Bu günlərdə Bakı Uşaq Teatrının nəzdindəki
xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət
teatr studiyası ilk tamaşasını göstərdi. Uşaq
nağıllarının qəhrəmanları olan Qırmızı papaq,
Tıq-tıq xanım, Göyçək Fatma, Ovçu Pirim kimi
obrazları canlandıran uşaqlar heç də əsl
aktyorlardan geri qalmırdılar. Onların
hazırladıqları səhnəcikləri izləyən uşaqlar
xeyli məmnun qaldılar.
Qeyd edək ki, teatr studiyasının digərlərindən
fərqi ondan ibarətdir ki, burada məşğul olan
uşaqların genetik qüsurları nəzərə alınmaqla
onlara uyğun müvafiq rollar verilir. Elə bunun
sayəsində də balacalar qüsurlarını o qədər hiss
etmir, yaşıdlarına bir nümunə olmaqla yanaşı,
özlərini lazımlı insan sayırlar. Belə uşaqların
özlərinə qapanmaması, cəmiyyətdən təcrid
olunmaması üçün yaradılan teatr studiyasında
onlarla peşəkar aktyorlar məşq keçirlər.
S.KƏRİMOVA |