Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

"Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir". 

Heydər ƏLİYEV 

Hörmətli oxucular, bu nömrəmizdən başlayaraq Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatları sizə təqdim edirik. Bu gün Milli Qəhrəmanlarımızın gənc nəslə örnək olaraq geniş təbliğ olunması aktual bir mövzudur. Elə bunları nəzərə alaraq hərbi-vətənpərvərlik işinin təbliğini əsas götürərək qəzetimizdə 210 Milli Qəhrəman haqqında, Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi ilə birgə layihə əsasında yazılar dərc edirik. 

Abbasov Mehdi Yusif oğlu 

1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdu. 1976-cı ildə Yeniyol kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə Mehdinin ailəsi erməni təzyiqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun  Kulan kəndinə köçmüşdü. Mehdi 1980-ci ildə Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə, daha sonra Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyunun 28-də Azərbaycan Respublikasının DİN-in sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-in XTMD-də xidmətə başlayır. O, dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. Mehdinin son döyüşü 1992-ci il yanvarın 13-də oldu. Məlikcan postu ətrafında gedən döyüşdə Mehdi snayper gülləsi ilə başından ağır yaralandı. Həmin gün o, qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.  

Abdullayev Şövqiyar Cəmil oğlu 

1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini "əla" qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə  Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.   

Abdullayev Rövşən Əbdülhüseyn oğlu 

1969-cu il yanvarın 16-da Lerik rayonunda doğulmuşdu. Orta məktəbi burada bitirdikdən sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdü. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi "əla" qiymətlərlə leytenant rütbəsi ilə bitirir və onu təyinatla Rostov şəhər DİŞ-ə göndərirlər. Lakin Rövşən təyinatını çox çətinliklə Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. R.Abdullayev 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Rövşənin son döyüşü 1993-cü il sentyabrın 13-də oldu. Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə igidlik göstərərək əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə  leytenant Abdullayev Rövşən  Əbdülhüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhər qəbiristanlığında dəfn olunub. Lənkəran şəhərində abidəsi ucaldılıb.  Lerikdə adına mədəniyyət evi və küçə var. 

Abdullayev Maşallah Babakişi oğlu 

1950-ci il mayın 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdu. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirmişdi. Maşallah 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işləməyə başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, 1975-ci ildə oranı bitirdikdən sonra təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilir. Məlum hadisələr zamanı erməni quldurlarına qarşı mübarizəyə qoşulan M.Abdullayev ilk könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilərək Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülüb.

Ailəlidir. 

Azərbaycan Respublikası Prezidentinin  23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.     

Abdullayev Namiq Vahid oğlu 

1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdu. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirmişdir. Namiq 1992-ci ilin dekabrında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma aslan ürəkli, Vətən qeyrətli övladlarımız ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışaraq onlarla erməni quldurunu məhv etdilər. Namiq isə son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, düşmənin zirehli texnika heyətini məhv etdi. Beləliklə də Vətənimizin bu cəsur oğlu şəhidlik zirvəsinə yüksəldı. 

Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə  Abdullayev Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Avşar kənd qəbiristanlığında dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır. 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov