Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 
Dünya universitetləri:

Britaniya Kolumbiyası Universiteti

Bookmark and Share
  Yerləşir: Kanada, Britaniya Kolumbiyası əyaləti, Vankuver şəhəri  
Yaranma tarixi:

1908-ci il

Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı: 13622 nəfər
Tələbələrin sayı:

52136 nəfər

İllik gəlirləri:   1472140000 Kanada dolları
İllik xərcləri:  1687180000 Kanada dolları
Rəsmi saytı: www.ubc.ca

Britaniya Kolumbiyası Universiteti (University of British Columbia) Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşir və əyalətin ən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Britaniya Kolumbiyası Universiteti 100 ən yaxşı ali məktəb arasında 40-cı yerdə sıralanıb.

Britaniya Kolumbiyası Universiteti "Universitetlər 21" beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu Universitetləri assosiasiyalarının üzvüdür. 

Tarixi 

1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir.

1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə - incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur. 1923-cü ildə Point Qreydə 9 bina, 4 laboratoriya, kitabxana və elektrostansiyanın tikintisi başa çatır, 1925-ci ildə isə Point Qrey kampusunun rəsmi açılışı olur. Universitet açılış zamanı ilk dəfə tələbələrini elmi dərəcələrlə təltif edir.

II Dünya müharibəsi dövründə universitetdə müdafiə tədqiqatlarına diqqət daha da artırılır. Müharibə elan olunduğu gündən başlayaraq ali məktəbin laboratoriyaları, işçi heyəti, tələbələri, avadanlıqları və s. hökumətin bütün əmrlərini yerinə yetirmək vəziyyətində idi və istənilən köməkliyi göstərirdi. 1945-ci ildə Britaniya Kolumbiyası Universitetində müharibədən sonra sərbəst inkişaf dövrü başlayır: yeni tədris proqramları qəbul olunur, hüquq, ictimai fəaliyyət, əczaçılıq fakültələri açılır, tələbələrin sayı ikiqat artır. 1948-ci ildə universitetin Henninqs Fizika binasında professor Van de Qraff atom generatoru quraşdırır, bir il sonra universitetdə tibb fakültəsi və Antropologiya muzeyi, 1950-ci ildə Ticarət və Təhsil məktəbləri, 1951-ci ildə meşə təsərrüfatı fakültəsi və  tibb bacısı məktəbi açılır. 

Britaniya Kolumbiyası Universiteti 1958-ci ildə 50 illik yubileyini qeyd edir. 1965-ci ildə ali məktəb ən irihəcmli proqramını həyata keçirir - Cənub Kampusunun tikintisinə başlanılır. Həmin kampusun ərazisində 1974-cü ildə Tri-Mezona Universitet Fondu nüvə və hissəciklər tədqiqatları aparmaq üçün nəhəng siklotron quraşdırır. 1981-ci ildə universitetdə klassik yapon Nitobe Memorial Bağının yanında yaradılmış Asiya Mərkəzində Asiya tədqiqatları və Asiya kitabxanası fəaliyyətə başlayır, həmin il elmi-tədqiqatlar aparmaq məqsədi ilə Diskaveri parkı yaradılır.

1993-cü ildə Vankuver şəhərində təşkil olunan "Vankuver Sammiti" zamanı Britaniya Kolumbiyası Universitetində Rusiya prezidenti Boris Yeltsinin və ABŞ prezidenti Bill Klintonun görüşü olur. Həmin il universitetin biokimya üzrə professoru Maykl Smit genlərin sıralanmasını müəyyən edən "yönəldilmiş mutagenez sahəsi" novator işinə görə kimya üzrə Nobel mükafatına layiq görülür. Universitetin Şimal Kelouna kampusunun açılışı da bu ilə təsadüf edir. 1996-cı ildə universitetdə jurnalistika məktəbinin yaradılması qərara alınır və bir il sonra məktəbin rəsmi açılışı olur. 1997-ci ildə universitetin Antropologiya muzeyində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatı çərçivəsində iştirakçı ölkələr arasında ticarətin liberallaşması mövzusunda liderlərin iqtisadi müşavirəsi keçirilir.

2001-ci ildə ali məktəbdə Robson Meydanının açılışı baş tutur, 2004-cü ildə isə universitetdə 2000-ci ildə vəfat etmiş Maykl Smitin adını daşıyan elmi-tədqiqat laboratoriyası yaradılır. Bir il sonra Britaniya Kolumbiyası Universitetinin Okanaqan Kampusu açılır. 2006-cı ildə doktor Stifen Tup universitetin prezidenti seçilir və hazırda o, bu vəzifəni icra edir. Həmin il Kanadanın almaz hasilatına rəhbərlik edən universitetin məzunu Çarlz Fipke Okanaqan kampusunda yeni İnnovasiya Tədqiqatları Mərkəzinə 6 milyon Kanada dolları bağışlayır. 2008-ci ildə Vankuver kampusunda ali məktəbin İrvinq Barber Tədris Mərkəzinin rəsmi açılışı olur. Hazırda Britaniya Kolumbiyası Universitetində yeni-yeni tədqiqat laboratoriyalarının, yataqxanaların və s. müəssisələrin yaradılması davam edir, proqramlar qəbul olunur, bir sözlə, ali təhsil ocağı gələcəyin ən güclü elm mərkəzinə çevrilmək məqsədi ilə sürətlə inkişaf edir.   

Büdcə və təhsil haqqı  

2009-2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetinin illik gəlirləri 1472140000 Kanada dolları olub. Həmin məbləğin 859402000 dolları hökumət qrantları, 136130000 dolları qeyri-hökumət qrantları və ianə, 186797 dolları investisiya, 326425000 dolları təhsil haqqı, 256155000 dolları satış və xidmətlər, 80825000 dolları isə amortizasiya hesabına əldə olunan gəlirlərdir.

Həmin il universitetin illik xərcləri isə 1687180000 Kanada dolları təşkil edib. Xərclərin 878701000 dollarını əməkhaqqı,127143000 dollarını əməkdaşların müavinəti, 62235000 dollarını təqaüd və kreditlər, 82545000 dollarını qrant və borcların ödənilməsi, 63867000 dollarını mütəxəssis və məsləhət xidmətləri, 28581000 dollarını utilitlər, qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.

2009-2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetində təhsil haqqı proqram və fakültədən asılı olaraq yerli tələbələr üçün 3614 (Tibb bacısı), 4518 (İncəsənət, Əczaçılıq, Sosial fəaliyyət və s.), 10135 (Hüquq), 15457 (Stomatologiya, Tibb) Kanada dolları arasında, əcnəbi tələbələr üçün isə 16894 (Tibb bacısı), 21118 (İnəsənət, İctimai fəaliyyət və s.), 42909 (Təhsil/Pedaqogika) Kanada dolları arasında dəyişib.

Britaniya Kolumbiyası Universitetində də tələbələrə müxtəlif məbləğdə təqaüdlər təklif olunur (500, 2000, 3000, 5000 Kanada dolları və s.). Təqaüdlər, ilk növbədə, akademik nailiyyətlər əldə etmiş, yaxşı oxuyan, eləcə də ictimai fəaliyyət, idman, incəsənət və s. sahələrdə uğur qazanmış tələbələrə semestrin və ya tədris ilinin sonunda təqdim edilir.   

Universitet bu gün 

 Vankuver şəhəri Sakit okeanın sahilində və sahil boyu uzanan Nort-Şor dağlarının arasında yerləşir. Vankuver Şimali Amerikanın ən gözəl şəhərlərindən biridir və dünyanın 127 şəhəri arasında keçirilən sorğuda "yaşamaq üçün dünyanın ən arzuolunan şəhəri" kimi təsnif edilib. Bu il fevralın 12-dən 28-dək Vankuverdə keçirilən qış Olimpiya və Paralimpiya oyunları şəhəri daha da məşhurlaşdırıb. Şəhərin təmiz havası, yumşaq iqlimi, gözəl təbiəti bura çoxlu sayda turist cəlb edir.

Britaniya Kolumbiyası Universiteti Vankuer, Okanaqan, Şimali, Robson Meydanı kampuslarından və Britaniya Kolumbiyasında yerləşən Tibbi Təhsil korpusundan ibarətdir. Vankuver kampusu (Əsas kampus) Point Qrey yarımadasının qərbində, Vankuver şəhərində yerləşir və Britaniya Kolumbiyası Universitetinin akademik və inzibati nüvəsi hesab edilir. Kampusun yaxınlığında Universitet Fonduna məxsus 763 hektar meşə massivi yerləşir. Meşə Vankuver şəhəri və kampusu arasında "yaşıl qurşaq" kimi xidmət edir. Vankuver kampusu, öz növbəsində, çoxlu sayda elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi Cənub və yataqxanaların, müxtəlif xidmət mərkəzlərinin (polis, yanğın idarələri, banklar, mağazalar) cəmləşdiyi Şərq kampuslarından ibarətdir. Vankuver şəhərciyinin binalarının çoxu yeni olsa da, ən qədim bina burada 1877-ci ilə aiddir. Kampusda zəngin floraya malik parklar, "Qədim Dendari" botanika bağı, Nitobe Memorial yapon bağı, Antropologiya muzeyi, Çen İfaçılıq İncəsənəti Mərkəzi yerləşir. 

Okanaqan (Kelouna da deyilir) kampusu 2005-ci ildə yaradılıb və Okanaqan gölünün yanındakı Kelouna şəhərinin şimal-şərqində, beynəlxalq aeroportun yaxınlığında yerləşir. Bu kampus tədris və elmi-tədqiqatların, innovasiyaların, mədəni və ictimai həyatının zənginliyinə görə seçilir. Hazırda kampusda genişmiqyaslı yataqxana və tədris komplekslərinin tikintisi həyata keçirilir.

Şimali kampus Vankuver şəhərciyinin cənub-şərqindədir və Saymon Freyzer Universiteti, Emili Karr İncəsənət və Dizayn, Texnologiya institutları və Britaniya Kolumbiyası Universitetinin əməkdaşlığı çərçivəsində geniş tədqiqatlar aparmaq məqsədi ilə yaradılıb. Robson Meydanında beynəlxalq konfranslar, forumlar, konsertlər və digər tədbirlər keçirilir. Tibbi Təhsil korpusunda 75 tibb müəssisəsi, 22 böyük və orta regional hospital tələbələrin xidmətindədir.

Britaniya Kolumbiyası Universitetinin nəzdində Vankuver kampusunda 12 fakültə (Tətbiqi elmlər, İncəsənət, Tədqiqatların davam etdirilməsi, Stomatologiya, Pedaqogika, Meşə təsərrüfatı, Ali tədqiqatlar, Yer və qida sistemləri, Hüquq, Tibb, Əczaçılıq və Elmlər fakültələri) və 12 məktəb (Memarlıq və Landşaft Arxitekturası, Tibb Bacısı, Jurnalistika, Kitabxana, Arxiv və İnformasiya Tədqiqatları, Musiqi, İctimai Fəaliyyət, Souder Biznes, İnsan Kinetikası, Audiologiya və Nitq Elmləri, Əhali və Səhiyyə, Cəmiyyət və Regional Planlaşdırma, Ekoloji Sağlamlıq məktəbləri), Fənlərarası Tədqiqatlar və Sağlamlıq İntizamı kollecləri, Okanaqan kampusunda isə Yaradıcı və Kritik Tədqiqatlar, Pedaqogika, Tətbiqi elmlər, Sağlamlıq və sosial inkişaf, Menecment fakültələri, Ali Tədqiqatlar Kolleci, eləcə də İrvinq Berber İncəsənət və Elmlər, İctimai Fəaliyyət, Tibb Bacısı məktəbləri fəaliyyət göstərir. Hər fakültə, məktəb və kollec, öz növbəsində, bir neçə departament və bölmədən ibarətdir. Universitetin ən böyük fakültəsi 1915-ci ildə yaradılmış və 20 departamentdən ibarət olan İncəsənət, ikinci ən böyük fakültəsi isə 1964-cü ildə yaradılan və 15 departamentdən ibarət olan Tətbiqi elmlər fakültəsidir.

Britaniya Kolumbiyası Universitetinin kitabxanası Kanadanın ikinci ən böyük elmi-texniki kitabxanasıdır. Kitabxana sisteminə 5,4 milyon cild kitab, 5,2 milyon mikrofilm, 808000 xəritə, audio, video və qrafik materiallar, 56000 seriyalı abunə, 261000 elektron kitab, Qərbi Kanadada ən böyük biotibbi kolleksiya, Kanadada ən böyük Asiya dillərində olan kitab toplusu daxildir. 1963-cü ildə general-mayor Viktor Odlum universitetə şəxsi kolleksiyasından 10000 kitab hədiyyə edib və bu kitablar Rokvuds Kitabxana Mərkəzində yerləşdirilib. Universitetin hazırda İrvinq Barber Təhsil Mərkəzi adlandırılan əsas kitabxanasında avtomatlaşdırılmış qorunma və informasiya axtarışı bölmələri var. Əsas kitabxanadan başqa, universitetin böyük kitabxanalarından Asiya, Okanaqan, Uolter Koerner, Xwi7xwa kitabxanalarını qeyd etmək olar. Kitabxanaların 20 filialı və 3 xəstəxana bölməsi daxil olmaqla burada 300-dən çox əməkdaş çalışır. Britaniya Kolumbiyası Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar Assosiasiyasının üzvüdür.

Britaniya Kolumbiyası Universitetinin icraedici orqanına İdarəçilər Şurası, Palatalar Şurası, prezident, vitse-prezidentlər, dekanlar daxildir. Hazırda universitetin 12-ci prezidenti və vitse-kansleri Stifen Tup, prorektoru və akademik işlər üzrə vitse-kansleri Devid Farrardır. Universitetdə ümumilikdə 13622 işçi çalışır. Onların 4669 nəfəri professor-müəllim, qalanları isə inzibati işçilərdir. Bundan əlavə, universitet xəstəxanalarında və "TRIUMF" fondunda 7000-dən çox əməkdaş fəaliyyət göstərir.

Britaniya Kolumbiyası Universitetində Vankuver və Okanaqan kampusu daxil olmaqla ümumilikdə 52136 nəfər tələbə təhsil alır. Onlardan bakalavrların 36771 nəfəri Vankuver, 5609 nəfəri isə Okanaqan kampusunda, magistr və doktorantların isə 9350 nəfəri Vankuver, 406 nəfəri isə Okanaqan kampusunda oxuyur. Burada təhsil alan əcnəbi tələbələrin sayı isə 6403 nəfərə bərabərdir. Əcnəbi tələbələrin əksəriyyəti ABŞ, Çin, Cənubi Koreya, Yaponiya, Honqkonq, İndoneziya, Böyük Britaniya, Meksika, Malayziya və s. ölkələrdən olan gənclərdir.

Britaniya Kolumbiyası Universitetində yerli xalqların (hinduların) nümayəndələri üçün təşkil edilmiş Lonqhaus aborigen tələbələr üçün "komfort zonası" hesab edilir və onların mədəniyyət və fəaliyyətlərini öyrənən mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin dekanı, dekan müavini, müəllimləri var. Lonqhaus Mərkəzi yerli əhali və metislərdə sahibkarlıq keyfiyyətlərini gücləndirmək, onların mədəniyyətlərini qorumaq və inkişaf etdirmək,  konkret ehtiyaclarının ödənilməsi üçün şərait yaratmaq məqsədi daşıyır.

Britaniya Kolumbiyası Universitetinin Vankuver kampusunda 8000-dən çox tələbə və əməkdaş yerləşdirmək imkanına malik 8 yataqxana kompleksi var (Merin Drayv, Thunderbird, Vanier Pleys, Uolter Qeyc, Fervyu Kresent, Totem Park, Akadiya Park, Rits). Birinci kurs tələbələrinin əksəriyyəti ümumi otaqlı Totem Park və Vanier Pleys yataqxanalarında qalır. Akadiya Park yataqxanası uşaqlı tələbələr üçün nəzərdə tutulub. Vankuver kampusunda birillik yataqxana qiymətləri belədir: ümumi otaq - 3840, birnəfərlik otaq - 4400, 4720 Kanada dolları.

Okanaqan kampusunda yerləşən yataqxanalar yüksək şəraitə malik 1300 birotaqlı nömrələrdən ibarətdir. Bu kampusdakı yataqxanalardan Similkamin Pleys, Kassiar, Kalamoka, Nikola, Valhalla, Kaskad, Yuxarı Kaskad, Monaşi Pleysi qeyd etmək olar. Okanaqan kampusundakı yataqxanalarda 1 illik (2 semestr) qalmaq qiyməti 4400 Kanada dolları təşkil edir.

Kampusda müxtəlif mədəniyyətləri təmsil edən insanlarla yaşamaq tələbəyə zəngin həyat təcrübəsi bəxş edir. Universitetin Mənzil Ofisi tələbələrə həm akademik, həm sosial, həm də mənəvi dəstək olur, onların uğur əldə etmələri üçün müxtəlif tədbirlər keçirir. Rezidensiyaların yaşıl parkların əhatəsində, meşənin, Sakit okeanın yaxınlığında yerləşməsi tələbələrin istirahəti üçün çox gözəl şərait yaradır. Tələbələrin ən sevimli məşğuliyyəti okean sahili boyu piyada gəzintidir. Burada yerləşən Vrik Biç (Wreck Beach) dünyanın ən böyük çimərliklərindən biridir.

Britaniya Kolumbiyası Universitetinin tələbə mətbuatı çox zəngindir. Vankuver kampusunda həftədə iki dəfə çıxan "The Ubyssey" qəzetini, Okanaqan kampusunda iki həftədən bir çıxan "The Phoenix" qəzetini, aylıq dərc olunan "The Graduate" jurnalını, CiTR "Thunderbird Radio" kampus radiosunu, radiostansiyanın dərc etdiyi "Discorder" musiqili və əyləncəli jurnalı, "The Knoll" siyasi proqressiv nəşrini, "Point" həftəlik idman qəzetini, iki həftədən bir dərc olunan "Underqround" Bakalavr Cəmiyyətinin qəzetini, "The 432" saytı və iki həftədən bir dərc olunan satirik nəşri, "PRISM international" saytı və ədəbiyyat jurnalını, ildə iki dəfə çıxan "Cinephile" elmi jurnalını və s. buna sübut kimi göstərmək olar.

Britaniya Kolumbiyası Universitetinin idman komandası universiteti Kanadada və bütün dünyada təşkil edilən idman yarışlarında yüksək səviyyədə təmsil edir. Universitetdə Duq Mitçel Thunderbird, kroket, üzgüçülük, qayalara dırmaşma, dodze mərkəzləri, trenajor zalları mövcuddur, tələbələrə demək olar ki, idmanın bütün növləri ilə məşğul olmaq üçün şərait yaradılıb.

Dünyanın aparıcı universitetlərindən biri olan Britaniya Kolumbiyası Universiteti qlobal vətəndaşlığı, möhkəm vətəndaş cəmiyyətinin yaranmasını,  önəmli tədqiqatları dəstəkləyən xüsusi təhsil mühiti yaradaraq Kanadanın və bəşəriyyətin insanlarına xidmət edir. Universitet ictimai rifahın möhkəmləndirilməsi məqsədi ilə idarəetmənin və təhsil standartlarının ən yüksək səviyyəsini özündə əks etdirir.   

Universitetin məşhur məzunları 

  Co Klark Kanadanın sabiq Baş naziri  
  Con Törner Kanadanın sabiq Baş naziri  
  Kim Kempbell  Kanadanın sabiq Baş naziri  
  İndira Samarasekera Alberta Universitetinin hazırkı prezidenti  
  Devid Turpin  Viktoriya Universitetinin 6-cı prezidenti  
  Lalitx Gemeyc  Şri-Lanka İnformasiya Texnologiyası İnstitutunun icraçı direktoru  
  Con Sveynson "Computer Associates" korporasiyasının icraçı direktoru   
  Bertram Brokhaus  fizika üzrə Nobel mükafatı laureatı (1994)  
  Robert Mandell iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1999)  
  Qalya Reyd yazıçı  
  Ketlen Hiddl  avarçılıq üzrə üçqat Olimpiya çempionu  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov