Mayın 21-də Bakıdakı 42 nömrəli orta məuktəbdə
Valideyn-Müəllim Assosiasiyasının təsis
konfransı keçirildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Firəngiz
Həmidova qeyd etdi ki, bu təşkilatın
yaradılmasında əsas məqsəd valideyn və
müəllimlərin sıx əməkdaşlığı vasitəsilə
şagirdlərin təlim-tərbiyəsinin faydalılığını
artırmaq, valideynlə məktəb arasında səmərəli
ünsiyyət yaratmaqdır. Qeyd olundu ki, məktəbdə
yaradılan assosiasiya yüksək səviyyədə
qurulacaq, faydalı işlər görüləcək.
Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə
Şərifova çıxışında bildirdi ki, bu gün məktəbdə
elə məsələlər var ki, onu nə valideyn məktəbsiz,
nə də məktəb valideynsiz həll edə bilmir.
Valideynlərin məktəblə əlaqəsinin zəif olması
təlim-tərbiyəyə mənfi təsir göstərir. Qeyd
edildi ki, bir çox regionlarda YUNİSEF və Təhsil
Nazirliyi ilə birlikdə sorğu aparılıb. Təranə
xanım daha sonra müəllim nüfuzundan da söhbət
açdı.
Sonra açıq səsvermə yolu ilə VMA-nın prezidenti
məktəbin valideyni, AMEA-nın İqtisadiyyat
İnstitutunun baş elmi işçisi Mübariz Bağırov
seçildi. İdarə heyəti və VMA-nın əsasnaməsi
təsdiq edildi.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları Sitarə Məmmədova, Şəhla Kərimova,
Yaqut Məmmədova, MVMA-nın eksperti Şahin
Rəcəbov, Bakı şəhərindəki 9, 15, 111, 151, 152
və 292 nömrəli məktəblərin direktorları,
valideynlər çıxış edərək VMA-ya uğurlar
dilədilər.
Ədalət DAŞDƏMİRLİ |