Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

21 May 2010 - ¹19

 

Braziliyada təhsil

Bookmark and Share

(Əvvəli ötən sayımızda) 

Ali təhsil 

Braziliyada ali təhsilin xüsusi şəbəkəsi vardır. Bu sahəyə rəhbərlik federal hökumət tərəfindən həyata keçirilir. Hər ştatda bir federal universitet fəaliyyət göstərir. Ümumiyyətlə, ölkədə 973 ali tədris müəssisəsi və 153 universitet vardır.

Braziliyada ilk universitet 1920-ci ildə təsis olunmuşdur. Bu universitet (Rio-de-Janeyro Universiteti) hazırda ölkədə ən böyük ali tədris müəssisəsi kimi tanınır. Həmin universitetdə təsviri sənət, fiziki tərbiyə və idman məktəbi, fizika, kimya, riyaziyyat, biofizika, mikrobiologiya və sair sahələrə aid tədris institutları fəaliyyət göstərir. Belu-Orizonti şəhərində yerləşən və 1927-ci ildə bünövrəsi qoyulan Mikas-Jerays Federal Universiteti də ölkənin ən böyük ali tədris ocaqlarından biri hesab olunur. Burada iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələri fəaliyyət göstərir. Universitet özündə həm də tədris və elmi-tədqiqat institutlarını birləşdirir. 

Braziliyada həm dövlət, həm də xüsusi ali təhsil müəssisələri vardır. Səviyyəsindən asılı olmayaraq, bütün dövlət müəssisələrində təhsil pulsuzdur.

Latın Amerikası ölkələri içərisində ilk dəfə Braziliyada 80-ci illərin ortalarından başlayaraq aspirantura və doktorantura yaradılmışdır. Burada təkcə dövlət deyil, həm də xüsusi ali təhsil müəssisələrini bitirənlərin oxumaq hüququ vardır. 

Müəllim hazırlığı 

Braziliyada həyata keçirilən təhsil islahatlarının sürəti heyranedicidir. Az bir müddətdə xeyli işlər görülmüşdür. Bu işlərin içərisində müəllim hazırlığı xüsusi olaraq  diqqət mərkəzində saxlanılmışdır. Ümumiyyətlə, keyfiyyətli təhsilin qurulmasında müəllim hazırlığına xüsusi əhəmiyyət verilmişdir. Ölkədə həyata keçirilən təhsil islahatlarında bu məsələyə həlledici amil kimi baxılmış, ölkənin təhsil sistemində əsaslı dəyişikliklərin aparılmasında bu qüvvənin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi yanaşılmışdır. Ona görə də ilkin olaraq ixtisasartırmanın məzmunu müəyyənləşdirilmiş, müəllimlər üçün standartlar (kompetensiyalar) hazırlanmışdır. Eyni zamanda ixtisasartırmanın yeni modeli formalaşdırılmışdır. Hazırda müəllimlərin ixtisasartırmasının  yeni modelindən ölkə ərazisində istifadə olunur. San-Paolo yeganə şəhərdir ki, müəllimlərin qiymətləndirilməsi texnologiyasından daha geniş istifadə olunur. Təkcə ötən ilin noyabrından indiyədək testdən keçərək qiymətləndirilən müəllimlərin sayı 150 mindir.

Braziliyada məktəbəqədər və əsas təhsil səviyyəsində işləyən pedaqoji heyət üçün kursları bələdiyyələr təşkil edir.

Ümumiyyətlə, Braziliyada müəllimlərin ixtisasartırmadan keçməsinin beş pilləsi vardır və hər pillə üçün xüsusi bal göstəriciləri müəyyənləşdirilmişdir.  Müəllim hər üç ildən bir testdən keçmək səlahiyyətinə malikdır. Testdən keçən hər kəsin əməkhaqqı 25% artır. Müəllim ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən keçdikdə, böyük miqdarda əməkhaqqı almaq şansı qazanır. Əgər müəllim hansı ildə testdən keçə bilməsə, ona növbəti il testdən keçmək üçün icazə verilir.

Bu iş tender yolu ilə cəlb olunmuş qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Beləliklə, müəllimə ardıcıl olaraq özünü inkişaf etdirmək üçün şərait yaradılır. Başqa sözlə, o, stimullaşdırılmaqla bu işə təşviq olunur.

Müəllimlərin ixtisasartırmasının belə bir sistemdə aparılması, ilk növbədə, müəllimlərin bacarıqlarının meydana çıxmasına imkan yaradır. Daha sonra müəllimlər arasında baş verə biləcək əməkhaqqı və digər məsələlərlə bağlı narazılıqların qarşısını alır.

Müəllimlərə özünü inkişaf etdirmək üçün şərait yaradılır. Ehtiyacı olanlara kompüter almaq üçün vəsait ayrılır. Maddi vəziyyəti lap aşağı olanlarla nisbətən ucuz alış-veriş təşkil olunur. Əvvəlki sistemdən fərqli olaraq, onlarla kollektiv formada təlim kursları şəklində iş aparılır. Müəllimlər əvvəl qısamüddətli, sonra isə böyük kurslardan keçirlər. İlk dəfədir ki, universitetlərlə birlikdə 360 saatlıq təlim kursları yaradılmışdır. Dörd ay müddətində davam edən bu kursu bitirmiş ali təhsilli şəxslər müəllimlik hüququ qazanırlar.

Müəllimlərin işə götürülməsində də seçim formasından istifadə edilir. Ötən il 9 min vakant yerə qəbul olunmaq üçün 260 min ərizə verilmişdir. Onlardan yalnız 230 mini keçid balını toplayaraq müsabiqədə iştirak etmiş, nəticədə yalnız 9 mini işə götürülmüşdür.

Kurikulum və qiymətləndirmə   

Yeni kurikulumların yaradılması Braziliyada aparılan təhsil islahatının özəyini təşkil edir. Ona görə də ölkədə istər əvvəlki kurikulumlara əsasən vəziyyətin öyrənilərək dəyərləndirilməsi, istərsə də yeni kurikulumların hazırlanması əhəmiyyətli bir problem kimi qiymətləndirilmişdir. Ölkədə təhsil sahəsinə dair aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, təhsilə cəlb olunmuş şagirdlərin  2%-i məktəbə gəlmir. Təhsil prosesində mövcud durum şagirdlərin təlim maraqlarının aşağı düşməsinə səbəb olur. Eyni zamanda bir məktəbdə bir neçə kurikulumun tətbiq edilməsi təlim prosesinin nizamlı və sistemli qurulmasına mənfi təsir göstərir. Ən başlıcası, şagirdlərin ümumi inkişafının təmin olunmasında çətinliklər yaradır. Ona görə də 2006-cı ildən etibarən Braziliyada yeni vahid  kurikulumların yaradılmasına başlanılır. Bu zaman təhsilin keyfiyyətini yüksəltmək əsas məqsəd kimi qarşıya qoyulur.

Kurikulumlar hazırlanarkən aparılan qiymətləndirmənin nəticələrinə istinad olunmuşdur. Eyni zamanda Braziliyanın təhsil qanunvericiliyi əsas götürülmüşdür. Nazirliyin işçiləri, cəmiyyətin müxtəlif təbəqələrindən cəlb edilmiş adamlar kurikulumların hazırlanmasında fəal iştirak etmişlər. Ölkə miqyasında təhsil standartlarının yaradılması işini müvəffəqiyyətlə başa vurmuşlar.

Yeni kurikulumların hazırlanmasının bir mühüm şərti də əvvəlki kurikulumlarla işləyən müəllimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı idi. Onlar müxtəlif şəraitlərin tələbinə uyğun strategiyalar seçməkdə sərbəst hərəkət edə bilmirdilər. Lakin yeni kurikulumda müəyyənləşdirilmiş standartlar təlimin keyfiyyət göstəricisi kimi çıxış edərək müəllimdən nəticələrə nail olmağı mühüm tələb kimi qarşıya qoydu və təlim strategiyalarının müəyyənləşdirilməsində ona sərbəstlik verdi. Beləliklə, müəllim vahid standartlara çatmaq üçün şəraitə uyğun fəaliyyət göstərmək imkanı qazandı.

Görüşlərdə kurikulum haqqında danışanlar onu "təhsil mədəniyyəti", "mədəniyyətin daşıyıcısı" kimi qiymətləndirməklə yeni kurikulumların şəxsiyyətyönümlü xarakterini ifadə edirdilər. Onun şəxsiyyətdə mədəniyyətlərin formalaşmasına istiqamətləndiyini xüsusi olaraq vurğulayırdılar.

Braziliyada hazırlanmış yeni kurikulumlarda oxu, yazı, öyrənməyi öyrətmək, dünyagörüşü formalaşdırmaq və s. prioritet istiqamətlər kimi nəzərə alınmışdır. Məzmunun daha inteqrativ olması diqqət mərkəzində saxlanmışdır. Buna görə də əsas təhsil pilləsində 7, orta təhsil pilləsində 10-12 fənnin olması məqbul hesab edilmişdir. IX-XI siniflərdə təhsilin təmayüllər üzrə qurulması, bununla təhsilin demokratik prinsiplərə uyğun olaraq seçim əsasında davam etdirilməsi nəzərdə tutulmuşdur.

Kurikulumlarda həm də müəllim və şagird fəaliyyətinin əsasında duran ümumi tələblər, çalışma və tapşırıqların icra qaydaları, eyni zamanda qiymətləndirmə üçün tövsiyələr öz əksini tapmışdır.

Braziliyada yeni kurikulumlara keçilməsi eyni zamanda yeni qiymətləndirmə sisteminin yaradılmasına rəvac vermişdir. Təhsilin idarəolunmasının ən etibarlı üsullarından biri kimi qiymətləndirmə mexanizmlərinin işlənib hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Maraqlı haldır ki, bu gün bütövlükdə Braziliya təhsilinin  məqsədəuyğun inkişafında qiymətləndirmənin müxtəlif növ və formalarından istifadə olunur, etibarlı nəticələr əldə edilir. Yeni qiymətləndirmənin ətrafında məhsuldar müzakirələr aparılır, proqramlar verilir və gələcək fəaliyyət üçün istiqamətlər müəyyənləşdirilir.

Braziliyada hər bir məktəb hər ay özünün qiymətləndirilməsini keçirir. Əsasən, portuqal dili, riyaziyyat, eləcə də digər fənlərdən bir neçəsi məktəbdaxili qiymətləndirmədə əhatə olunur. Məqsəd, təbii ki, məktəbin fəaliyyətinin standart tələblərə nə dərəcədə cavab verməsini müəyyənləşdirməkdən ibarət olur. Qiymətləndirmənin nəticələri təhlil edilir.

Ümumiyyətlə, hər bir qiymətləndirmə o zaman tam başa çatmış hesab olunur ki, onun nəticələri ümumiləşdirilərək təhlil edilsin və ümumi qənaətlər hasil olunsun. Bu zaman ən vacib məsələlərdən biri kurikulumlarla, xüsusi olaraq standartlarla əlaqədar fikirlərin formalaşdırılması, təkliflərin irəli sürülməsidir.

Braziliyada milli qiymətləndirmədən geniş istifadə olunur. İstər federal, istərsə də ştat səviyyəsində milli qiymətləndirmənin aparılmasında uyğun texnologiyalara müraciət edilir. Bu qiymətləndirmə ibtidai, əsas və orta təhsil siniflərində aparılır. Portuqal dili və riyaziyyat fənləri üzrə keçirilir.

Ölkə miqyasında şagirdlərin dörd nailiyyət səviyyəsi müəyyənləşdirilmişdir: minimumdan aşağı, minimum, qənaətbəxş, əla.

 
Portuqal dili
Səviyyə IV sinif üzrə ballar VIII sinif üzrə ballar XI sinif üzrə ballar
Minimumdan aşağı <150 <200 <250
Minimum 150-200 200-275 250-300
Qənaətbəxş 200-250 275-325 300-375
Əla >250 >325 >375
 

Portuqal dili və riyaziyyat üzrə milli qiymətləndirmənin nəticələrini ümumiləşdirmək üçün nazirlik tərəfindən, aşağıdakı cədvəllərdə olduğu kimi, ballar müəyyənləşdirilmişdir.

 
Riyaziyyat
Səviyyə IV sinif üzrə ballar VIII sinif üzrə ballar XI sinif üzrə ballar
Minimumdan aşağı <175 <225 <275
Minimum 175-225 225-300 275-350
Qənaətbəxş 225-275 300-350 350-400
Əla >275 >350 >400
 

Təhsil üzrə tədqiqatlar 

Təhsildə nailiyyətlərin bir mühüm şərti də onu elmi əsaslara istinadən inkişaf etdirməkdən ibarətdir. Xüsusən təhsil sahəsində belə tədqiqatlara böyük ehtiyac vardır. Hər hansı pedaqoji texnologiyanın müəyyən olunması, onun  təcrübəyə gətirilməsi, yaxud bu və ya digər sosioloji, psixoloji durumun öyrənilməsi xüsusi araşdırma, tədqiqat tələb edir. Heç şübhəsiz, Braziliyada təhsil tədqiqatlarına diqqət yetirilməsi, onunla bağlı xüsusi qurumun yaradılması məhz bu məntiqdən irəli gəlir.

Səfər zamanı müşahidələrimiz, dinlədiyimiz təqdimatlar açıq-aydın göstərirdi ki, Braziliyada təhsilin, demək olar ki, bütün sahələri üzrə araşdırmalar aparılır. İstər yeni məzmunun formalaşdırılmasında, istər yeni texnologiyaların, qiymətləndirmə mexanizmlərinin yaradılmasında, istərsə də idarəetmə sisteminin təkmilləşdirilməsində pedaqoji tədqiqatlardan geniş istifadə edilir. Bütün yanaşmaların əsasında tədqiqatların nəticəsi olaraq əldə edilmiş obyektiv fikirlər dayanır.

Bütün bunlarla yanaşı, Braziliyada təhsil üzrə tədqiqatlar aparan xüsusi qurum - Təhsil Tədqiqatları İnstitutu fəaliyyət göstərir. Bu institutun başlıca vəzifəsi ölkədə təhsil siyasətinin yaxşılaşdırılması ilə bağlı tədqiqat aparmaqdan ibarətdir.

İnstitutun strukturunda dörd bölmə vardır. Onlar aşağıdakı kimi adlandırılmışdır:

1. Təhsil tədqiqatları.

2. Təhsilə dəstək.

3. İnformasiyaların (yeni təcrübələrin) qiymətləndirilməsi və yayılması.

4. İndikatorların hazırlanması və qiymətləndirilmə.

Təhsil tədqiqatları bölməsində qısahəcmli və geniş tədqiqatlar aparılır. Həcm etibarı ilə beş səhifədən çox olmayan qısa tədqiqatlar zamanı imtahanın nəticələri, müəyyən məsələlərlə bağlı hesabat tipli məlumatlar hazırlanır.

Geniş tədqiqatlar üçün Təhsil Nazirliyi tərəfindən sifarişlər verilir. Təhsil siyasətinin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar aparılır. Bu zaman bələdiyyələrdə təhsillə məşğul olanların, yaxud təhsil menecerlərinin, məktəb rəhbərlərinin peşəkarlığını meydana çıxarmaq, onların ehtiyaclarını müəyyənləşdirmək və s. məsələlər öyrənilir.

Təhsilə dəstək bölməsində bilavasitə Təhsil Nazirliyinin sifarişinə əsasən tədqiqatlar aparılır. Məktəblərin ehtiyacına uyğun müəyyən olunmuş resurslar, onlara aid nümunələr hazırlanır.

Tədqiqat mövzuları əvvəlcədən layihələşdirilir, sonra müsabiqə yolu ilə seçilir. Daha sonra tədqiqat mövzuları maliyyələşdirilir. Ona görə də institutda aparılan araşdırmalar əhəmiyyətli tədqiqatlar kimi qarşılanır və qiymətləndirilir.

İnnovasiyaların (yeni təcrübələrin) qiymətləndirilməsi və yayılması bölməsi məktəb təcrübəsində olan innovasiyaları müəyyən edir, onların qeydiyyatını aparır. Həmin təcrübələri öyrənib yayır, ən yaxşı innovasiyaları yerli bələdiyyələrə göndərir, onların davam etdirilməsi üçün qrantların ayrılması ilə məşğul olur.

İndikatorların hazırlanması və qiymətləndirmə bölməsi müxtəlif səviyyəli monitorinq və qiymətləndirmənin keçirilməsi üçün indikatorlar hazırlayır. Məsələn, şagirdlərin, tələbələrin, müəllimlərin, təhsil müəssisələrinin və s. monitorinqi ilə bağlı indikatorlar.

Braziliyanın təhsil sistemi ilə bağlı bütün informasiyaları özündə birləşdirən məlumat bankı bu institutda yerləşir. Tədqiqatların nəticələri olaraq təhsilin müxtəlif sahələri, istiqamətləri üzrə yığılmış məlumatlar dövlət əhəmiyyətli materiallar kimi mühafizə olunur.

Braziliya təhsilinin özəllikləri çoxdur. Onu daha dərindən öyrənmək üçün genişmiqyaslı araşdırmaların aparılmasına ehtiyac vardır.  

İsgəndər İSGƏNDƏROV,
Azərbaycan Respublikası təhsil nazirinin müavini,

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

21 May 2010 - ¹19

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ə.A.Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin  keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi 
 
İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı başa çatdı
 
Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılıb
 
Şirvan şəhərindəki məktəblilərə dərsliklər paylanıb
 
"Elektron təhsil" respublika müsabiqəsinə 347 layihə təqdim olunub
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1003 müraciət daxil olub
 
Tovuzda yeni məktəb binası inşa olunur
 
"Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat keçirilib
 
Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini  Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.
 
İKT üzrə təlimlərə dair təqdimat
 
Bakı təhsilinə həsr olunmuş ilk sərgi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırıldılar
 
Beynəlxalq maliyyə hesabatları standartları ilə bağlı təlimlərə başlanıldı
 
ADU Norveçin Aqder Universiteti ilə əlaqələrini genişləndirir
 
Əcnəbi mütəxəssis tələbə və müəllimlər üçün təqdimat keçirib
 
Xarici tələbələrin məzun günü qeyd olundu
 
Qabaqcıl təhsil işçisi
 
Azərbaycanda jurnalistika tədrisinin inkişafına dair beynəlxalq konfrans
 
Azərbaycan Müəllimlər İnstitutu Fransadan əlavə təhsil sistemini öyrənir
 
Müəllim nüfuzuna həsr olunmuş mətbuat konfransı
 
Pedaqoji fakültənin tələbələri üçün fiziki tərbiyədən ilk dərs vəsaiti
 
Əməkdar müəllim
 
Yeni təlim metodları dərsin səmərəliliyini artırır
 
Blaband kənd məktəbində bir muzey var
 
Zəngilan məktəbində Milli Qəhrəmanla görüş
 
Beynəlxalq musiqi müsabiqəsinin qalibi
 
İbtidai siniflərdə şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
Xalq şairi Nəriman Həsənzadə ilə görüş
 
Uşaqlara həsr olunmuş kitab
 
Futbol üzrə III respublika çempionatının açılış mərasimi
 
Dünya universitetləri: Fransa Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov