Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - 18

 

Liseydə şagird elmi-praktik konfransı 

Bookmark and Share

Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə aprelin 29-da "Ekologiya ili" çərçivəsində şagird elmi-praktik konfransı keçirildi. Liseyin binasının birinci mərtəbəsindəki foyedə Azərbaycanın iqtisadi rayonlarına və bölgələrinə aid şagirdlərin əl işlərindən ibarət maraqlı sərgi açılmışdı. Hər iqtisadi rayona və bölgəyə aid guşədə həmin yer üçün xarakterik olan məhsullar, habelə bölgəni səciyyələndirən fəaliyyət sahəsinə dair eksponatlar nümayiş olunurdu.

Foyenin bir tərəfində isə ev quşları və heyvanlarından ibarət canlı guşə var idi. Konfransa dəvət almış qonaqlar - tanınmış alimlər, liseyin fəxri direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov, akademik Urxan Ələkbərov, BDU-nun kafedra müdiri, professor Qara Namazov, professorlar Cəlil Nağıyev, Ülfət Bədəlbəyli, Məlikbaxış Babayev, Xətai RİH-in şöbə müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru  Nəcəf Nəcəfov və başqaları sərgi ilə maraqla tanış oldular.

Konfransın plenar iclasını liseyin direktoru Həlimə Mehdiyeva açaraq qonaqları salamladı, dəvətlərini qəbul edib gəldikləri üçün onlara təşəkkür etdi.

H.Mehdiyeva son illər liseylərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlər, liseyləri ilə alimlər arasında yaranan sıx əməkdaşlıq əlaqələri, bu əlaqələrin nəticəsi olaraq müxtəlif elm sahələrini təmsil edən mütəxəssis və alimlərin liseydəki tədris prosesində, keçirilən tədbirlərdə iştirakı, şagirdlərdə elmi-tədqiqatçılıq bacarıq və vərdişlərinin inkişafı, məzunlarının uğurları haqqında məlumat verdi. Liseyin istedadlı şagirdləri konfrans iştirakçılarını mahnı və şeirlərlə salamladılar.

Plenar iclasda söz alan professor Nizami Cəfərov, Xətai RİH-in şöbə müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov ekoloji mövzuda sərginin onlarda xoş təəssürat yaratdığını, təhsil ocağında şagird yaradıcılığına, axtarışlarına böyük fikir verildiyini, son illər liseyin təhsil uğurlarının xeyli artdığını bildirdilər. Konfransın əhəmiyyətini xüsusi qeyd edən qonaqlar belə tədbirlərin şagirdlərin intellektini inkişaf etdirdiyini, müəllimlərin bu işdə aparıcı rol oynadığını diqqətə çatdırdılar.

Sonra konfrans öz işini bölmələrdə davam etdirdi. Hər birinə liseyin müəllimlərinin rəhbərlik etdiyi, alim və mütəxəssislərin ekspert qismində cəlb olunduqları "Ədəbiyyat", "Riyaziyyat və informatika", "Tarix və coğrafiya", "Fizika", "Kimya, biologiya", "İngilis dili" bölmələrində 18 şagirdin məruzəsi dinlənilərək müzakirə olundu. Müzakirələrdə çıxış edən alimlər şagirdlərin təqdim etdikləri məruzələri yüksək dəyərləndirib, onların əhatəli işləndiyini, məktəblilərin işlədikləri mövzular haqqında geniş məlumata malik olduqlarını qeyd etdilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - 18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov