Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Xeyirxah insan, yenilikçi alim

Bookmark and Share

Nəyatın mənası yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Bu mənada 2010-cu il mayın 28-də ömrünün 60-cı baharına qədəm qoyan redaqoyi elmlər doktoru, rrofessor, Pedaqoyi və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü Akif Nurağa oğlu Abbasov xoşbəxt ziyalılarımızdandır.

Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim resrublika redaqoyi ictimaiyyəti arasında dərin hörmət qazanmış, mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etməklə kifayətlənməmiş, gərgin əməli və elmi fəaliyyəti ilə redaqogika elminin inkişafına yeni töhfələr vermişdir. O, resrublikamızda baş verən ictimai-siyasi hadisələrə həmişə öz münasibətini bildirmiş, Qarabağ hadisələrinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasında fəal vətəndaş mövqeyində durmuş, bu hadisələrin mahiyyətinin dərslik və dərs vəsaitlərinə daxil edilərək gənc nəslə çatdırılmasında səmərəli fəaliyyət göstərmişdir.

Novator alim, rrofessor Akif Abbasov ailə, irsiyyət, mühit, tərbiyə və kamil insan arasındakı qarşılıqlı əlaqələrdə özünü göstərən qanunauyğunluqları açmaqla tədris-təlim və təhsil rroseslərinə, redaqoyi qanun və qanunauyğunluqların daxili strukturuna tam aydınlıq gətirməklə, təfəkkür və qabiliyyətlərin inkişafını formalaşdıran amilləri dəqiqləşdirməklə və bir sıra digər yeniliklərlə pedaqoji elmin inkişafına maraqlı töhfələr verə bilmişdir. O, öz zəhmətsevərliyi, işgüzarlığı, obyektivliyi, təşəbbüskarlığı, səmimiliyi ilə kollektivin dərin hörmətini qazanmışdır.

Akif Nurağa oğlu Abbasov 1950-ci il may ayının 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, burada N. Nərimanov adına 2 nömrəli orta məktəbi bitirdikdən sonra 1967-1968-ci illərdə "İşıq" şəhər qəzetində müxbir vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Ali təhsil almaq həvəsi onu M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna gətirmiş, 1968-ci ildə müvəffəqiyyətlə qəbul imtahanlarını verərək həmin institutun ingilis və Azərbaycan dilləri ixtisası üzrə tələbəsi olmuş və 1973-cü ildə təhsilini başa vuraraq təyinatla Sabirabad rayonuna müəllim göndərilmişdir. 1973-1975-ci illərdə Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində müəllimlik fəaliyyətinə başlamış və ingilis dilini tədris etmişdir.

1975-ci ildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuş, 1975-2001-ci illərdə həmin institutda elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.

Akif Abbasov 1987-ci ildə  "VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi, 1995-ci ildə isə  "Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi" mövzusunda dissertasiya mudafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 2004-cü ildə professor elmi adına layiq görülmüşdür. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Professor Akif Abbasov 7 monoqrafiyanın, 100-dən çox elmi məqalənin, orta peşə ixtisas məktəbləri üçün "Milli əxlaq və ailə etikası" dərsliyinin (2008), ali (2000) və orta peşə-ixtisas (2009) məktəblərinin tələbələri üçün "Pedaqogika" dərs vəsaitinin, zəif eşidən uşaqlar üçün 2, 3, 4, 5-ci sinif dərsliklərinin (2008-2009), "İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət"in (1999), "Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti"nin (2006), ümumtəhsil məktəblərinin  V-XI sinifləri üçün  "İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi"nin (2008), "Aldanma sözlərə" romanının (2004), "Atatürk haqqında hekayələr"in (I və II kitablar, 2007) , 12 hekayə və pyes kitabının müəllifi, (1998-2007), ingilis dilindən tərcümə etdiyi 11 hekayə və pyes kitablarının tərcüməçisi (2000-2007), "Canavar balası" (1997), "Qırmızı qar" (1998) televiziya  filmlərinin redaktoru olmuşdur.

Bütövlükdə onun əsərləri pedaqoji ictimaiyyət və kütləvi oxucular tərəfindən sevilərək oxunur, gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. "Şagirdlərin hüquq tərbiyəsi" (1983), "Ailə həyatının etika və psixologiyası" (1988),  "Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat" (1989), "Ailə" (1986, təkrar nəşr 1989), "Az söylə, söz söylə" (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər) (1993) və başqa kitabları hazırda da öz əhəmiyyətini itirməmişdir.

Professor Akif Abbasov Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır (1992-1998). O, "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktoru (2000-2006), Bakı Dövlət Universiteti nəzdində psixologiya elmləri üzrə, Təhsil Problemləri İnstitutunda pedaqoji  elmlər üzrə dissertasiya şuralarının elmi katibi  vəzifələrində (2003-2008) səmərəli  fəaliyyət göstərmişdir.

Alimin yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil etdikdə, bütöv, özünəməxsus xarakterə malik olduğu onun əməllərində göründükdə, o daha əzəmətli olur. Akif Abbasov məhz belə bir insandır, belə bir alimdir, belə bir şəxsiyyətdir!. Onun elmi-pedaqoji fəaliyyəti təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan ölkələrdə də yüksək qiymətləndirilir və onun əsərləri bu ölkələrdə sevilərək oxunur. Professor Akif Abbasov geniş dünyagörüşə  malik insandır. İnsanın dünyaya baxışı, mədəniyyəti  zamanca yerdəyişmə yolu ilə deyil, dəyərləri toplamaq yolu ilə inkişaf edir. Yeni dəyərlər köhnələrini yox etmir, əgər onlar müasir  dövrlə səsləşirsə, əksinə, köhnə dəyərlərlə birləşərək onların bu gün üçün əhəmiyyətini daha da artırır, insanın irəliyə doğru addımlarını nəinki ağırlaşdırır, əksinə, yüngülləşdirir. Fikrimcə, professor Akif Abbasovun zəngin mədəni aləmi məhz belə formalaşmışdır. Onun elmi rəhbərliyi altında 16 nəfər tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib, hazırda 5 nəfər dissertant və aspiranta elmi rəhbərlik edir və 2 doktorluq dissertasiyasının elmi məsləhətçisidir.

Professor Akif Abbasovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş nişanına və Fəxri fərmanına, 26  dekabr 2006-ci ildə respublika Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına, 2007-ci ildə isə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Hazırda  professor Akif Abbasov institutun elmi katibi (2001-ci ildən) kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Öz həyat kredosunu insanlara yaxşılıq etməkdə görən professor Akif Abbasov şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək Azərbaycan təhsilinin inkişafını ləyaqətlə yüksəkliklərə qaldırmaq istiqamətində səmərəli fəaliyyətini davam etdirir.

Şəxsiyyətinə dərin hörmət bəslədiyim, səmimi insan, görkəmli alim Akif müəllimi anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ona bəşəri nemət olan cansağlığı, həyatda uzun ömür, müdriklik arzu edirəm!  60 yaşın mübarək, həmkarım və dostum Akif müəllim! 

Abdulla MEHRABOV,
Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktoru,
Rusiya Dövlət Təhsil Akademiyasının
həqiqi üzvü, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov