Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı

Bookmark and Share

"Təhsilin əsasları" fənninin tədrisinin əhəmiyyəti, onun məqsədi və vəzifələri haqqında "Azərbaycan müəllimi" qəzetində bir sıra müəlliflərin geniş mülahizələri verilmişdir.  "Təhsilin əsasları" fənninin məqsədi nəzəri və praktik baxımdan səriştəli müəllimlər hazırlamaq, yeni fənn kurikulumlarının uğurla həyata keçirilməsinə nail olmaq, təhsilin ehtiyaclarını reallaşdırmağı bacaran yaradıcı pedaqoji kadrlar yetişdirməkdir.

Qoyulmuş məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının təhsil siyasətinin əsas prinsiplərini həyata keçirən, nəzəri bilikləri tətbiq edə bilən, peşə ustalığını artıran, praktik bacarıqlar əldə edən müəllimlər hazırlamaq zərurəti yaranır.

"Təhsilin əsasları" fənninin məzmun xətlərindən biri də  cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatıdır. Bu məzmun xəttində hər bir tələbə üçün demokratik cəmiyyətin ehtiyaclarını ödəyə bilən, təhsil sistemində maraqlı tərəflərin hüquq, vəzifə və məsuliyyətləri ilə tanış olmaqla bir sıra sənədlərin araşdırılması əhəmiyyətli hesab edilir.

Təlim-tədris prosesində belə araşdırmalar müəllim-şagird münasibətlərinin, eləcə də təlim mühitinin hüquqi baxımdan düzgün təşkili üçün zəruri hesab edilir. Təhsil alanlar cəmiyyətin (ölkənin, bölgənin, şəhərin, kəndin) təhsil ehtiyaclarını öyrənir, araşdırır, nəticələr əldə edir və təlim prosesində tətbiq edir. Onlar həmçinin cəmiyyətin ehtiyaclarının hüquqi sənədlərdə necə təsbit edildiyini tətbiq etməklə müəyyənləşdirir və bunu təlim prosesində əlaqəli şəkildə təhlil edərək nəticə əldə edir.

Təhsil alanlar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası,  Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu və s. kimi sənədləri araşdırır, öz mülahizələrini dəqiqləşdirməklə nəticə əldə edir.

Cəmiyyətdə gedən ictimai, iqtisadi dəyişikliklər, dünyada gedən qloballaşma, eləcə də elmi-texniki tərəqqi təhsilin ehtiyaclarını müəyyənləşdirən əsas amillərdir.

Azərbaycan Respublikasının təhsil standartları hazırlananda şagirdlərin, müəllimlərin, valideynlərin, təhsilin digər iştirakçılarının maraq və ehtiyacları ciddi şəkildə araşdırılmış və bunun əsasında təklif edilən deyil, ehtiyac duyulan məsələləri əhatə edən kurikulumların hazırlanmasına nail olundu. Yəni, cəmiyyətin təhsilə olan ehtiyacları yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya müəyyən edildi.

Cəmiyyətdə ictimai dəyişikliklər və yeni təhsil ehtiyacları tədris olunarkən, totalitar rejimdən demokratik keçidin başlanması, bununla bağlı cəmiyyətin rəyinin həlledici rol oynamağa başlaması, qarşılıqlı münasibətlərin əsasında demokratik prinsiplərin durması ilə bağlı müəllimin sualları əsasında mülahizələr aparılır. Aşağıdakı suallar verilir:

- əvvəllər necə cəmiyyətdə yaşayırdıq, indi hansı cəmiyyətdə yaşayırıq?

- totalitar rejimdə qərarlar necə qəbul edilirdi, bəs demokratik cəmiyyətdə?

- insanlar arasında münasibətlər haqqında nə deyə bilərsiniz?

Cavablar əsasında ümumiləşmə aparılır və müəllim qeyd edir ki, cəmiyyətdə baş verən dəyişikliklər iqtisadi dəyişiklikləri diktə edir:

- planlaşma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid;

- iqtisadiyyatın müxtəlif sektorlarının inkişafının əmək bazarına təsiri;

- əmək bazarında rəqabət;

- bütün vətəndaşların sosial rifahının təmin edilməsi üçün təhsilin əhəmiyyəti.

Slayd izah edilir.

Dünyada gedən qloballaşmanın təhsil qarşısında qoyduğu tələblər də eyni qaydada təhlil olunur. Elmi-texniki tərəqqi və yeni təhsil ehtiyacları tədris olunanda müəllim sual verir: "Siz Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini oxumusunuz? Həmin hekayədə Novruzəlinin məktubu poçtla necə göndərdiyi yadınızdadır?". Fərziyyələr dinlənilir.

Müəllim yenə sual verir: "Bəs indi siz məktubu necə göndərirsiniz?". Gəlin müqayisə edək. Müəllim ümumiləşmə aparır. Görürsünüzmü, elm və texnikanın inkişafı məlumatların xassələrini, göndərmə vasitələrini, həcmini, keyfiyyətini, sürətini dəyişmişdir. Bu dəyişikliklər təhsilə ciddi təsir göstərmişdir.

Sonra slayddakı elmi-texniki tərəqqi və yeni təhsil ehtiyacları mətni təhlil edilərək təhsilin inkişafının əhəmiyyətini qeyd edir:

- elmin, texnikanın sürətli inkişafı informasiya bolluğu yaratdı;

- informasiyaların sürətlə dəyişkənliyi onların yaddaşlarda mühafizə edilməsini azaltdı;

- insanlar artıq informasiya mühafizəçilərinə deyil, informasiya istifadəçilərinə çevrildi;

- informasiyaların əldə edilməsi imkanlarını genişləndirmək üçün müvafiq texnologiyalardan istifadə aktuallaşdı;

- təhsilin məzmunu və təlimin təşkili əsaslı şəkildə dəyişildi.

Təhsil ehtiyaclarını təmin edən hüquqi sənədlərlə bağlı qərarlar qəbul edərkən cəmiyyətin ehtiyaclarının nə qədər əhəmiyyətli olmasını qeyd edərək müəllim bu ehtiyacların hüquqi sənədlərdə öz əksini tapdığını qeyd etdi. Müəllim bu sənədlərin hansılar olduğunu sual verir. Müxtəlif hüquqi sənədlər sadalanır. Auditoriyadan mülahizələr alınır. Slayddakı sənədlərlə müqayisə edilir. Slaydda

- Azərbaycan Respublikasının Konstitusiyası;

- Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu;

- Ümumdünya İnsan Haqları Bəyannaməsi;

- BMT-nin Uşaq Hüquqları Konvensiyası var.

Bu sənədlərdə təhsil iştirakçılarının hüquq, vəzifə və məsuliyyətləri verildiyi qeyd olunur. "Təhsilin əsasları" fənninin tədrisində təhsil alanlar nəyi öyrənməyin, niyə öyrənməyin və necə öyrənməyin mahiyyətini müəyyənləşdirirlər.

Napoleon Bonapartın dediyi kimi, onlar biliyi real şəkildə istifadə etmək üçün toplayır, praktik yönümlü təhsil alırlar. Yeni informasiya-kommunikasiya texnologiyalarına yiyələnirlər. Təhsil alanlar məktəbə idarəçilikdən məlumatlanmışlar kimi gedirlər. Bütün bunlar onların əmək bazarında işləmələrinə stimul yaradır və onların işlə təmin edilməsi üçün sifarişçilərin sayını artırır.

Rəşid CABBAROV,

AMİ-nin Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru 

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov