Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Bookmark and Share

Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini andılar, məzarları üzərinə qərənfillər düzdülər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qeyd etdi ki, hazırda müstəqil Azərbaycan dövləti tarixi bir hadisə - çağdaş dövlətçiliyimizin memarı və qurucusu, təhsil quruculuğu strategiyasının müəllifi, uşaqların, məktəblilərin, gənclərin böyük dostu ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsindədir. Bu günlər ölkəmizin hər yerində bütün idarə və təşkilatlarda, dövlət qurumlarında, həmçinin təhsil müəssisələrində Azərbaycan dövlətinin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də ölkənin ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilmiş və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı  müsabiqəsidir. Nazir bununla bağlı mərasim iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, "Ulu öndər Heydər Əliyevi düşünərkən..." nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə (məktəb, rayon (şəhər) respublika) təşkil edilib. Sonuncu respublika mərhələsinə vəsiqə qazanmış 96 məktəblinin 21 nəfəri respublika turunun qalibi elan olunmuşdur, onlardan 5-i I yeri, 5-i II yeri, 11-i III yeri tutmuş, 56 nəfər isə Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.

Nazir Misir Mərdanov inşa yazılarında məktəblilərin ulu öndər haqqında öz fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini bildirdi. Təhsil naziri onu da qeyd etdi ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının artıq bir ənənəyə çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr etdirilib qaliblərə və onların oxuduqları məktəblərə hədiyyə edilməsi qərara alınıb. Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib.

Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil quruculuğu strategiyasının banisi Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən təhsil sisteminin davamlı inkişafını əks etdirən bəzi tarixi məqamları yada saldı.

Çıxışının sonunda təhsil naziri bütün təşkilatçılara, müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirdi.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına, müsbət təsir göstərdiyini dedi. YAP sədrinin müavini ötən il olduğu kimi bu il də I, II, III yeri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən hər ay təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı və qalibləri təbrik etdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu işin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını söylədi. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq, onların pulla mükafatlandırılacaqlarını bildirdi.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı. Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən layihələrdən söz açdı. Heydər Əliyev Fondunun icraçı direktoru bir xoş xəbəri mərasim iştirakçılarına çatdıraraq bildirdi ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu müsabiqənin 21 qalibi Belçika Krallığına, Fransa Respublikası və Almaniya Federativ Respublikasına səfər edəcəkdir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, onlara istədikləri ali məktəblərə qəbul olmalarını arzu etdi.

Sonra Fəxri fərmana layiq görülən 56 nəfər səhnəyə dəvət edildi. I, II, III yerlərin qaliblərinin adları açıqlandı. Diplomlara layiq görülən I, II, III yerin sahiblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olundu. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov