Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Azərbaycan-Latviya Təhsil Forumu keçirildi

Bookmark and Share

2010-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində Azərbaycan-Latviya Təhsil Forumu keçirildi.

Mayın 24-də  forum iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu. Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə qərənfillər düzdülər.

Sonra Bakı Dövlət Universitetində Azərbaycan-Latviya Təhsil Forumunun açılış mərasimi oldu. Forumdan əvvəl Latviya Respublikasının təhsil və elm naziri xanım Tatyana Koke və rəhbərlik etdiyi nümayəndə heyəti universitetdəki  Heydər Əliyev muzeyi ilə  tanış oldular. Muzeydə ulu öndərin zəngin həyat və fəaliyyətindən, BDU-da təhsil aldığı illərdən bəhs edən sənədlərlə, fotoşəkillərlə tanışlıq qonaqlarda xoş təəssüratlar yaratdı. Azərbaycan və Latviya ali təhsil müəssisələrinin informasiya stendləri ilə tanışlıqdan sonra forum öz işinə başladı.

Təhsil naziri Misir Mərdanov forum iştirakçılarını salamlayaraq Latviya Respublikasının təhsil və elm naziri Tatyana Kokeni və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda görməyindən məmnunluq hissi keçirdiyini söylədi. Nümayəndə heyətinin tərkibində Latviya Respublikası Təhsil və Elm Nazirliyinin məsul şəxslərinin, bu ölkənin bir neçə universitet və qeyri-universitet tipli  özəl ali təhsil müəssisəsi rektorları və digər əməkdaşların olduğunu deyən təhsil naziri onları forum iştirakçılarına təqdim etdi.

Azərbaycanla Latviya arasında mövcud dostluq əlaqələrindən söz açan təhsil naziri ölkələrimiz arasında belə bir yüksək səviyyədə keçirilən Təhsil Forumunun  hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir forumun keçirilməsində əsas məqsədin  Latviyanın ali təhsil sistemi ilə tanış olmaq, bu ölkənin təhsil qurumları ilə Azərbaycanın təhsil qurumları arasında əlaqələr qurmaq, ali məktəblər arasında müqavilələr, sazişlər imzalamaq,  elm sahəsində əməkdaşlıq, həmçinin müəllim- tələbə mübadilələri  həyata keçirmək və digər məsələlərin müzakirə edilməsi olduğunu qeyd etdi. Forumun, eyni zamanda  hər iki ölkənin ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlərin müzakirə edilməsi baxımından da səmərəli olacağını bildirdi.

Təhsil naziri Misir Mərdanov sonra "Azərbaycanda təhsil" mövzusunda geniş məruzə-təqdimatla çıxış etdi.

Nazir öncə ölkəmiz haqqında qonaqlara məlumat verərək, 2009-cu ilin yekunlarına görə Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olduğunu bildirdi. Ölkəmizin bütün  sahələrdə uğurlu inkişafından danışan təhsil naziri xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Qeyd olundu ki, konflikt nəticəsində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olunmuş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş, 20 mindən çox insan həlak, 50 min nəfər əlil olmuşdur. Bu hadisələrdə Azərbaycanın təhsil sisteminə də böyük ziyan dəymiş, işğal olunmuş ərazilərdə 1 ali məktəb, 3 ali məktəb filialı, 6 orta ixtisas, 693 orta və texniki peşə məktəbi, 855 uşaq bağçası dağıdılmışdır. Həmin faktları qonaqların nəzərinə çatdıran nazir qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin bu problemin həlli istiqamətində apardığı işlər dünya ölkələrinin də  diqqətindədir. Təhsil naziri tezliklə torpaqlarımızın geri qaytarılacağına ümidvar olduğunu bildirdi. 

Azərbaycanın təhsil sistemi haqqında geniş məlumat verən nazir Misir Mərdanov ölkəmizdə təhsilin ən prioritet sahələrdən biri olduğunu söylədi. Təhsilin bütün pillələri əhatə olunmaqla hazırlanmış xüsusi cədvəllər, təhsil sistemi haqqında məlumatlar ekranda forum iştirakçılarına nümayiş etdirildi. Təhsillə bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini qeyd edən nazir bunların hər biri barədə ayrı-ayrılıqda danışdı. Məruzə-təqdimatda son illərdə təhsilin inkişafı sahəsində əldə edilən nailiyyətlərdən geniş bəhs olundu. Azərbaycanda ali təhsilin inkişafı, yeniləşməsi ilə bağlı görülən işlər barədə də ətraflı danışıldı. Ölkəmizin təhsil sistemi barədə müfəssəl məlumat verən nazir Misir Mərdanov çıxışının sonunda  forumun Azərbaycanla Latviyanın təhsil sahəsində əlaqələrinin  genişləndirilməsində, inkişaf etdirilməsində mühüm rol oynayacağını bildirdi.

Çıxış üçün söz alan Latviya Respublikasının təhsil və elm naziri Tatyana Koke nümayəndə heyətinin adından səmimi qarşılandıqlarına görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkür etdi. Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləyən Tatyana Koke bu forumda böyük həvəslə  iştirak etdiklərini bildirdi.Nazir ölkələrimizin ali təhsil sistemində oxşar cəhətlərin olduğunu dedi. Sonra latviyalı nazir forum iştirakçılarını öz ölkəsinin təhsil sistemi ilə ətraflı tanış etdi. Xanım Tatyana Koke Latviyanın çoxillik təhsil ənənələrinə malik universitetləri barədə məlumat verdi, ölkəsində elmi-tədqiqat işlərinə böyük  maraq göstərilməsindən danışdı. Latviya Respublikasının ali məktəblərində 13 azərbaycanlı gəncin  təhsil aldığını deyən nazir  onların sayının artmasını arzuladı. Tatyana Koke forumun  hər iki ölkənin təhsil və elm  sahələrində mühüm işlərin həyata keçirilməsində, xüsusilə ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaranmasında, alimlərin  bir-biri ilə işgüzar münasibətlərinin qurulmasında, birgə elmi-tədqiqatların aparılmasında,  müəllim-tələbə mübadiləsində  mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi.

Forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili  Abel Məhərrəmov  Azərbaycanın ən qocaman ali təhsil ocaqlarından biri olan BDU-nun 90 illik tarixi dövründə əldə olunan nailiyyətlərdən danışdı.

Riqa Texniki Universitetinin rektoru, akademik İvars Knets və Xəzər Universitetinin rektoru, professor  Hamlet İsaxanlı tərəfindən də  təqdimatlar edildi.

Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki Universiteti arasında protokol imzalandı.

Forumda daha sonra Azərbaycan və Latviya təhsil işçilərinin təqdimatları oldu. Təqdimatda öz əksini tapmış məsələlər ətrafında  fikir mübadiləsi aparıldı.

***

Mayın 25-də forum iştirakçılarının  ölkəmizin bir sıra ali təhsil müəssisələrində  professor-müəllim heyətləri ilə görüşləri keçirildi.  Azərbaycan-Latviya Təhsil Forumu mayın 26-da başa çatdı. 

Samirə  KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov