Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - ¹20

 

Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi

Bookmark and Share

Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.

İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində saxlanılır. O cümlədən:

·                    Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi;

·                    Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;

·                    Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması;

·                    Peşə və onun tarixinə dair biliklərə malik olmaq;

·                    Yeniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;

·                    Müstəqil, yaradıcı, şüurlu fəaliyyət göstərmək.

Qeyd olunan keyfiyyətlərin formalaşması işində ali və orta pedaqoji təhsil müəssisələrində tələbələrə (gələcək müəllimlərə) pedaqoji - psixoloji elmlər üzrə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıq və vərdişlərin yaradılması həyati zərurət kəsb edir. "Azərbaycan müəllimi" qəzetinin əvvəlki nömrələrində dərc olunmuş yazıların davamı olaraq qeyd edə bilərik ki, bu məsələdə cari dərs ilindən respublikanın üç ali məktəbinin ibtidai sinif müəllimləri hazırlayan fakültələrində tədrisinə başlanmış "Təhsilin əsasları" fənni böyük əhəmiyyətə malikdir.

"Təhsilin əsasları" fənninin kurikulumu müəllim hazırlığında təlimin məzmununu, səciyyəvi cəhətlərini, məqsəd və vəzifələrini təyin etməklə  fənn üzrə təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirməyə və hər bir öyrənənin maraq və ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Fənnin kurikulumu tələbələrin (gələcək müəllimlərin) ehtiyac və maraqları, cəmiyyətin, fərdin və dövlətin tələbatı, təhsil sahəsində direktiv, normativ-hüquqi , təlimati sənədlərin müddəaları və tələbləri əsasında hazırlanmışdır.

Fənnin qarşısında duran ən mühüm məqsədlərdən biri və birincisi budur ki, ali təhsili bitirib müəllim kimi işə başlayanlar yalnız nəzəriyyə ilə silahlanıb məktəbə gəlməsinlər. "İşləyə-işləyə öyrənəcək" yanaşması təhsilimiz üçün böyük təhlükədir. Belə ki, "işləyə-işləyə öyrənənlər" öz arxasında yüzlərlə lazımi bilik və bacarıqlara malik ola bilməyən uşaqlar qoyurlar. Odur ki, müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla qura bilməsi üçün mühüm bacarıqlara və müəyyən təcrübəyə malik olması vacibdir.

Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Təhsil prosesinin əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşəseçməyə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli olmalıdır. Öz həyatını müstəqil qurmağı bacarmalıdır.

Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin (müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalı, özü məsləhətçi və istiqamətverən rolunda olmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə əsaslanmalı, "subyekt-subyekt" münasibətlərini rəhbər tutmalıdır. Müəllim yüksək təşkilatçılıq keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri dəyərlərə malik olmalı və bunları öyrənənlərə də aşılamalıdır.

Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim mühitinin yaradılması işindən xeyli asılıdır. Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər həyatın içində olmalıdır. Təlim mühiti elə olmalıdır ki, şagirdlər məktəbdə həyat həqiqətlərini tapa bilmək üçün müstəqil düşünsün, qrup halında, kollektiv şəkildə əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və ünsiyyət şəraitində irəli sürülmüş problemləri (qoyulmuş sualları) həll edə bilsinlər. Düzgün təhsil və təlim mühiti şəraitində məktəb bütün diqqətini şagirdlərin hərtərəfli inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər.

Təlimin təşkilində mənimsəməni təmin edən mühitin yaranması da mühüm əhəmiyyət kəsb edir. Şagirdlər alternativ versiyalardan birini seçməyə yönəldilməklə, problemin həllinə əsaslanan və ona imkan verən layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru (konkretdən mücərrədə) yönəldilir. Bu zaman müəllim şagirdləri problemin həllinə istiqamətləndirir, onlara məsləhətlər verir, təlimi dərsliklərin müəyyən etdiyi biliklərə deyil, öyrənənlərin maraqlarına yönəldir. Nəticə etibarilə təlim prosesində layihələr üsuluna üstünlük verilməklə, öyrənənlərin diqqəti problemlərin müstəqil həllinə yönəldilməlidir.

Məktəbdə ayrı-ayrı fənlərin məzmunu kurikulumlarla müəyyənləşir. Fənn kurikulumları nəticəyönümlü, öyrənənyönümlü, kompetensiyayönümlü (bacarıqyönümlü) olmaqla ona xidmət etməlidir ki, şagirdlər hər hansı bir fənnin tədrisi prosesində problemləri həll edərkən səmərəli yol və vasitələr seçə bilsinlər. Bu yolda əldə etdikləri bilikləri tətbiq edə və bacarıqlara çevirə bilsinlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təhsil və təlim prosesinin təşkilində müxtəlif fəlsəfi yanaşmalar mövcuddur. Əlbəttə, bu məsələdə standartlıqdan söhbət gedə bilməz.

Təhsil cəmiyyətin, vətəndaşın, təhsil alanın (öyrənənin) tələbatına və ehtiyaclarına uyğun qurulmalı, onun şəxsiyyət kimi formalaşmasını təmin etməlidir. Hər bir müəllim (öyrədən) özünün təhsil fəlsəfəsini yaratmalıdır.

"Təhsilin əsasları" fənninin "Təhsil fəlsəfəsi və təlim prosesi" adlanan birinci məzmun xətti məhz bu mühüm məsələnin açıqlanması və hər bir tələbədə (gələcək müəllimdə) təhsil fəlsəfəsinin formalaşmasına xidmət göstərir. Bu məzmun xəttinin tədrisinə 40 saat nəzərdə tutulmuşdur. Onun birinci məşğələsi "Təhsil fəlsəfəsi və təlimin təşkilində onun əhəmiyyəti" adlanır. Mövzunu (təhsil fəlsəfəsi anlayışını) açmaq üçün tələbələrə müraciət olunur. 1) "Təhsil fəlsəfəsi" deyiləndə nə başa düşürsünüz? 2) "Təlimin təşkili" ifadəsi sizdə hansı təsəvvürlər yaradır?

Hər bir sual üzrə tələbələrin cavab və mülahizələri filipçatda qeyd olunur və vərəqlər divardan asılır. Bundan sonra "Təhsil fəlsəfəsi və təlimin təşkili məsələləri arasında hansı əlaqələr ola bilər" sualı ətrafında tələbələrin mülahizələri dinlənilir və onlara müraciət olunur: "Sizcə, müəllimə təhsil fəlsəfəsi haqqında biliklər lazımdırmı? Müsbət və ya mənfi cavablarınızı əsaslandırmağa çalışın".

Bu məqsədlə aşağıdakı suallar təqdim edilir:

1. Siz nə üçün müəllimlik peşəsini seçdiniz?

2. Müəllimin vəzifəsi nədən ibarətdir?

3. Müasir məktəbi necə görürsünüz?

Suallara müvafiq mülahizələr növbə ilə dinlənilir, təhlil olunur və ümumiləşdirilir. Müəllim: - Suallara bir çoxlarınızın verdiyi cavablar sizin təhsillə bağlı inanclarınız, fərdi yanaşmalarınız və münasibətlərinizdir. Əslində, bunlar sizin təhsil fəlsəfənizdir. Hər bir təhsil işçisinin özünəməxsus formalaşmış təhsil fəlsəfəsi var.

"Təhsil fəlsəfəsi" anlayışı növbəti mərhələdə "Öz təhsil fəlsəfənizi müəyyənləşdirin" proqramlaşdırılmış test tapşırıqlarının icrası prosesində bir qədər də açılır. Tələbələr əlavə oxu qovluğundan müvafiq materialı tapırlar. Tapşırıqda 11 suala 4 variantda cavab vermək təklif olunur: 1) Təhsil nə üçün lazımdır? 2) Sizcə, "öyrənən" kimdir? 3) Təhsil insanın hansı ehtiyaclarını təmin etməlidir? 4) Təhsil mühiti necə olmalıdır? 5) Təhsilin əsas məqsədi nədir? 6) Məktəbin əsas vəzifəsi nədir? 7)  Məktəbdə  təlim  mühiti necə olmalıdır? 8) Mənimsəməni təmin edən təlim necə baş verir? 9) Müəllimin sinifdə rolu nədən ibarət olmalıdır? 10) Kurikulum hansı məsələləri əhatə etməlidir? 11) Dərsdə hansı təlim üsuluna üstünlük verilməlidir?

Hər bir test tapşırığı üzrə 4 cavab verilir. Testin nəticələri verilmiş cədvəl üzrə özünüqiymətləndirmə yolu ilə müəyyənləşdirilir. Test tapşırıqlarının sonunda verilmiş cədvəldə hər sual 4 fəlsəfi yanaşma baxımından (proqressivizm, perennializm, essensializm, ekzistensializm) cavablandırılmışdır.

Ümumiləşmə zamanı tələbələrə təklif olunur ki, əgər siz cavablarınızı qiymətləndirmək istəyirsinizsə, sual üzrə iki versiyanı doğru hesab etməyinizə baxmayaraq, daha çox üstünlük verdiyiniz versiyanı seçin. Etdiyiniz seçimlər üzərində hansı təhsil fəlsəfəsinə aid cavablar üstünlük təşkil edirsə, demək, siz həmin fəlsəfi baxışa aidsiniz. Fəlsəfi baxışların nə demək olduğunu (mahiyyətini) başa düşmək üçün özünüqiymətləndirmə cədvəlindən sonra "Təhsilə dair fəlsəfi baxışlar"a həsr olunmuş  materialla tanış olub onları araşdırın və nəticələr çıxarın.

Araşdırma nəticəsində cavablardan belə rəyə gəlmək olur ki, tələbələr təhsilə fəlsəfi baxışların bəzisinin mütərəqqi, digərlərinin mürtəce xarakterdə olduğunu, müasir və ya ənənəvi üsullara uyğun gəldiyini müəyyən edirlər. Onların əksəriyyəti müasir tələblərə uyğun olan proqressivizm fəlsəfi yanaşmasına üstünlük verirlər.

Müəllim mülahizələri dinləyib növbəti sual tapşırıqlarını verir:

- Təhsil fəlsəfəsi nədir? O, təhsillə bağlı hansı məsələləri əhatə edir?

- Təhsil fəlsəfəsinə necə tərif vermək olar?

Tələbələr test tapşırıqlarının nəticələri üzrə qruplara (proqressivizm, perennializm, essensializm, ekzistensializm) bölünür, sonra təqdimatlar dinlənilir. Vərəqlər sıra ilə divardan asılır və növbəti slayd açılır.  

 Təhsilin fəlsəfəsi  

Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin fəlsəfəsini təşkil edir.  

Slaydda yazılanlar oxunur, tələbələrin mülahizələri ilə müqayisə olunur, korrektələr edilir və ümumiləşmə aparılır.

Müəllim:

- Müəllimə təhsil fəlsəfəsi haqqında biliklər lazımdırmı? Nə üçün lazımdır?

Mülahizələr dinlənilir və müzakirə edilir. Bundan sonra növbəti ismarıc -  slayd açılır.  

  Öz təhsil fəlsəfənizi qurun! 

Qoy sizin təhsillə bağlı fəlsəfi baxışlarınız fəaliyyətinizi kompas kimi istiqamətləndirsin. "Peşəkar mən"inizin formalaşmasında sizə yardımçı olsun.

Unutmayın ki, gələcək fəaliyyətinizdə təhsillə bağlı qəbul ediləcək bütün mühüm qərarların mərkəzində sizin təhsil fəlsəfəniz duracaq və sizə bələdçilik edəcək.  

Müxtəlif təhsil yanaşmaları baxımından təhsilin əhəmiyyəti, məqsədi, məktəbin vəzifəsi, öyrənənin təlim prosesində iştirakı, insanın təhsil ehtiyaclarının ödənilməsi, mənimsəməni təmin edən təlim mühiti, dərs prosesində müəllimin rolu, kurikulumun əhatə etdiyi məsələlər, müəllimin təlim üsulu kimi mövzuların tədrisi prosesində tələbələrdə tədricən təhsil fəlsəfəsi anlayışı formalaşır.

Təqdim edilmiş CD və DVD dərs nümunələrinin müxtəlif məqsədlərlə müşahidəsi, təhlili və təhsil yanaşmaları baxımından qiymətləndirilməsi üzrə nəticələr (bu qayda ilə 6 dərs nümunəsi müşahidə olunur) xüsusi əhəmiyyət kəsb edir. Tələbələr xüsusi müşahidə planı əsasında (dərsdə problemin həlli, alternativ variantın seçilməsi, qərarların qəbulu, praktik məsələlərin nəzəriyyə ilə əlaqələndirilməsi, materialların oxunuşu, fənn üzrə biliklərin genişləndirilməsi və s.) dərs nümunələrini müşahidə edərək müəllimin təlim üsuluna, dərslərin ümumi təhsilin Konsepsiyasının  (Milli Kurikulum) tələblərinə uyğun qurulmasına, təlim prosesinə, bütövlükdə müəllimin təhsil fəlsəfəsinə münasibətlərini bildirirlər.

Təlim prosesində müasir təlim texnologiyalarından və İKT-dən istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi (qruplarla, cütlərlə fərdi iş, debat, diskussiya, təqdimatların müzakirəsi, müxtəlif informasiya vasitələri üzrə axtarışların aparılması, PP təqdimatların hazırlanması və s.) də təhsil fəlsəfəsi anlayışının dərk olunmasına imkan verir.

Müxtəlif məzmunlu nəzəri və praktik xarakterli nəticələrin təhlili prosesində tələbələr belə bir qənaətə gəlirlər ki, bu gün şagirdlərin yaddaşını məlumatlarla yükləyən bir təhsil sistemindən onların idrakını inkişaf etdirən digər təhsil sisteminə keçid zamanı bütün məsələlərə yeni rakursla baxılır.

 
Yanaşmalar Znənəvi (essensializm fəlsəfəsi) Müasir (proqressivizm fəlsəfəsi)
Təhsilin məqsədi nədir? Şagirdlərə biliklərin əsaslarını öyrətmək şagirdin daimi inkişafını təmin etmək
Şagird kimdir? şagird bilik və bacarıqların daşıyıcısıdır, onlardan yeri gələndə istifadə edə bilər şagird təcrübə aparandır
Müəllimin rolu nədən ibarətdir? Müəllim böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır Müəllim, istiqamətləndirici, dəstəkləyicidir
Kurikulum necə olmalıdır? Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış əsas ideyalarını əhatə etməlidir Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemləri həll edərək uğurlu üsul və vasitələr seçə bilsinlər
Təlim necə olmalıdır? Fənn üzrə biliklər daha da genişləndirilir Şagirdlər problemin həllinə əsaslanan layihələrə cəlb olunur
 

"Təhsil fəlsəfəsi və təlim prosesi" bölməsi ümumiləşdirici dərslə başa çatır. Tələbələrə "Mənim təhsil fəlsəfəm" mövzusunda esse yazmaq tapşırığı verilir. Onlara bölmənin əvvəlində 11 test tapşırığı ilə bağlı öz mövqelərini ifadə etmək və pedaqoji yanaşmalarını əsaslandırmaq tövsiyə olunur. Qeyd etmək lazımdır ki, tələbələrin həmin mövzuda sərbəst iş hazırlamaları və semestr ərzində nəticələr essenin uğurla yazılmasına imkan verir.

Nəticə etibarilə söyləmək olar ki, "Təhsil fəlsəfəsi və təlim prosesi" məzmun xəttinin məqsədəuyğun və səmərəli tədrisi "Təhsilin əsasları" fənninin digər məzmun xətlərinin dərindən mənimsənilməsinə təminat verir. 

Atəş ABDULLAYEV,
Azərbaycan Müəllimlər
İnstitutunun dosenti

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - ¹20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov