Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi

Bookmark and Share

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin ən qocaman və nüfuzlu ali təhsil müəssisəsi olan İordaniya Universitetinin iki əlaçı tələbəsinə Heydər Əliyev təqaüdü təqdim edilmişdir.

Xarici ölkələrin ali təhsil müəssisələrinin təhsildə fərqlənmiş tələbələrinə Heydər Əliyev təqaüdlərinin təqdim edilməsi müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq həyata keçirilmişdir və sevindirici haldır ki, bu hadisə ölkəmizlə dost və qardaş olan İordaniyada baş vermişdir.

Təqaüdlərin təqdim edilməsinə həsr olunmuş və İordaniya Universitetində təşkil edilmiş rəsmi mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi barədə məlumat vermiş, onun banisi olduğu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Təqaüdlərin təqdim edilməsi mərasiminin 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində həyata keçirildiyini xatırladan səfir, bunun təsadüfi olmadığını vurğulamış və xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin formalaşdırılmasında və milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsində müstəsna rol oynadığını söyləmişdir.

Azərbaycan ilə İordaniya arasındakı əməkdaşlığa toxunan səfir bu əlaqələrin inkişaf etdiyini, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullah ibn Hüseynin müstəsna töhfələr verdiklərini vurğulamışdır.

2007-ci ildə İordaniyaya səfəri zamanı Prezident İlham Əliyevin İordaniya Universiteti tərəfindən siyasi elmlər üzrə fəxri doktor adı ilə təltif edilməsini və bu münasibətlə dövlətimizin başçısının universiteti ziyarət etməsini xatırladan səfir ümummilli lider Heydər Əliyevin adına təqaüdlərin məhz bu təhsil ocağının iki əlaçı tələbəsinə təqdim edilməsinin məntiqi olduğunu dilə gətirmişdir.

Sonra səfir universitetin tibb fakül

təsinin 2-ci kurs tələbəsi İmad Dikkaya və mühəndislik və texnologiya fakültəsinin 2-ci kurs tələbəsi Dua Suuda təqaüdləri təntənəli şəkildə təqdim etmiş, onlara uğurlar diləmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan təqaüdlə təltif edildiklərinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıqlarını ifadə edən tələbələr, bununla üzərlərinə qoyulan məsuliyyəti doğruldacaqlarını bildirmişlər.

Sonra rektor X.Kəraki universitetin tələbələrinin belə yüksək təltifə layiq görülməsini Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Universitetinə qayğısının təzahürü kimi qiymətləndirmiş, buna görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Heydər Əliyev təqaüdlərinin təqdim edilməsi mərasimi barədə elə həmin gün İordaniyanın PETRA Milli xəbər agentliyinin və İordaniya Universitetinin veb-səhifələrində məlumat yer almış, İordaniya televiziyası ilə reportaj verilmişdir.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov