Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi

Bookmark and Share

Böyük Oktyabr sosialist inqilabından sonra parçalanmış Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada xüsusi qurum - Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı (noyabr 1917 - mart 1918) yaradıldı. 1918-ci il aprelin 28-də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respublikasını elan etdi. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal xüsusi nazirliklər, o cümlədən də Maarif Nazirliyi  təsis etdi.

Xoyski Fətəli xan İsgəndər oğlu (7.12.1875 - 19.06.1920) Zaqafqaziya Demokratik Federativ Respublikasının ilk maarif naziri olmuşdur.

1918-ci ildə müvəqqəti Zaqafqaziya hökuməti dağıldı. Gürcüstan müstəqil respublika elan olundu. Bundan sonra ilk mərkəzi Gəncə şəhəri olan Azərbaycan Demokratik Cümhuriyyəti elan edildi. Bu tarixi hadisə Azərbaycanda baş verən ictimai-siyasi mübarizələrin tarixi nəticəsi idi.

Dövrün milli mətbuatında mövcud gerçəklikdən narazılıq, etiraz və şikayət notları gələcək istiqlal konsepsiyasının əsası kimi müəyyənləşirdi. Milli təfəkkürə, qan yaddaşına, soykökə qayıdış, milli oyanış, xalqın varlığında qaynayan azadlıq istəyi artıq gerçək həqiqətə çevrilirdi. Azərbaycanda fəaliyyət göstərən  bir sıra partiyalar həqiqətə çatmaq naminə birləşərək Azərbaycan vətəndaşının ictimai mübarizələr səhnəsinə atılmasını başlıca vəzifə sayırdı.

Bu vəzifənin reallaşması isə millətin milli müstəqilliyə malik olmasını tarixi zərurətə çevirmişdi. M.Ə.Rəsulzadənin çıxardığı siyasi-fəlsəfi nəticə belə idi: "Milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya bilməz".

Artıq bu tarixi-siyasi arzu reallaşmışdı. 28 may 1918-ci ildə milli müstəqilliyini elan edən Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutan başlıca istiqamətlərdən biri ölkənin ərazi bütövlüyünü qorumaqdısa, digəri yeni əsasda, tarixi dəyərlər və təcrübə zəminində xalq maarifi qurmaq idi...

30 iyun 1918-ci ildə respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini həll edəcək qurum kimi Xalq Maarif Nazirliyinin (XMN) ştat cədvəli və əsasnaməsi hökumətə təqdim edildi.

Həmin ilin 2 avqustunda təsdiqlənmiş Əsasnaməyə görə, aşağıdakı strukturda nazirlik yaradıldı: I. Nazir. II.Nazir müavini. III.Naziryanı şura (buraya nazir, nazir müavini, şöbə müdirləri, dəftərxana müdiri, iclaslara dəvət olunan mütəxəssislər, elm nümayəndələri daxil idi). Nazir şurası aşağıdakı məsələlərə baxırdı: a)qanunverici müəssisələrə təqdim olunacaq qanun layihələrinin hazırlanması; b)respublikada tədris-maarif işini və elmin inkişafını təmin edə biləcək tədbirlərin işlənib hazırlanması; c)nazirliyin bütün müəssisələrinin illik pul smetası; ç)nazirliyin bütün idarə və tədris müəssisələrinin illik hesabatı; d)nazirin şuranın müzakirəsinə təqdim etdiyi bütün işlər və məsələlər. IV. Məktəbləri idarə edən üç şöbə - ali və orta, ixtisas təhsili sahələri şöbələri. Hər şöbəyə şöbə müdiri rəhbərlik edirdi ki, onların da vəzifələrinə aşağıdakılar daxil idi: a)məktəblərin inzibati və pedaqoji təftişi; b)məktəblərin yenidən təşkili, yeni məktəblərin açılması, köhnə məktəblərin ləğvi haqqında planların və smetaların işlənib hazırlanması; c)işə qəbul və azad olanların nazirə təqdimi; ç)xidmətçilərin təyini və azad edilməsi. V.Nazirliyin dəftərxanası.

ADC-nin ilk xalq maarifi naziri Nəsib bəy Yusifbəyli olub.

***

Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbayan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv  tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.

Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

Müəllimlər seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrları və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək idi.  XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.

1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutu və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırdı. Bunlardan ancaq birini - Bakı Dövlət Universitetini açmaq mümkün oldu.

ADC dövründə ibtidai təhsil şəbəkəsinin genişləndirilməsi mümkün oldu. 1919-cu ildə ölkədə dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi.

Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün xüsusi kurslar açıldı.

Xalq maarifinin milli konsepsiyada təşkili ön plana çəkildi; ümumi icbari təhsil layihələri hazırlandı; kənd və şəhərlərdə yeni məktəblər açıldı. Məktəbin tərəqqisinin müəllimlərlə bağlı olduğunu dərk edən nazirlik milli məktəblər üçün müəllim hazırlanması probleminin həllini darülmüəllimlər şəbəkəsinin genişləndirilməsində görürdü.

Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bütün kitablarını, avadanlığını və vəsaitini vaqonlara doldurub 1918-ci il sentyabrın 1-də Qazax şəhərinin 9 kilometrliyində olan Ağstafa stansiyasına gətirmişdilər. Bütün bu işlər F.B.Köçərlinin rəhbərliyi və bilavasitə iştirakı ilə görülmüşdü. Sentyabrın 17-də seminariyada dərslər başlanmış, Firudin bəy Köçərli Qori Seminariyasının məzunları Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.

Cümhuriyyət dövründə maarif sahəsində fəaliyyət təkcə bunlarla məhdudlaşmırdı. Tədqiqatların nəticələrində qeyd olunur: Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali, orta və ibtidai məktəblər açır, kurslar təşkil edir, digər tərəfdən nəşriyyat - tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vəsaitləri hazırladıb çap etdirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində uğurlu tədbirlərindən biri də təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratması idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti təkcə mümkün olanların deyil, hətta o zamana görə mümkünsüz sayılan bir çox ümummilli problemlərin həllində real addımlar atmış, yaxud da tariximizin ondan sonrakı dövrlərində həyata keçirilmiş çoxsaylı maarif, təhsil, mədəniyyət məsələlərinin təməlini, əsasını qoymuş, görüləcək bir çox işlərin ilkin layihələrini hazırlamış, ideya əsaslarını vermişdir.

Azərbaycanda dövlət universitetinin açılması haqqında rəsmi qanun 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən qəbul olunmuşdur. Tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri olacaq ali məktəbdə ilk dərslər həmin il noyabrın 15-də başlamışdır.

Ali təhsil sahəsində ADC-nin fəaliyyəti təkcə Bakı Dövlət Universitetini yaratmaq, bu yolla ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məsələsini həll etməklə məhdudlaşmamışdır.

Xaricdə ali təhsilli mütəxəssis hazırlığı məsələsi dövlət və hökumət səviyyəsində müzakirə obyekti oldu.

"Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında  da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər".

Deməli: a) Azərbaycanda XIX əsrin ortalarından tarixi ənənələr zəminində dünyəvi - milli təhsilə maraq və meyil olmuş, bu işdə maarifçilik hərəkatı mühüm rol oynamışdır; b) XX əsrin əvvəllərində sosial-siyasi, ictimai-iqtisadi sahələrdə oyanış və intibah ümummilli hərəkatın faktorlarına çevrilmiş, nəticədə dünyəvi təhsili qurub inkişaf etdirmək üçün müəllim kadrları hazırlığı vacib və ümdə amil sayılmışdır; c) bu niyyətlə orta ixtisas səviyyəli pedaqoji kadr hazırlayan seminariya və məktəblərin açılması istiqamətində xüsusən ADC zamanında uğurlu addımlar atılmış, "dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət prinsipləri ardıcıl həyata keçirilmişdir"...

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov