahəsində müsbət  təcrübə topladıqlarını qeyd etdi. Təhsil naziri habelə Gəncə, Şirvan şəhərlərində, Beyləqan, Samux, Neftçala, Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı, Qazax və Xaçmaz rayonlarının metodik kabinetləri tərəfindən də təhsil müəssisələrinə göstərilən metodik xidmətin  qənaətbəxş olduğunu bildirdi. Qeyd olundu  ki, son illərdə metodistlərin "öyrədənlər" kimi kurikulumlar üzrə təlimlərə cəlb olunmaları istiqamətində məqsədyönlü iş aparılır.

Məruzə-təqdimatda metodik  kabinetin vəzifələrinə ətraflı toxunan nazir qeyd etdi ki, metodik kabinet  kadrlarla aparılan metodik işləri istiqamətləndirir, onların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidənhazırlanması işini  təşkil edir. Metodik kabinet həmçinin dayaq  məntəqələrinin işini qurur, bu prosesə fənlər üzrə ən qabaqcıl müəllimləri cəlb edir, müəllimlərin pedaqoji,psixoloji və metodik sahələr üzrə ehtiyaclarını öyrənir, onların tələbatlarına uyğun təkmilləşdirmə və ixtisasartırma prosesinə hazırlıq işlərini aparır, müvafiq təkliflər hazırlayır, müəllimlərin ixtisasartırma kurslarında olmasını tənzimləyir.

Metodik kabinetlər həm özləri, həm də pedaqoji kadrlar tərəfindən kurikulumların, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və tətbiqi işini təşkil edir, bu istiqamətdə müəllimlərlə seminarlar və treninqlər keçirir, müəllimlərin dərslərinin dinlənilməsini və müzakirəsini təşkil edir, onların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı barədə təkliflər hazırlayır. Yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar məktəb rəhbərləri və müəllimlərə metodik kömək göstərir və s.

Nazir çıxışında daha sonra metodik xidmətin təşkilində mövcud problemləri diqqətə çatdırdı. Təəssüf hissi ilə qeyd etdi ki, bir sıra metodik kabinetlərdə metodistlərin işə qəbulunda mövcud əsasnamənin tələbləri pozulur, 5 il pedaqoji stajı tamam olmayan müəllimlər metodist kimi işə qəbul edilirlər. Belə faktların aşkarlandığı rayon təhsil şöbələrinin bir neçəsinin adı çəkildi, onların rəhbərlərinə vəziyyəti düzəltmək barədə tapşırıqlar verildi. Qeyd olundu  ki, aparılan təhlillər metodik kabinetlərin ştat vahidlərindən düzgün istifadə edilmədiyini göstərir. Məhz bu səbəbdən hazırda 73 metodik kabinetdən (mərkəzdən) 42-də kimya, 50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də fiziki tərbiyə, 53-də əmək hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 36-da məktəbəqədər təhsil, 23-də isə ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur. Verilən məlumatdan aydın oldu ki, metodik kabinetlərin (mərkəzin) əməkdaşlarından 200 nəfəri (27,6 faizi) məktəblərdə dərs aparmır. Belə halların daha çox olduğu rayon və şəhərlərdəki metodik kabinetlərin adlarını, işçilərin ümumi sayı və onlardan dərs yükü olmayanların sayını əks etdirən cədvəllər nümayiş olundu. Nazir bu və digər problemlərlə bağlı iradlarını bildirdi.

Kollegiyada müzakirə olunan məsələ ilə bağlı xarici ölkələrin təcrübəsindən də söz açıldı və metodik xidmətin təkmilləşdirilməsi üzrə təkliflər iclas iştirakçılarının diqqətinə çatdırıldı. Təhsil naziri Misir Mərdanov çıxışının sonunda müzakirə olunan məsələ ilə bağlı iclas iştirakçılarına bir sıra tövsiyələr verdi.

***

Sonra kollegiya ikinci məsələnin müzakirəsinə başladı. "Məktəb şəbəkəsinin optimallaşdırılması" mövzusunda həmin məsələ barədə təhsil naziri Misir Mərdanov geniş məruzə-təqdimatla çıxış etdi.

Təhsil naziri öncə ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açaraq bildirdi ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərinin sayı barmaqla sayılacaq qədər olduğu halda, 20-30-cu illərdən etibarən müxtəlif obyektiv və subyektiv səbəblərdən təhsil müəssisələrinin sayı artmağa başlayıb. Əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid, sonralar isə ümumi icbari 7-illik, 8-illik, 9-illik və orta təhsilin tətbiqi bu prosesi sürətləndirib. Hamıya ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində, hətta çobanların yaşadıqları müvəqqəti qışlaq və yaylaqlarda da məktəblər açılıb. Belə məktəblərin, az da olsa, bu gün də mövcud olduğunu bildirən təhsil naziri onların yaradılmasının xoş niyyətdən irəli gəldiyini, lakin bu vəziyyətin zaman-zaman təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini söylədi. Nazir məktəbi təhsilalanın yanına aparmaqdansa, təhsilalanı məktəbə gətirməyin daha düzgün yol sayıldığını, dünyada bu cür təcrübənin artıq mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik yaşayış məntəqələrində, hətta iri şəhərlərdə belə şagirdlərin məktəblərə aparılıb gətirilməsinin təşkil olunduğunu, bu məqsədlə xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırdı.

Bu baxımdan, ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılmasının ümumi təhsilin ən ciddi problemlərindən biri olduğunu söyləyən təhsil naziri  şagirdlərinin sayı az olan ümumtəhsil məktəbləri haqqında məlumatla kollegiya iştirakçılarını tanış etdi. Öncə şagirdlərinin sayı az olan məktəblərin təhsil pillələrinə və şagirdlərin sayına görə təsnifatını əks etdirən diaqram təqdim olundu. Diaqramı şərh edən nazir qeyd etdi ki, hazırda ölkədə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38 və 51-100 arasında olan 9 ibtidai məktəb var. Nazir bu qayda ilə şagirdlərinin sayı az olan əsas və orta məktəblər haqqında da məlumat verərək bildirdi ki, ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcuddur.

Sonra təhsil naziri şagirdlərinin sayı az olan ümumtəhsil məktəblərinin rayonlar üzrə paylanmasını əks etdirən cədvəli kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Aydın oldu ki, ölkənin 61 şəhər və rayonunda belə məktəblər vardır. Qeyd olundu ki, şagirdlərinin sayı 100-dək olan məktəblər Laçın, Kəlbəcər, Ağdam, Lerik, Quba, Xaçmaz və s. rayonlarda daha çoxdur. Belə ki, Laçın rayonunda 103, Kəlbəcərdə 81, Ağdamda 72, Lerikdə 70, Qubada 68, Xaçmazda 52 belə məktəb fəaliyyət göstərir.

Təhsil naziri şagirdlərinin sayı az olan orta məktəblərin yerləşdiyi rayonların üzərində xüsusi dayandı və belə məktəblərin daha çox olduğu rayonların adlarını çəkdi. Qeyd olundu ki, Şamaxı və Daşkəsən rayonlarının hərəsində 2, Kürdəmir, Qusar, Füzuli, Kəlbəcər, Xocalı rayonlarının isə hərəsində 1 orta məktəb vardır ki, onlarda şagirdlərin sayı 30-dan azdır.

Şagirdlərinin sayı 31-dən 50-dək olan orta məktəblərin daha çox olduğu rayonlardan isə Laçının (19 orta məktəb), Kəlbəcərin (11), Ağdamın (8), Füzulinin (2) və s. adları qeyd olundu.

Təhsil naziri daha sonra şagirdlərinin sayı 30-dək, 31-dən 50-yə və 51-dən 100-dək olan ibtidai, əsas və orta məktəblər haqqında məlumatın əks olunduğu cədvəllərlə kollegiya iştirakçılarını tanış etdi və həmin cədvəllərdəki bəzi rəqəmləri  diqqətə çatdırdı.

Məruzə-təqdimatda bir yaşayış məntəqəsində fəaliyyət göstərən məktəblər haqqında da məlumat verildi. Nazir bildirdi ki, məktəb şəbəkəsinin mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə aparılan tədqiqat ölkənin bir sıra regionlarındakı kəndlərdə iri məktəblərlə yanaşı, şagird kontingenti az olan kiçik məktəblərin də fəaliyyət göstərdiyini aşkara çıxarıb. Nümayiş olunan cədvələ istinadən qeyd edildi ki, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, İmişli, Qəbələ, Qobustan, Quba, Qusar və digər rayonların hərəsində 2, 3, hətta 5 məktəb olan kəndlər çoxdur.

Sonra Misir Mərdanov kollegiya iştirakçılarına məlumat verərək bildirdi ki, ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması nəzərdə tutulur. Bunun üçün Ucar pilot rayon olaraq müəyyənləşdirilmiş və burada məktəb şəbəkəsinin rasionallaşdırılması üçün təkliflər hazırlanmışdır. Həmin təklifləri kollegiya iştirakçılarının diqqətinə çatdıran təhsil naziri qeyd etdi ki, hazırlanmış rasionallaşdırma planına əsasən, rayonun 4 kəndindəki əsas məktəbin həmin kəndlərdə fəaliyyət göstərən orta məktəblərlə birləşdirilməsi nəzərdə tutulub. İki ibtidai məktəb yerli imkanlar çərçivəsində eyni yaşayış məntəqəsindəki digər məktəblərlə birləşdiriləcək.

İclasda ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə kollegiyanın müəyyənləşdirdiyi tapşırıqlar da diqqətə çatdırıldı. Qeyd olundu ki, hər bir yeni məktəbin açılması, tipinin dəyişdirilməsi məsələləri ciddi nəzarətə götürülməli, hər bir təklif nazirliyin müvafiq şöbələri tərəfindən ətraflı araşdırılmalı, zəruri ehtiyac olmadığı müəyyənləşdirildiyi hallarda bu məsələlərin qarşısı alınmalıdır.

RTŞ-lara tapşırıldı ki, 2010-2011-ci tədris ilinə bir yaşayış məntəqəsində fəaliyyət göstərən təhsil müəssisəsinin ciddi problem yaranmadan və daşınmaya ehtiyac olmadan digər təhsil müəssisəsi ilə birləşdirilməsi imkanlarını araşdırsınlar, müvafiq tədbirlər görüb nəticə barədə cari il avqustun sonunadək nazirliyə məlumat versinlər.

Tapşırıqlarda habelə yerlərdən daxil olan məlumatların və təkliflərin Təhsil Nazirliyində araşdırılıb təhlil edilməsi və ümumiləşdirilərək ölkə üzrə Məktəb Şəbəkəsinin Rasionallaşdırılması Proqramının hazırlanıb təsdiqə təqdim edilməsi nəzərdə tutulmuşdur.

İclasda habelə müəllimlərlə bağlı aparılmış ilkin təhlilin nəticələri də kollegiya iştirakçılarına təqdim olundu. Qeyd edildi ki, ölkə üzrə 1845 müəllim iki məktəbdə işləyir. Belə halların daha çox müşahidə olunduğu rayonların adları açıqlandı, üç məktəbdə işləyən müəllimlərin, onların çalışdıqları məktəblərin, tədris etdikləri fənlərin adlarının, hər fənn üzrə dərs yükünün miqdarını, habelə 2 məktəbdə işləyən və 30 saatdan artıq dərs yükü olan müəllimlərin adlarını əks etdirən cədvəllər iclas iştirakçılarına təqdim olundu. Təhsil naziri bu məsələnin də araşdırılmasını və müvafiq ölçü götürülməsini aidiyyəti rayonların təhsil şöbə müdirlərinə tapşırdı.

***

Kollegiya iclasında müzakirə olunan üçüncü məsələ haqqında da təhsil naziri Misir Mərdanov məlumat verdi.

"2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq" mövzusunda məruzə-təqdimatında nazir ümumtəhsil məktəblərində buraxılış imtahanlarının yeni qaydada keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, imtahanların mərkəzləşdirilmiş qaydada aparılması son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir. Bu barədə ictimaiyyətə vaxtaşırı olaraq məlumat verildiyini söyləyən təhsil naziri bu il XI siniflərlə yanaşı, IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini diqqətə çatdırdı. Misir Mərdanov bir neçə illik zəhmətin hədər getmədiyini, vəziyyətin ildən-ilə yaxşılaşdığını, imtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının ictimaiyyət tərəfindən razılıqla qarşılandığını vurğuladı. Bildirdi ki, yeni qiymətləndirmə siyasəti təhsilimizin inkişafına, ölkədə məktəbin, müəllimin nüfuzunun yüksəldilməsinə xidmət edir və təhsil prosesinin iştirakçılarında məsuliyyət hissini artırır.

Builki yoxlama imtahanlarında nəticələrin ötən ilkinə nisbətən 10 faiz yaxşılaşdığını deyən təhsil naziri imtahanların yekunlarını əks etdirən ümumi statistik rəqəmləri kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, builki yoxlama imtahanlarında IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi iştirak edib. Bunlardan 82691 nəfər, yəni 64,71 faizi müsbət qiymət alıb.

XI siniflər üzrə 96394 şagirddən 90134-ü, yəni 93,5 faizi imtahanda iştirak edib və onlardan 37181 nəfəri, yəni 41,25 faizi müvəffəq qiymət alıb.

Nazir yoxlama imtahanlarında iştirak edən XI sinif şagirdlərinin yarıdan çoxunun müvəffəq qiymət almamasını nöqsan saydı və bu məsələ üzərində ciddi düşünmək lazım gəldiyini söylədi.

Təhsil naziri kollegiya iştirakçılarının diqqətini bir fakta da yönəldərək bildirdi ki, 2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI sinif şagirdi məzunların sırasından qeyri-müəyyən səbəblərdən çıxarılmışdır. Nazir XI sinifdə şagirdlərin yerlərinin dəyişdirilməsinə yol verilməməsi barədə müvafiq göstərişin olmasına baxmayaraq, xeyli sayda şagirdin oxuduğu sinifləri tərk edib başqa məktəblərə getməsini mənfi hal kimi qiymətləndirdi, rayonlardan XI sinif şagirdləri barədə Təhsil Nazirliyinə göndərilən məlumatlarda qeyri-dəqiqliklərə yol verildiyini diqqətə çatdırdı, rayon (şəhər) təhsil şöbələrinin rəhbərlərinə, məktəb direktorlarına bu məsələyə məsuliyyətlə yanaşmalarını tapşırdı.

Təhsil naziri daha sonra 2009-2010-cu dərs ilində IX və XI siniflərin mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarında müvəffəqiyyət faizlərindəki fərqləri əks etdirən cədvəlləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb, ayrı-ayrı rayonlar üzrə onların təhlilini apardı. Bütövlükdə, IX siniflər üzrə müvəffəqiyyət göstəricilərinin XI siniflər üzrə göstəricilərdən yüksək olduğunu bildirən məruzəçi bunun IX sinifdə imtahanın 2 fəndən aparılması və IX sinif şagirdlərinin imtahanlara daha məsuliyyətlə yanaşmaları ilə izah olunduğunu söylədi.

Məruzə-təqdimatda habelə 2009-2010 və 2008-2009-cu dərs illərindəki yoxlama imtahanlarının rayonlar üzrə müvəffəqiyyət faizlərindəki fərqləri əks etdirən cədvəl kollegiya iştirakçılarına nümayiş etdirildi. Cədvəl üzrə aparılan təhlildən aydın oldu ki, bütövlükdə builki yoxlama imtahanlarının müvəffəqiyyət faizi, demək olar ki, rayonların böyük əksəriyyəti  üzrə ötən ildəkindən yüksək olub. Yalnız bir neçə rayonda müvəffəqiyyət faizi ötən ildəkindən aşağıdır. Ölkə üzrə bu fərq orta hesabla 10 faizə yaxın artımdır. Eyni zamanda bildirildi ki, builki yoxlama imtahanlarında ölkə üzrə 48 rayonun 271 məktəbində şagird nailiyyətlərinin müvəffəqiyyət faizi sıfır olub. Daha çox məktəbinin müvəffəqiyyət faizi sıfır olan rayonların adlarını, onların bütün məktəblərinin və sıfır nəticə göstərən məktəblərin sayını əks etdirən cədvəl diqqətə çatdırıldı.

Təhsil naziri məruzə-təqdimatında imtahana hazırlıq işini yüksək səviyyədə təşkil etmiş şəhər və rayon təhsil şöbələrinin adlarını açıqladı, bu baxımdan Gəncə şəhər, Qazax, Tovuz, Şəmkir, Balakən, Qax, Göyçay, İsmayıllı və Siyəzən rayonlarının təhsil şöbələrinin fərqləndiyini bildirib, onların müdirlərinə təşəkkür etdi. Nazir, eyni zamanda mərkəzdən göndərilən imtahan rəhbərlərinin bəzi rayonlarda işin təşkilindən narazı qaldıqlarını diqqətə çatdırdı. Məruzədə habelə bir neçə rayonda imtahanlara hazırlıq işinin aşağı səviyyədə qurulduğu qeyd olundu.

Təhsil naziri imtahanlarda nümunəvi fəaliyyəti ilə fərqlənən nəzarətçilərin də adlarını qeyd edərək onlara kollegiya adından təşəkkür etdi, eyni zamanda işini çox aşağı səviyyədə yerinə yetirmiş nəzarətçilərin adları çəkildi, onların növbəti imtahanlara cəlb olunmaması tövsiyə edildi.

Bakı şəhərində və Yasamal rayonunda ayrı-ayrı fənlər üzrə müvəffəqiyyət faizlərini əks etdirən hesabatlar diqqətə çatdırıldı.

Nazir buraxılış imtahanlarına hazırlıqla bağlı görüləcək işlərə də kollegiya iştirakçılarının diqqətini yönəldərək bildirdi ki, imtahanlara qalan vaxt ərzində IX və XI siniflər üzrə illik qiymətlərin şagirdlərin məlumat bazasına daxil edilməsi, təkrar və eksternat qaydasında imtahan verəcək şagirdlərin siyahısının hazırlanması, imtahanlardan azad olunacaq şagirdlərin siyahısının və şagirdlərin adlı siyahısının dəqiqləşdirilməsi, nəzarətçi müəllimlərin məlumatlandırılması istiqamətində işlər aparılmalıdır. Nazir R(Ş)TŞ müdirlərinə, məktəb direktorlarına imtahanlara hazırlıq və onların mütəşəkkil keçirilməsi ilə bağlı bir sıra tapşırıqlar da verdi.

Məruzə-təqdimatda  hazırda ən ciddi məsələlərdən olan beynəlxalq və milli qiymətləndirmə sahəsində həyata keçirilmiş və keçiriləcək tədbirlərdən də söz açıldı. Nazir qiymətləndirmə siyasətinin tərkib hissəsi olan sorğuların aparılması, testlərin keçirilməsi haqqında danışaraq bildirdi ki, bu il aprelin 12-14-də 4-cü sinif şagirdlərini, valideynləri və onlara dərs deyən müəllimləri, məktəb direktorlarını əhatə edən TİMSS və PİRLS beynəlxalq sınaq mərhələsi keçirilmiş və 216 ümumtəhsil məktəbinin 6041 nəfər IV və 5781 nəfər IX sinif şagirdi test suallarını və sorğuları cavablandırmışlar. Nazir testlərin nəticələri ilə kollegiya iştirakçılarını tanış etdi.

Şagird və müəllimlər, valideyn və məktəb direktorları ilə keçirilmiş sorğuları da təhsil naziri Azərbaycan təhsili üçün yeni hadisə adlandıraraq həmin sorğuda məqsədin şagirdlərin fənlərə və məktəbə münasibətini, ev şəraitinin onların nailiyyətinə təsirini müəyyənləşdirmək, ailə mühitinin, məktəbdəki  tədris şəraitinin, müəllimin peşə hazırlığının, iş təcrübəsinin, istifadə etdiyi təlim və qiymətləndirmə metodlarının şagirdin nailiyyətlərinə təsirini öyrənmək olduğunu söylədi.

Məruzəçi hər dörd sorğunun nəticələrinə əsasən ekspertlərin verdiyi tövsiyələrlə də  kollegiya iştirakçılarını tanış etdi. Qeyd olundu ki, həmin tövsiyələrə görə, ümumi orta və tam orta təhsil səviyyəsi üçün fənn kurikulumlarının hazırlanması prosesində milli qiymətləndirmənin nəticələrindən istifadə olunmalı, biliyin bacarığa çevrilməsini təmin etmək məqsədi ilə dərsliklərdə verilən oxu və anlama bacarıqlarını inkişaf etdirən mətnlərin və bu yönümlü qiymətləndirmə vasitələrinin sayı artırılmalıdır. Yeni qiymətləndirmə qaydaları ilə işləmək bacarıqlarını inkişaf etdirmək üçün fənn müəllimləri təlim kurslarına cəlb edilməli, ailədə uşaqların təhsilinə mane olan amilləri aradan qaldırmaq məqsədi ilə məktəb-valideyn əlaqələri gücləndirilməlidir.

Çıxışının sonunda təhsil naziri nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına tövsiyə və tapşırıqlar verdi.

Samirə KƏRİMOVA,

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov