Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - 21

 

Uşaqlar üçün bayram tədbiri

Bookmark and Share

Mayın 31-də Gənc Tamaşaçılar Teatrında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Sülh göyərçiniyik biz" adlı bayram tədbiri keçirilib. "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, tanınmış alimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir açıq elan edilib, Dövlət himni ifa olunduqdan sonra təhsil naziri Misir Mərdanov təbrik nitqi söyləyib.

Mərasim iştirakçılarını salamlayan nazir 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününün artıq 60 ildir ki, dünyanın hər yerində bayram kimi qeyd olunduğunu bildirib və əziz bayramları münasibətilə uşaqları səmimi-qəlbdən təbrik edib. Dünyanın bütün uşaqlarına həmişə açıq səma altında böyüməyi, daim valideynlərinin və doğmalarının diqqəti və qayğısı altında olmağı, hər bir uşağa səmərəli  və yaxşı mühitdə təhsil almaq imkanlarının verilməsini arzu edən təhsil naziri onlara öz millətləri, vətənləri üçün uğurlu bir həyat yolu keçməyi, təhsildə qazandıqları uğurları artırmağı, valideynlərini, müəllimlərini sevindirməyi, vətənpərvər olmağı tövsiyə edib.

Misir Mərdanov müstəqillik illərində ölkəmizdə  uşaqlara xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, təhsilə və uşaqlara qayğı bu gün dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir. Son illər ölkəmizdə uşaqların sağlam böyüməsi, inkişafı, problemlərinin həlli baxımdan uğurlu addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ondan çox dövlət proqramı təsdiq olunub, onların həyata keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Təhsil naziri son bir neçə il ərzində respublikamızda 2000-dən çox məktəb, uşaq bağçası və digər təhsil müəssisələri üçün yeni binaların və əlavə tədris korpuslarının tikilməsi və əsaslı təmir olunmasını təhsilə və uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib, həmin işlərin görülməsində beynəlxalq təşkilatlarla, xüsusən də YUNİSEF, YUNESKO, İSESKO və digər humanitar qurumlarla əməkdaşlığın, birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Nazir təbrik nitqində həmçinin ölkəmizdə uşaqlarla, gənclərlə, təhsilin, mədəniyyətin inkişafı ilə bağlı qeyri-hökumət təşkilatlarının yaranıb formalaşdığını, onlarla birgə həyata keçirilən tədbirlərin böyük fayda verdiyini diqqətə çatdırıb, gördüyü işlərə görə onlara, habelə tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.

Mərasimdə  "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin sədri Nərgiz Kazımova çıxış edərək uşaqlara təbriklərini çatdırıb, onlara qayğının hər zaman vacibliyini vurğulayıb, bu baxımdan ölkəmizdə dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib.

Bayram tədbirində uşaq evlərinin və internat məktəblərin yetirmələri musiqi və rəqs nömrələri ilə çıxış edib, şeirlər söyləyiblər. Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva uşaqları mahnıları ilə sevindirib və onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə habelə "Aqlamur" modalar evi tərəfindən 10 uşaq üçün son dəbdə tikilmiş paltarlar nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanıb.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - 21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov