Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı

Bookmark and Share

Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə keçirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı oldu. Toplantını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransın istedadlı şagirdlərin aşkara çıxarılması və potensial imkanlarının inkişaf etdirilməsi sahəsində paytaxt müəllimlərinin yaradıcı fəaliyyətinə böyük təkan verdiyini bildirdi. Toplantının əlamətdar bir vaxtda keçirildiyini söyləyən N.Rzaquliyeva ulu öndərin istedadlı uşaq və gənclərin inkişafına həmişə böyük diqqət yetirdiyini, onun 1996-cı il 22 iyun tarixli fərmanı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın yaradıldığını diqqətə çatdırdı, bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın istedadlı gənclərə böyük diqqət və qayğı göstərdiklərini vurğuladı.

N.Rzaquliyeva konfrans çərçivəsində keçirilmiş müsabiqənin yekunları ilə toplantı iştirakçılarını tanış edərək yaradıcılıq yarışında paytaxtın 65 müəlliminin qalib gəldiyini, onların məqalələrinin toplu şəklində dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldığını söylədi və qalibləri təbrik etdi.

Sonra müsabiqə qaliblərindən Bakının 8 nömrəli məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1 nömrəli məktəbin müəllimi Vüsalə Həsənova, bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlünün təqdimat çıxışları dinlənildi.

Toplantıda çıxış edən BDU-nun professoru Qasım Hüseynov, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov ümummilli lider Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı xidmətlərindən, istedadlı gənclərin inkişafına göstərdiyi qayğıdan danışdılar.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov qalibləri təbrik etdilər. Təhsil naziri təbrik çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün əsl bayram təntənəsi ilə qeyd olunduğunu bildirdi. Bütün dünyada istedadların cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi dəyərləndirildiyini diqqətə çatdıran təhsil naziri ölkəmizdə də onların dövlətin qayğısı ilə əhatə olunduğunu, istedadların vaxtında aşkara çıxarılıb inkişaf etdirilməsində müəllimlərin böyük rol oynadığını söylədi. Misir Mərdanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib onun keçirilməsinə dəstək verdiyinə, təhsil işçiləri ilə bağlı bir çox tədbirlərin təşəbbüsçüsü kimi çıxış etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyevə minnətdarlığını bildirdi.

Y.ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov