Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - 22

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Allahverdiyev Bəxtiyar Əzizulla oğlu 

1974-cü il iyunun 10-da Bakıda anadan olmuşdur. 1991-ci ildə Bakıdakı 199 nömrəli orta məktəbi bitirmiş, 1992-ci ilin avqustunda Milli Orduya çağırılmış, 776 nömrəli hərbi hissədə xidmətə başlamışdır. Həmin ilin oktyabrında cəbhəyə yollanmışdır. Bir müddət Qubadlı bölgəsində, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə Tərtər, Ağdərə bölgələrinə göndərilmiş və o, cəbhədəki məlum vəziyyətlə əlaqədar ordu sıralarında müddətdən artıq xidmət etmişdır.

Həmişə öz əsgəri andına sadiq qalan B.Allahverdiyev olduğu bütün bölgələrdə vətənə layiqincə xidmət etmişdir.

Vətənə layiqli xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1997-ci ildə gizir rütbəsi alaraq 196 nömrəli hərbi hissənin kəşfiyyat tağımına komandir təyın olunmuşdur. 1998-1999-cu ıllərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kursunda təminat tağımının komandiri, 1999-2000-ci illərdə Bakı Ali Komandirlər məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdir. Həmin ilin oktyabrında ordudan tərxis olunmuşdur. 2001-ci ildə Polis Akademiyasında təhsilini davam etdirmişdir. O, hazırda polis orqanlarında çalışır. 

Allahverdiyev Elbrus Hacı oğlu 

1958-ci il oktyabrın 27-də Gəncə şəhərində dünyaya göz açmışdı. O, burada 18 nömrəli orta məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 1990-ci ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Bir müddət Vladiqafqazda yaşamışdı. Vətənimizə erməni faşistlərinin təcavüz etdiyini eşidən Elbrus Azərbaycana dönmüş və könüllü olaraq 1992-ci il mayın 17-də cəbhəyə yollanmışdı. E.Allahverdiyev Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olmuşdu. 1992-ci ilin iyununda batareyanın ilk diviziyonu yaradılmış və Elbrus ona komandir təyin edilmişdi.Onun rəhbərliyi ilə briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya diviziyonu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli obyektlərini məhv etmişdi.Ağdərə bölgəsində isə briqada üzvlərı düşmənin bir reaktiv artilleriya qurğusunu sıradan çıxarmışdı. Eyni zamanda 1993-cü il iyunun 12-də Ağdam üzərinə güclü hücuma keçmiş düşmən, artilleriya diviziyonunun sarsıdıcı zərbələrindən geri çəkilmişdi. İyunun 14-16-da Ağdamın Şellı kəndi istiqamətində gedən ağır döyüşlərdə Elbrus igidlik göstərərək həlak olub.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.  

Allahverdiyev Namiq Müslüm oğlu 

1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda anadan olmuş, 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirmişdi. 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdü. 1988-ci ildə ermənilərin vətənimizə etdikləri təcavüzə dözməyən Namiq könüllü olaraq vətənin müdafiəsinə qalxmışdı. Onun ilk döyüş yolu 1990-cı ildə Qubadlı rayonundan başlamışdı. Namiq 1991-ci il avqustun 31-də DİN-in XTP dəstələrinə daxil olmuş və yenidən döyüş meydanına atılmışdı. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Sonuncu döyüşü Tərtər rayonunda olmuşdu. Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndlərinin düşməndən azad edilməsində xüsusi fəallıq göstərmişdi. 1992-ci il iyulun 9-da erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum edərkən, Namiq düşməni qabaqlamaq üçün döyüş yoldaşları ilə yüksəkliyə qalxmış və orada əlverişli mövqe tutmuşdu. Düşmən tankından atılan mərmi Namiqin həyatına son qoydu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Beyləqan şəhər 1 nömrəli orta məktəb onun adını daşıyır. Rayon mərkəzində büstü qoyulub.  

Aslanov Niyazi Şərəfxan oğlu 

1960-cı il dekabrın 25-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində anadan olmuş, burada orta məktəbi bitirmişdi. 1979-1981-ci illərdə Rusiyanın Altay vilayətində əsgəri xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndlərinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirmişdi. Oxuduğu müddətdə əmək fəaliyyəti ilə də məşğul olmuşdu. O, 1989-cu ildə erməni qəsbkarlarının torpaqlarımızı işğal etməkdə fəallaşdıqları bir zamanda Goranboy rayonunda yaradılan özünümüdafiə dəstəsinə qoşulmuşdu.Həmin dövrdə Niyazi yoldaşlarının köməyi ilə sıradan çıxmış iki tank tapıb onu təmir etmişdi. O, bu tanklarla nəinki Tap-Qaraqoyunlu kəndini, hətta qonşu kəndləri də layiqincə müdafiə etməyə nail olmuşdu. Niyazi Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdamın müdafiəsində fəal iştirak etmişdi. 1992-ci il mayın 4-də Tap-Qaraqoyunlu kəndi yaxınlığında gedən döyüş zamanı N.Aslanov komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. İki oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tap-Qaraqoyunlu kəndində dəfn olunub.

Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub. 

Aslanov Şikar Davud oğlu 

1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmiş, 1977-ci ildə kəndlərindəki orta məktəbin birinci sinfinə getmiş və 1987-ci ildə həmin məktəbi bitirmişdi. 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, 1990-cı ildə ordudan tərxis olunaraq doğma kəndlərinə dönmüşdü. Həmin ərəfədə erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü davam edirdi.

Qarabağın şəhər və kəndlərində erməni quldurları tərəfindən evlər dağıdılır, yandırılır, dinc əhali təcavüzə məruz qalırdı. Belə bir şəraitdə Şikar cəbhəyə yollanmış, DİN-in Cəbrayıl rayon post-patrul xidmətinə üzv qəbul olunmuşdu.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarlıqla susdurmuşdu. 1992-ci il iyulun 2-də növbəti əməliyyat zamanı düşmənin snayper gülləsinə tuş gələn Şikar hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamış və o, vətən uğrunda həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Süleymanlı kəndində dəfn olunub. Təhsil aldığı Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - 22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov