Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"

Bookmark and Share

İyunun 22-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) "Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı" mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbirdə institutun professor-müəllim heyəti, BDU-nun Sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Vəli Əliyev və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq, dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranmasında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd edildi ki, müstəqilliyimizin ilk illərində yaranmış xaos və hərc-mərclik dövlətimizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müdrik siyasəti və qəti tədbirləri sayəsində dövləti məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir siyasətçidir. Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev nəinki xalqımızın, bütün dünya xalqlarının qəlbində daim yaşayacaqdır.

Sonra söz professor İzzət Rüstəmova verildi. O, Heydər Əliyevin rəhbərliyi altında çalışdığını və ulu öndərlə dünyanın bir çox ölkələrində olduğunu vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Heydər Əliyevin dünyada böyük nüfuza və hörmətə malik olduğunu qeyd edən İ.Rüstəmov onunla hər bir azərbaycanlının fəxr etdiyini bildirdi. Dövlətimizin durmadan artan uğurlarının qazanılmasında ümummilli liderin xidmətlərini yüksək qiymətləndirdi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.

Tədbirdə çıxış edən professor Vəli Əliyev dövlətçilik tarixindən danışdı. O, Heydər Əliyevi müasir Azərbaycanımızın qurucusu olduğunu və onun ideyaları əsasında formalaşan dövlətimizin sürətlə inkişaf etdiyini bildirdi. Ömrünü Vətəninə və dövlətinə həsr edən ulu öndərin bütün sahələrə olduğu kimi, təhsil sahəsinə verdiyi töhfələrdən danışan natiq, Heydər Əliyevin elm adamlarına və təhsil işçilərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından danışdılar. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov