Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - 18

 

"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans

Bookmark and Share

Mayın 7-də  Bakı Pedaqoji  Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  ümummilli  lider  Heydər Əliyevin  anadan olmasının  87-ci ildönümünə  həsr edilmiş "Heydər Əliyev və Azərbaycanın inkişafı"  mövzusunda elmi-praktik  konfrans keçirildi.

Giriş sözü ilə  konfransı açan  rektor, professor Asəf Zamanov  görkəmli dövlət xadimi, tariximizə  qurucu xilaskar kimi daxil olmuş ümummilli lider Heydər Əliyevi  xalqımızın taleyində, iqtisadi-siyasi, mənəvi həyatında  misilsiz xidmətlər göstərən  dahi şəxsiyyət  kimi səciyyələndirdi. Qeyd etdi ki, Heydər Əliyev  şəxsiyyətinin  müdrikliyi,  böyüklüyü ondadır ki, onun düşüncələri, əməli  fəaliyyəti  təkcə bu günlə məhdudlaşmamış, həm də  uzaq gələcəyə ünvanlanmışdır. Azərbaycan tarixinin 1969-cu ilin 14 iyulundan sonrakı dövrünün  əhatəli təhlili  və qiymətləndirilməsi  belə bir həqiqəti aşkar edir ki,  Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra ölkəmizin  ictimai-siyasi həyatında, o cümlədən  maarif və təhsil sahəsində  açıq müşahidə edilən tənəzzül  prosesinə  son qoyuldu. 70-80 -ci  illərdə  Azərbaycan intibahını şərtləndirən, onu səciyyələndirən  mühüm amillər sırasında  təhsilin,elmin, mədəniyyətin  yüksəlişi  xüsusilə  diqqəti cəlb edir.Həmin dövrdə  məktəblərin texniki və elmi-metodiki  vasitələrlə  təminatı  əsaslı şəkildə  yaxşılaşdı. 1978-ci ildə  fizika və kimya kabinetləri ilə təminat  92,2 faizə,  məktəblərin kitabxana ilə təminatı isə  97,9 faizə yüksəlmişdi. Ali təhsilin kəmiyyət  və keyfiyyətcə  yüksəlişinin əsasını da  ümummilli lider qoymuşdur. Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu  təhsil ənənələri sırasında  azərbaycanlı gənclərin respublikamız  üçün  gərəkli  ixtisaslara yiyələnmələrindən  ötrü keçmiş sovetlər  ölkəsinin qabaqcıl ali məktəblərinə  göndərilməsi təcrübəsi xüsusi yer tutur. Hər il qabiliyyətli  gənclərin böyük bir hissəsinin SSRİ-nin  elm və tədris  ənənələri  ilə tanınmış  qabaqcıl ali məktəblərinə göndərilməsi Heydər Əliyevin uzaqgörən siyasətinə  ən bariz nümunədir. Bundan əlavə, gənclərin böyük bir dəstəsi  ölkənin  ali hərbi  məktəblərinə, Kiyev Mülki Aviasiya İnstitutuna, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinə, Ümumittifaq Dövlət Kinematoqrafiya  İnstitutuna qəbul olunurdular. Bu yolla ulu öndər Azərbaycanın o dövr üçün ən vacib  olan  elm və kadr potensialının  möhkəmlənməsinə nail olmuşdur. Artıq 1981-ci ildə Moskva, Leninqrad (indiki Sankt-Peterburq),  Kiyev  və digər şəhərlərin  qabaqcıl ali məktəblərində  244 ixtisas üzrə  3600-dən çox azərbaycanlı  oğlan və qız  təhsil alırdı. Bu gün  Azərbaycan təhsilində  qlobal  dəyişikliklər, yeniləşmə prosesi gedir. Müstəqil  Azərbaycanın gələcəyi, milli müstəqilliyimizin taleyi  çağdaş təhsilimizin  uğurlarından asılıdır. Heydər Əliyevin  zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi  və dövlətçilik fəaliyyəti  gənc nəslin  milli və ümumbəşəri dəyərlər zəminində  tərbiyə  olunması, təhsil alması  işinin səmərəli təşkili  üçün ən qiymətli  mənbədir. Heydər Əliyevin  bu günə və gələcəyə ünvanlanan ideyaları onun siyasi varisi Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov  geniş və əhatəli çıxışında  türk dünyasının  lideri  Heydər Əliyevi  "Dahiliyin zirvəsi" adlandırdı. Akademik Asəf Nadirov "Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi yüksəliş" mövzusunda danışdı. BPKİYİ-in  Psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi   Hökümə Əliyevanın hazırladığı  təsviri kompozisiyada  ulu öndər  Heydər  Əliyev  bir çox tarixi şəxsiyyətlərlə müqayisə olundu, kafedra müdiri, dosent  Aydın  Paşayev  "Pedaqoji kadrların  ixtisasartırmasının  formalaşmasında  Heydər Əliyevin rolu" mövzusunda  məruzə etdi. Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsal İsmayılov, Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin müdir müavini  Hüseyn Əsgərov  dahi şəxsiyyət  Heydər Əliyevin  təhsilin inkişafındakı  böyük xidmətlərindən  söz açdılar.

Sonda rektor Asəf Zamanov "Peşəkarlığın inkişaf vektoru" mövzusunda  ustad dərslərinin  bir qrup müdaviminə  sertifikatlar təqdim etdi. 

Sifai SƏFƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - 18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov