Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir

Bookmark and Share

Son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırmanın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Etiraf edilir ki, əvvəllər respublikamızın müxtəlif rayonlarından təkmilləşdirmə kurslarına gələn müəllimlər arasında kütləvi halda dərslərdən yayınma halları baş verirdisə, hazırda institut rəhbərliyinin kadrları düzgün yerləşdirməsi və tələbkarlığı nəticəsində belə halların qarşısı qəti şəkildə alınmışdır. Belə ki, biraylıq kurslarda 20 faizdən çox üzrsüz səbəbdən dərslərdə iştirak etməyən müəllimlərə kursu bitirmək haqqında sənədlər verilmir. Sözsüz ki, bu tələbkarlıq nəticəsində nizam-intizam yaradılmış, dərsə davamiyyət yaxşılaşmışdır.

İxtisasartırma təhsilinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün ayrı-ayrı kateqoriyalar üzrə kurslara gələn müəllimlərə çatdırılan elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən mühazirə və seminarların məzmunu da xüsusi proqram əsasında təhsilin müasir tələblərinə uyğunlaşdırılmışdır. Aparılan islahatlar nəticəsində meydana gəlmiş bütün yeniliklər sistemli olaraq kompleks şəkildə kitabça formasında nəşr olunmuş beş il müddətinə nəzərdə tutulmuş tədris-tematik planında öz əksini tapmışdır. Eyni zamanda müxtəlif kateqoriyalar üzrə kurslara gələn müəllimlərin xüsusi sorğu anketləri vasitəsilə tələbatları müəyyənləşdirilir, onların arzu və istəklərinə uyğun olan sahələr üçün də kurs ərəfəsində vaxt  ayrılır, həmin vaxt ərzində dinləyicilərin tələbatını ödəyən əlavə mövzular tədris olunur.

Ən maraqlı cəhət isə odur ki, ixtisasartırmaya gələn müəllimlərin bilik səviyyəsi həm açılışda, həm də yekunda yoxlama xarakteri daşıyan xüsusi testlər, məqbullar və sorğu anketləri vasitəsilə müəyyənləşdirilir. Bundan sonra kursa gələn müəllimlərə əlavə vəsaitlər, öyrədici əhəmiyyətə malik olan metodik materiallar verilir. Bu materiallarda təhsil sistemində baş verən bütün yeniliklər öz əksini tapır.

Məlumdur ki, son vaxtlar təhsil sahəsində kifayət qədər innovasiyalar meydana gəlmişdir. Bu innovasiyaları böyük müəllim ordusuna çatdırmadan şagirdləri daha yüksək keyfiyyətli biliklərə yiyələndirmək olmaz.

Etiraf edək ki, Azərbaycanın kənd rayonlarında, hətta bir çox şəhər məktəblərində işləyən müəllimlərin mütaliə etmək, təhsil sistemində baş verən yenilikləri öyrənmək səviyyəsi çox aşağıdır. Elə müəllimlər var ki, hətta öz ixtisası üzrə də uzun illərdən bəridir ki, mütaliə ilə məşğul olmur. Bu faktlar kursa gələn çoxsaylı müəllimlərlə dərs prosesində yaranan dialoqlar vasitəsilə də aşkar olmuşdur. Müəllimlər bu faktın mövcudluğunu özləri də etiraf etmişlər. Buna görə də ixtisasartırma təhsilində aldığı biliyin əhəmiyyətini dərk edən müəllimlər dekanlığın onlara təqdim etdiyi rəy kitabına dərin minnətdarlıqla dolu sözlər yazmışlar.

Lakin sorğu anketlərinə verilən cavablar göstərir ki, ixtisasartırma kurslarına gəlmiş bəzi kateqoriyadan olan dinləyicilər öz fəaliyyət sahələrinə aid olan normativ sənədlər haqqında da kifayət qədər məlumata malik deyillər. Məsələn, 2008-ci il sentyabrın 12-də məktəbəqədər tərbiyə müəssisə rəhbərlərinin giriş anket sorğusu zamanı 12 nəfər dinləyici iştirak etmiş, onların əksəriyyəti sorğu anketində göstərilən "Məktəbəqədər tərbiyə və təlim müəssisələri haqqında əsasnamə"nin neçənci ildə qəbul olunması ilə bağlı sualı cavablandıra bilməmişdir. Onların əksəriyyətinin Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsillə əlaqədar olan müxtəlif normativ sənədlərdən xəbəri olmadığı aşkar olunmuşdur. Həmçinin bu bağça rəhbərləri məktəbəqədər tərbiyə müəssisələrində uşaqların əqli, estetik, əmək və fiziki tərbiyəsinin təşkilinə metodistin əməli köməyinin nədən ibarət olduğunu cavablandıra bilməmişlər. Həmin qrupun yekun sorğu anketinin cavablandırma prosesində isə vəziyyət tamam dəyişmişdir. Onların 24 gün ərzində kifayət qədər yeni biliklərə yiyələndikləri aşkar olunmuşdur. Fakültənin rəy kitabındakı yazılarında isə onlar belə kursların tez-tez təşkil olunmasını xahiş etmişlər.

Yaxud,  2  dekabr  2008-ci  ildə  məktəb  kitabxanalarının  işçiləri  üçün  təşkil  olunmuş  kursda  22  nəfər  iştirakçının əksəriyyəti  giriş  anketində  qoyulan suala  uyğun  olaraq  kitabxana  işi ilə bağlı əsasnamənin və kitabxana işi haqqında Azərbaycan Respublikasının  Qanununun  nə  vaxt  qəbul  olunduğunu  bilməmişlər. Eyni zamanda "Kurikulum nədir" sualı da cavablandırılmamışdır. Kurs  başa  çatarkən  onlara  təqdim  olunan  yekun  anketində  isə  vəziyyət  müsbətə   doğru   tamam   dəyişmişdir.

Bütün bunlar ixtisasartırma kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamiyyətə nəzarətin gücləndirilməsi nəticəsində baş vermişdir.

Qeyd etmək lazımdır ki, AMİ-də ixtisasartırma təhsilinin təşkili prosesi xüsusi koordinasiya əsasında həyata keçirilir. Belə ki, müəllim hazırlığı, proqramın məzmunu və planlaşdırılması, dərsliklərin və dərs vəsaitlərinin yazılması, kadrların yerləşdirilməsi, pedaqoji fəaliyyətin öyrənilməsi, elmi-pedaqoji-metodiki tələbatın formalaşdırılması kimi fəaliyyət sahələri ixtisasartırmanın əsasını təşkil edir. Həyata keçirdiyimiz bütün bu məsələlər  Təhsil  Nazirliyi,  ali  pedaqoji, orta ixtisas məktəbləri, Təhsil Problemləri İnstitutu, R(Ş)TŞ, başqa ixtisasartırma  müəssisələri  ilə  əlaqəli  şəkildə  tənzimlənir.

Bütün təhsil sahələrində olduğu kimi, ixtisasartırma təhsilində də dərs deyən müəllimin elmi-metodiki hazırlığı onun istedad və bacarığı təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas faktorlarından biri kimi qiymətləndirilir. Bu cəhəti nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı instituta rektor təyin olunduğu gündən müəllimin dərs dediyi şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Dərs deyən müəllimlər qarşısında da yüksək tələblər qoyulmuşdur. Hər bir müəllim yeni təlim metodlarını öyrənməli, kompüter texnologiyalarından istifadə etməyi bacarmalıdır. Müəllimləri qeyd olunan vərdiş və bacarığa yiyələndirmək məqsədilə institutda onlar üçün vaxtaşırı olaraq 3-5 günlük seminarlar təşkil olunur. Belə seminarlar əsasən dərslər pozulmasın deyə, semestrarası tətillər zamanı həyata keçirilir. Seminar iştirakçılarının əldə etdikləri biliyin səviyyəsi qiymətləndirilir və onlara xüsusi sertifikatlar verilir.

Təbii ki, son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda onun rəhbərliyi tərəfindən həyata keçirilən yenidənqurma işləri ixtisasartırma təhsilində yeni məzmun və keyfiyyətin yaranmasına səbəb olmuşdur.

Azərbaycan təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" adlı sənəd xüsusi əhəmiyyət kəsb edir. Həmin sənədin təhsil prosesinə tətbiq olunması üçün Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma təhsili sahəsində çox böyük işlər görülmüşdür. Hətta İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün də Milli Kurikuluma aid 10 günlük seminarlar keçirilmiş və yekunda onlara respublikanın təhsil naziri, cənab Misir Mərdanov tərəfindən xüsusi sertifikatlar təqdim olunmuşdur. Eyni zamanda müxtəlif fənn müəllimləri üçün təşkil olunan kursların tədris-tematik planlarında da kurikulumun tədrisi ilə bağlı mövzulara geniş yer verilir.

Rayon (şəhər) təhsil şöbələrinin sifarişləri əsasında kurikulum və fəal təlim metodları üzrə yerlərdə də 3 günlük və həftəlik seminarlar təşkil edilir.

Ali məktəb müəllimlərinin 3 aylıq kurslarının təşkili də Azərbaycan Müəllimlər İnstitutu tərəfindən həyata keçirilir. Bu kurslarda oxunan mühazirələrə daha yüksək ixtisaslı kadrlar cəlb olunur. Buraya AMEA-nın institutlarının, Təhsil Problemləri İnstitutunun professorları, Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri, başqa ali məktəblərin tanınmış alimləri dəvət olunurlar.

 Sevindirici haldır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2009-cu ilin oktyabr ayının 24-də keçirilən kollegiyasında institutumuzda təşkil olunan ixtisasartırma təhsilinə yüksək qiymət verilmişdir. Orada qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunda təhsilin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmış, çevik plan və proqramlar tətbiq edilməkdədir. Kollegiya qərarında bildirilir ki, AMİ-də ixtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq olunur. Əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə sayəsində AMİ-də ixtisasartırma təhsili sahəsində keyfiyyət və yüksək davamiyyət təmin olunur. 

Rahim ƏZİZOV,
AMİ-nin Əlavə təhsil üzrə prorektoru,

Telman HAQVERDİYEV,
AMİ-nin İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov