Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"

Bookmark and Share

Azərbaycan tarixə bir - birindən dəyərli, xalqına, dilinə bağlı şəxsiyyətlər bəxş etmişdir. Onlardan biri də XIX əsrdə yaşayıb - yaratmış, bütün dünyada  adı, yaradıcılığı hörmətlə xatırlanan  Mirzə Şəfi Vazehdir. Buna baxmayaraq, XIX əsr Azərbaycan ədəbiyyatı tarixində şəxsiyyəti və yaradıcılığı dumana bürünmüş Vazeh kimi ikinci bir ədib bəlkə də yoxdur. İki yüz ilə yaxındır ki, Mirzə Şəfi Vazehin dünya şöhrəti qazanmış nəğmələrinin atribusiya məsələsi öz qəti həllini tapa bilməmişdir.

Bunun əsas səbəbi, hər şeydən əvvəl, vaxtilə Mirzə Şəfi Vazehin tələbəsi, dostu, alman şairi, tərcüməçisi Fridrix Martin fon  Bodenştedt olmuşdur. Onun müəllimi barəsində ziddiyyətli fikirləri mirzəşəfişünaslıqda anlaşılmazlıqlar yaratmış, tədqiqatçılarımızın, ədəbiyyatşünaslarımızın işini çətinliklərə salmışdır. Yalnız Mirzə Şəfinin deyil, başqa Şərq klassiklərindən, xüsusən də Hafiz Şirazinin, Füzulinin şeirlərinin tərcümələrində də qəribə bir yol tutan F.Bodenştedt çox vaxt öz yaradıcılığını tərcümələri ilə qarışdırmış, bəzən tərcümə etdiyi materialdan onun yalnız adını və mövzusunu saxlamışdır. Mirzə Şəfi şeirlərinin, özü demişkən, "gözləri önündə" yarandığı üçün onların orijinalına xələl gətirmədən alman donunda verməsi oxucular tərəfindən dərin rəğbətlə qarşılanmasına  səbəb oldu və sürətlə yayıldı, müəllifinə böyük şöhrət qazandırdı. Bundan sonra  F.Bodenştedt ömrü boyu şöhrət dalınca qaçdı, lakin öz əsərləri ilə bu şöhrəti əldə edə bilmədi. Mirzə Şəfi şeirlərinin Almaniyada sonrakı nəşrlərində özünü nəğmələrin mütərcimi deyil, bu şeirlərin müəllifi kimi qələmə verdi və ölənədək həqiqətə uyğun olmayan bir iddianı sübuta yetirməyə çalışdı. O, hətta Mirzə Şəfinin şairliyini də inkar etdi. Həmin vaxtdan başlayaraq Almaniyanın özündə F.Bodenştedtin bu iddiasının tərəfdarları və əleyhdarları oldu. Onlar alman mətbuatında, ədəbiyyatında çıxışlar etdilər və müxtəlif fikirlər söyləyərək öz müddəalarını   irəli sürdülər. Lakin bir həqiqət onların bir çoxuna  aydın idi ki, nəğmələr alman dilində olsa da, mənən və ruhən Şərq poeziyasıdır, bunlar Qərb donunu geymiş Şərq gözəlləridir.

Azərbaycan ədəbiyyatşünasları da Mirzə Şəfi barəsində öz tədqiqatlarını, axtarışlarını davam etdirdilər. Bu axtarışlar səmərəli nəticələr verdi. Mirzə Şəfi Vazehin dumana bürünmüş şəxsiyyəti, yaradıclığı müəyyən edildi. F.Bodenştedtin M.Ş.Vazeh barədə söylədiyi fikirlərə aydınlıq gətirildi, onun alman şeir yaradıcılığı saf - çürük edilib, həqiqət ortaya çıxarıldı.

Azərbaycan alimlərinin tədqiqatları əsasında F.Bodenştedtin plagiatlığı   elmi faktlar əsasında sübuta yetirildi. Alman şairinin Azərbaycan poeziyasının Qərbdə, eləcə də bütün dünyada " Mirzə Şəfi nəğmələri "  adı altında şöhrət tapmasında xidmətləri də qiymətləndirildi. Bununla yanaşı, Mirzə Şəfi yaradıcılığı barəsində geniş fikir söyləmək üçün onun əldə olan əsərləri kifayət etmir. Mirzə Şəfi şeirlərinin əksər hissəsinin F.Bodenştedt tərəfindən Almaniyaya aparılması və bu orijinal şeirlərin yoxa çıxması məsələsi alimləri, tədqiqatçılarımızı düşündürməkdədir. Nə qədər ki, Mirzə Şəfi şeirlərinin tam külliyyatı əldə edilməyib, bir o qədər də müxtəlif fikirlər, yozmalar söyləniləcəkdir.      

Buna görə də M.Ş.Vazeh və F. Bodenştedt münasibətləri tədqiqatçılarımızın diqqətindən yayınmır. M.Ş.Vazeh irsinin təbliği yeni nəslin bu sahədə maariflənməsində xüsusi əhəmiyyət kəsb edir.

Bu yaxınlarda hörmətli alimimiz professor Fəxrəddin Veysəllinin  "Vazeh və Bodenştedt: "Yozmalar və faktlar"  kitabı işıq üzü görmüşdür. Uzun illərin, böyük zəhmətin nəticəsi olan bu kitab Mirzə Şəfi Vazeh irsinin təbliği, tədqiqi  sahəsində əhəmiyyətli bir işdir. Professor F.Veysəlli kitabında Vazeh və Bodenştedt əlaqələrinə toxunmuş, F.Bodenştedt tərəfindən vaxtilə alman dilinə tərcümə olunmuş Vazeh şeirlərinin yeni hərfi və bədii tərcüməsini vermiş, M.Şəfi və F.Bodenştedt münasibətlərinə işıq salan yeni mənbələrdən söz açmışdır. Quruluşuna görə bu əsər  "Mirzə Şəfi Vazeh haqqında bildiklərimiz", "F. fon Bodenştedtin  Mirzə Şəfi haqqında xatirələri", "F. fon Bodenştedt haqqında", "Mirzə Şəfi və F. fon Bodenştedt əlaqələri yenidən gündəmə gəlir" adlı fəsillərdən ibarətdir. Müəllif bir çox məlum olan və olmayan mənbələri tədqiqata cəlb etmiş, Azərbaycan və alman alimlərinin fikirlərini saf-çürük  edib, aşağıdakı qənaətlərə gəlmişdir.

Birincisi, müəllif belə hesab edir ki, F.Bodenştedtin Mirzə Şəfiyə münasibətinin dəyişməsində əsas səbəb alman şərqşünaslarından A.Berje, V.Vamberi və K.Bruqşi olmuşlar. Onlar Mirzə Şəfi əleyhinə məqalələr yazmaqla M.Şəfinin şairliyini inkar etmiş, belə bir şairin Tiflisdə tanınmaması, qəbiristanlıqda qəbrinin olmaması barəsində fikirlər söyləyərək, məqalələr çap etdirmişlər. Müəllif apardığı araşdırmasında postsovet məkanında F.Bodenştedtin M.Şəfi şeirlərinin tərcümələrindəki və M.Şəfinin dünya söhrəti qazanmasındakı xidmətlərinin unudulduğunu, F.Bodenştedtin plagiator kimi qələmə verilməsi qənaətinə gəlib, onun arxivində işləməklə M.Şəfi külliyyatının tapılacağını güman edir.

Hörmətli professor F.Veysəlli alman şərqşünas alimlərinin M.Şəfi barəsində söylədikləri fikirlərə öz iradını düzgün bildirmişdir. F.Bodenştedtin Mirzə Şəfi barəsində fikrinin dəyişməsində onların rolu da əsaslandırılmışdır. Lakin F.Bodenştedtin postsovet məkanında və indi də plagiator kimi qələmə verilməsi, onun Azərbaycan şairinin dünya şöhrəti qazanmasındakı rolunun qiymətləndirilməsi düzgün deyildir. Əksinə, postsovet məkanında F.Bodenştedtin  xeyirxah əməlləri  yüksək qiymətləndirilmiş, plagiatlığı isə elmi faktlarla sübuta yetirilmişdir. Mirzə Şəfinin əlyazmalarının elə onun arxivində işləməklə tapılmasını mirzəşəfişünaslığımız da arzulayır. Almaniya kitabxanalarında, arxivlərində aparılan axtarışlar bir nəticə verməmişdir. Aldığımız cavablardan məlum olur ki, Böyük Vətən müharibəsi illərində Almaniyada bir çox arxivlər yandırılmış, F.Bodenştedtin arxivi də dağıdılmışdır.

Söhbət gedən kitabda F.Veysəlli bir çox alman mənbələrinə müraciət edib. Alman alimlərindən  Y.Mündhenkin və K.Zündermayerin Mirzə Şəfi və F.Bodenştedt münasibətinə həsr olunmuş məlum tədqiqatlarına da toxunmuş, bu tədqiqatların birtərəfli aparıldığını vurğulamış, fikirlərinə də öz iradını bildirmişdir. A.Berje, V.Vamberi və b. M.Şəfi əleyhinə sövq edilməsində erməni əsilli Tumanovun rolunun olması və Mirzə Şəfi Züleyxanı götürüb qaçan ərəfədə avar xanı Əhmədin adamları tərəfindən ələ keçirilməsində Akim adlı erməninin əli olduğuna gəldikdə isə, bu fikir  hər halda indiki vaxtda özünü doğruldur. Çünki ermənilər tarix boyu hiylələri, satqınlıqları ilə məşhurdurlar.

F.Veysəllinin Mirzə Şəfi və F.Bodenştedt münasibətlərinə həsr etdiyi əsər Mirzə Şəfi irsinin tapılmasında, tədqiqi və təbliği sahəsində atılan müsbət addımlardan biri kimi diqqəti cəlb edir.

Akif BAYRAMOV,
professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov