Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - 22

 

Beynəlxalq simpozium

Bookmark and Share

May ayının sonlarında Türkiyə Cümhuriyyətinin 19 mayıs Samsun Universitetində beynəlxalq simpozium keçirilmişdir. Simpozium torpaq və su üzrə regionlarda təbii ehtiyatların səmərəli istifadəsinə və onların idarə olunmasına həsr edilmişdir.

Simpoziumda dünyanın 37 ölkəsindən 250-dən çox tədqiqatçı mütəxəssis və alim iştirak etmişdir. Simpoziumda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının, Naxçıvan  Dövlət Universitetinin əməkdaşlarından ibarət 12 nəfərlik elmi heyət təmsil etmişdir.  Burada oxunan məruzələrdə Yer kürəsində baş verən iqlim dəyişmələri, torpaq və su ehtiyatlarından istifadənin elmi əsaslarla idarə edilməsi əsas mövzu kimi geniş şəkildə müzakirə edilmişdir.

Simpoziumun iştirakçıları 19 mayıs Samsun Universitetinin laboratoriyalarında və tədqiqat  aparılan sahələrində olmuş, universitet əməkdaşlarının elmi nailiyyətləri haqqında məlumat əldə etmişlər. Simpozium ingilis dilində keçirilmiş, burada 360-a qədər məruzə qeydə alınmış, onların bir qismi üç bölmədə üç  gün  ərzində  dinlənilmiş,  bir  qismi  isə  poster variantında təmaslı müsahibə şəklində təqdim edilmişdir.

Simpoziumda azərbaycanlı alimlərdən AMEA-nın müxbir üzvü, professor Məhərrəm Babayevin, kənd təsərrüfatı elmləri namizədləri Qurban Əzizov, Mustafa Mustafayev və Nailə Orucovanın, aspirant Ramin Osmanovun məruzələri maraqla qarşılanmışdır. Naxçıvan Dövlət Universitetinin ÜTF və Ekologiya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru,  professor Əlövsət Quliyev  "Naxçıvan Muxtar Respublikasının torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" mövzusunda məruzə etmişdir.

Simpoziumda iştirak edən alimlərin məruzələri çap edilərək elektron variantda İnternet saytında yerləşdirilmişdir.

Naxçıvan Dövlət Universitetinin nümayəndəsi, kənd təsərrüfatı elmləri doktoru,  professor Əlövsət Quliyev bildirmişdir ki, simpozium Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunduğu bir dövrdə milli ekologiyanın, yeraltı və yerüstü təbii sərvətlərin qorunması məqsədilə mühüm elmi tədqiqatların aparılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli rol oynayacaq.  

Mehriban SULTAN

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - 22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov