Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı

Bookmark and Share

Mayın 18-də AMİ-nin Ağcabədi filialında yazıçı-publisist, respublikanın əməkdar jurnalisti Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor X.Məmmədov bildirdi ki, "Xalq  qəzeti"nin xüsusi müxbiri Ziyəddin Sultanov respublikamızda qüdrətli qələm sahibi kimi tanınmaqdadır. Onun indiyə kimi bir-birindən sanballı "Məni də sevən var", "Ömür keçdi, gün keçdi", "Qarabağ gündəliyi", "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Burdan bir atlı keçdi", "Kəklik", "Bir qonağam bu dünyada", "Əsirlər, girovlar, itkinlər", "Qarabağ müharibəsi: faktlar...hadisələr...düşüncələr" və "Göylərdən gələn gəlin" kimi əsərləri geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.

Qeyd edildi ki, "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimat mərasimini məhz bu gün qeyd etməyimiz təsadüfi deyildir. 18 may tarixi Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edildiyi gündür. Müharibənin dəhşətli gündəliyini vərəqləyən, bu gün təqdimatına toplaşdığımız "Göylərdən gələn gəlin" əsəri Laçında doğulub, boya-başa çatan, xalqımızın qeyrətli qızı Səma Kərimovanın həyat salnaməsidir.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

"Xalqın fəryad səsi" adlı məqalə ilə məruzə edən dosent S.Məmmədov "Göylərdən gələn gəlin" sənədli povestinin tərkib hissələrini bir-bir xarakterizə edərək əsər haqqında müfəssəl məlumat verdi.

 "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əsərin rolu və əhəmiyyəti" mövzusunda məruzə edən M.Səlimov öncə əsər müəllifinin şəxsi keyfiyyətlərindən bəhs edərək bildirdi ki, bu gün bizim tələbələrimizin böyük bir qismi Ziyəddin Sultanovdan çox şey öyrənməyə səy edir. Gəncliyin onun yaradıcılığına olan böyük marağı bizə bunları söyləməyə imkan verir.

 "Göylərdən gələn gəlin" povestinin dil xüsusiyyətlərindən bəhs edən F.Mikayılova əsərin sadə, bəzək-düzəksiz, canlı xalq dilində yazılmasını, az sözlə dərin məna ifadə etmək xüsusiyyətini əsər müəllifinin böyük uğuru kimi qiymətləndirdi.

Gənc oxucular adından çıxış edən filialın pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə əyani şöbənin I kurs tələbəsi Məryəm Mürsəlova əsərin tələbələr arasında sevilməsindən, əsər qəhrəmanının gənc nəslə böyük örnək olmasından ürəkdolusu danışdı.

Milli Məclisin deputatı, şair T.Rzayev  Z.Sultanovun  təbiətən duyğulu və narahat adam olmasını belə xarakterizə etdi: Ziyəddin Sultanovun duyğulu olması ona Tanrı bəxşişi, narahatlığı isə peşəsinin ona aşıladığı hissdir. Onu da qeyd etdi ki, məhz bu iki hissin birləşməsi "Göylərdən gələn gəlin"i araya-ərsəyə gətirdi. O, çıxışına davam edərək bildirdi ki, hər bir xalq öz qəhrəman övladları ilə fəxr edir. Bu gün Səma kimi övladının yenilməzliyini, müqəddəs azəri qanına haram qatmaması kimi fədakarlığı görən xalq, millət nə üçün qürur duymamalıdır. Bəli, əsər xalqımızın milli vətənpərvərlik ruhuna yeni ruh qataraq, böyük tərbiyəvi təsir gücünə malik olmaq əzmilə gündəmdə durur. Çıxış əsnasında ölkə Prezidentinin uğurlu siyasi addımlarından bəhs edən millət vəkili yaxın gələcəkdə işğal altında olan torpaqlarımızın azad ediləcəyindən inamla danışdı.

Laçın RİH başçısının I müavini İlham Quliyev, Ağcabədi RİH başçısının humanitar məsələlər üzrə müavini Əbülfət Tapdıqov "Göylərdən gələn gəlin"in məziyyətlərindən danışaraq əsər müəllifinə dərin təşəkkürlərini ifadə etdilər.

Şəhid Səma xanımın anası Sevda Kərimova əsər müəllifinə, ümumilikdə bugünkü anım mərasimində əməyi olan hər bir kəsə dərin təşəkkürünü bildirərək, övladının az qala dastanlaşan həyat tarixçəsinin bədii simvoluna çevrilən "Göylərdən gələn gəlin"in ona təsəlli olmasını, nəhayətsiz ana kədərinə son verməsini dilə gətirdi.

Mərasimin sonunda "Göylərdən gələn gəlin" sənədli povestinin müəllifi Ziyəddin Sultanov ilk öncə qeyrətindən vəcdə gəlib haqqında əsər yazdığı Səmanı dünyaya gətirən qadının qarşısında baş əydiyini ifadə etdi. Sonra tədbir iştirakçılarına, qonaqlara, əsərinin təqdimatının təşkili və yüksək səviyyədə idarə olunması üçün filial rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Bir müəllif kimi əsərin ədəbi ictimaiyyətdə belə bir əks-səda doğurmasından sevindiyini bildirən yazıçı bunun səbəbini içimizdəki vətənpərvərlik hissinin nə qədər doğma və ali hiss olması, bitib-tükənməzliyi ilə əlaqələndirdi. O qətiyyətlə bildirdi ki, Qarabağ mövzusu, param-parça edilmiş vətən torpaqlarının nigaran taleyi kiçikdən-böyüyə hər birimizi hər zaman düşündürməlidir.

Sonra müəllif əsərlə bağlı oxucularının suallarına cavab verdi.

 Rəşad ZİYADOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov