Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru,
tibb elmləri doktoru Azad Hacıyevlə söhbət

Bookmark and Share

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən  ciddi problemlərdən  biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır.  Hələ 1970-ci ildə  Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına,həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı  lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı  təbliğat  kampaniyaları  başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə,dünyada hər il təxminən 5 milyona yaxın insan siqaretin zəhərli təsiri nəticəsində dünyasını dəyişir.  2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir.   

Siqaret bədəndə 20 növ xərçəng xəstəliyi yaradır 

Alimlər siqaret çəkməyin sağlamlığa  nə qədər ağır zərbələr vurduğunu bildirsələr də, lakin insanlar sağlamlıqlarını təhlükə qarşısında qoyduqlarını düşünmək belə istəmirlər. Əgər onlar siqaretin törətdiyi xəstəlikləri dərindən anlasalar, bəlkə də bu vərdişdən bir çox insanlar imtina edər, tüstüsüz sağlam həyat tərzinə üstünlük verərlər.

Bütün bunları nəzərə alaraq siqaretin zərərləri haqqında ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə görüşdük və ona siqaretin sağlam, xəstə orqanizmlərə, qadınlara,uşaqlara necə təsir etməsi, ən çox hansı xəstəliklərə səbəb olması haqqında suallar ünvanladıq.    

A.Hacıyev bildirdi ki, siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır. Ağ ciyər xərçəngi,qida borusu xərçəngi, tənəffüs üzvləri xərçəngi və s. Siqaret nikotin və menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə nəticələnən xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir. Bunun nəticəsi olaraq tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır.  Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində  əmələ gəlir. Alimlərin araşdırmaları sübut etmişdir ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. Belə ki, siqaretdə 4560 zəhərli, 60-dan çox xərçəngə səbəb olan maddə aşkar edilib. Alman mütəxəssislərinin gəldikləri qənaətə görə, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldır. Tədqiqatçılar 11-64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə gəliblər ki, uzun illər boyu siqaret çəkən şəxs qocaldıqda sağlam və geniş fikrə, dərin düşüncəyə malik olmur. Eyni zamanda siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğu və digər ciddi problemlərə səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır. 

İnfarktı yaradan əsas amillərdən biri də nikotindir  

Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin  ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Damarların kilidləşməsinə və qan dövranının fəaliyyətini əngəlləyən nikotin qan təzyiqini artırır və bu da infarktın yaranmasına şərait yaradır. Araşdırmalar göstərir kı, infarkt keçirən xəstələrin 85%-i siqaret çəkən şəxslərdir ki, buna da əsasən kişilər məruz qalır.  

Uşaqları siqaret tüstüsündən qoruyun 

Siqaretin böyük bəlalarından biri də onun passiv şəkildə yayılmasıdır. Belə ki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zəhərli maddələri insan orqanizminə daxil olur kı, bu da  passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Əgər hər hansı valideyn siqaret çəkirsə, öz  övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur. Təhqiqatlar müəyyən edib ki, uşaqlarda infeksiyanın 13 %-i ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır. Siqaretdən aktiv şəkildə istifadə edən uşaqlar və ya yeniyetmələrdə isə vəziyyət daha acınacaqlıdır. Onlarda sonsuzluq, kütbeyinlik, əsəb kimi xəstəliklərin yaranması qaçılmazdır.   

Qadınların tütünə aludəçiliyi daha təhlükəlidir 

Dünya Sağlamlıq Təşkilatlarının məlumatına görə siqaret qadınlara kişilərə nisbətən ikiqat mənfi təsir göstərir. Gündəlik həyatda çətinliklərlə qarşılaşan xanımlar kişilərdən fərqli olaraq daha çox stres keçirirlər və bu stresi aradan qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və onu tərgitməkdə çətinlik törədir.

Hamilə qadınlarda isə siqaret daha acınacaqlı fəsadlar törədir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır.  Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir.  

Tütünün qocalara təsiri 

Siqaret  hamıya olduğu kimi, yaşlı insanlara da mənfi təsir göstərir. Onların bədənlərində olan hüceyrələrin zəifləməsini sürətləndirir, yuxusuzluq, taqətsizlik və digər problemlərin yaranmasına şərait  yaradır. Siqaret çəkən yaşlı adamlar adətən əsəbi olur, hər şeyə emosional  yanaşırlar. Dəridəki qırışların çoxalması, dişlərin tez tökülməsi kimi hallar daha tez baş verir. 

Siqareti tərgidə bilməmək bir bəhanədir 

Tütündən istifadə edənlər gərgin və əsəbi olduqları zaman siqaret çəkməklə stresdən çıxdıqlarını güman edirlər. Lakin bu, heç də belə deyil. Sadəcə olaraq bu, insanlara psixoloji təsir edir və insanlarda belə təsəvvür yaradır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər.

Siqareti hər bir şəxs tərgidə bilə

r. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar. 

Siqaretə yox deyək 

Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə ciddi şəkildə aparılır.Belə ki, KİV-də, radio və televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları aparılır. Dünya təcrübəsinin göstərdiyi kimi, tütün məmulatlarının qiymətlərinin və vergilərinin artırılması siqaret çəkməyə qarşı kompleks mübarizə siyasətinin ən effektiv komponentlərindən biridir. "Siqaret çəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin gündəliyində duran məsələlər arasındadır. Dövlət səviyyəsində bu problemin aradan qaldırılması yolunda müəyyən addımlar atılmaqdadır. Əslində bu haqda müəyyən qaydalar olsa da əfsuslar olsun ki, bu qaydalara siqaret çəkən vətəndaşlarımız riayət etmir. Belə ki, hazırkı qanunvericiliyimizə əsasən siqaretin təhsil, idman, səhiyyə və mədəniyyət müəssisələrində çəkilməsi və satışı qadağandır. Lakin bütün tədbirlərlə yanaşı, ictimaiyyət də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs bu yöndə təbliğat aparmalı, ictimai yerlərdə siqaret çəkənlərin qarşısını almağa çalışmalıdır. Unutmayaq ki, ictimai yerlərdə özümüz də bilmədən qəbul etdiyimiz zəhərli tüstülər gələcək həyatımızda bizə problemlər yaradır. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyədə də bu yöndə ciddi addımlar atılır və az müddət keçməsinə baxmayaraq, müsbətə doğru nəticələr əldə olunur. Biz də inanırıq ki, respublikamızda aparılan təbliğatlar və tətbiq olunan qadağalar sayəsində siqaretə aludə olanlar bu pis vərdişdən yaxa qurtaracaqlar.

Bəli, hamılıqla çalışmalıyıq ki, həyatda ən böyük var-dövlət olan cansağlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz sağlam olsunlar.  

Söhbəti qələmə aldı:
Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov