Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb

Bookmark and Share

İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi.

Təhsil naziri Misir Mərdanov konfransı açaraq  KİV nümayəndələrini salamladı, dəvəti  qəbul edib gəldiklərinə görə onlara minnətdarlığını bildirdi. Ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə media nümayəndələrini tanış edən nazir  imtahanlarda ölkə üzrə 88815 nəfərin (96,54 faiz) iştirak etdiyini və onlardan 74832- sinin (84,26 faiz) müvəffəq qiymət aldığını söylədi. Təhsil naziri əvvəlki illərlə müqayisədə müvəffəq qiymət alanların sayının çoxaldığını diqqətə çatdırdı.  

Qeyd olundu ki, Bakı şəhərinin 11 rayonundakı, Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələrinin nəzdindəki məktəblər üzrə imtahanlarda 23222 nəfər XI sinif şagirdindən 23037-si (99,20 faiz) iştirak edib. Onlardan 21441 nəfər (93,07 faiz) müvəffəq qiymət alıb.

Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə imtahanlarda  8168 şagirdin iştirakı nəzərdə tutulsa da, 8048-i (98,53 faiz) bu  imtahanlara qatılıb və 7420-si  (92,20 faiz) müsbət nəticə göstərib.  Ölkəmizin 59 kənd rayonunun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş  60152 nəfərdən  57273-ü (95,21 faiz) imtahanda iştirak edib və onlardan 45515-i (79,47 faiz) müvəffəqiyyət qazanıb.

Bakı şəhəri məktəbləri  üzrə imtahanlarda 24933, Sumqayıt şəhəri üzrə isə 4083 nəfər iştirak edib. Bakı şəhəri üzrə ümumi nəticə 92,74 faizdir.  Bakı şəhərinin rayonları arasında ən yüksək nəticə - 95,45 faiz Xətai rayonuna  məxsusdur. Nazir paytaxtın digər  rayonlarında, eləcə də respublikanın bölgələrində keçirilən  imtahanların nəticələri ilə bağlı statistik rəqəmləri açıqladı,  bu il 14 minə yaxın XI sinif şagirdinin  bir və ya bir neçə fəndən qeyri-kafi qiymət aldığını bildirdi.

Verilən məlumatdan aydın oldu ki, cari dərs ilində  müxtəlif fənn olimpiadaları və beynəlxalq səviyyəli  idman yarışlarının qalibi olduğuna görə 51 və müvafiq qaydalar əsasında - xəstə olmaları, evdə təhsil almaları  və digər səbəblərdən isə  551 nəfər  buraxılış imtahanlarından azad olunub.

Nazir  eksternat qaydasında imtahan vermək  üçün də hər cür şəraitin yaradıldığını, əsas və orta təhsil  kursu üzrə 103, habelə bu il   buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən 13 nəfərin iyunun 23-də həmin qayda ilə  imtahan verəcəyini bildirdi.

Təhsil naziri  imtahanlarla bağlı yaradılmış apelyasiya komissiyasının fəaliyyətə başladığını qeyd etdi.  Şagirdlərin apelyasiya müraciətlərinin təhsil aldıqları rayon və şəhərlərin təhsil şöbələrində  qəbul edildiyini deyən nazir  Bakı şəhərində  həmin komissiyanın 276 nömrəli məktəbdə təşkil olunduğunu söylədi. Qeyd olundu ki, yerlərdə imtahanlarla bağlı ərizə və şikayətlərin qəbulu 2010-cu il 26 iyun tarixinədək davam edəcək.

Mətbuat konfransında daha sonra bildirildi ki, ötən tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış  8586 nəfər imtahan vermək üçün müraciət edib, 6413 nəfərin  (74,69 faiz) orta təhsil kursu üzrə  təkrar buraxılış imtahanlarında iştirakı təmin olunub. Onlardan  3852 nəfər (60,07 faiz) müvəffəq, 2173 nəfər (25,31 faiz) isə qeyri-kafi qiymət alıb. Nazir orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinin  yekunlaşdırıldığını, imtahan aparılan fənlər üzrə  imtahan verənlərin attestatına yazılan yekun qiymətləri barədə məlumatların Təhsil Nazirliyinin İnternet saytının  (www.edu.gov.az) imtahan bölməsində yerləşdirildiyini və bu il tətbiq edilən yeniliklərdən birinin  gənclərin İnternetdən  imtahanların nəticələri ilə yanaşı, onlara verilən attestatların seriya və nömrələrini də öyrənə bilmələri olduğunu söylədi. Təhsil naziri  Bakı və Sumqayıt şəhərlərində artıq  attestatların verilməsinə başlanıldığını diqqətə çatdırdı.

Nazir Misir Mərdanov ölkənin orta  ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarına ildən -ilə daha məsuliyyət və tələbkarlıqla yanaşıldığını deyərək, bunun şagirdlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərdiyini söylədi. Orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının əhəmiyyətinə toxunan nazir  onu da bildirdi ki, XI sinfin attestatını almaq üçün şagird minimum biliyə və bacarığa malik olmalıdır.

Nazir  daha sonra ölkə təhsilində tətbiq edilən yeni qiymətləndirmə sistemindən, məktəbdaxili,  milli  və beynəlxalq qiymətləndirmə proqlamlarının həyata keçirilməsindən, bu sahədə görüləsi vacib işlər  barədə ətraflı söz açdı.

Konfransın sonunda  təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı.

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov