Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 

Beynəlxalq müsabiqələr laureatı

Bookmark and Share

Xüsusi  ifaçılıq qabiliyyəti və istedadı ilə fərqlənən Prezident təqaüdçüsü Toğrul Hüseynlinin uğurları çoxdur. İlk öncə o, görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq teatrının solisti seçilib. Bakı Musiqi Akademiyasının nəzdindəki Pedaqoji  hazırlıq  kafedrasında təhsilə başlayıb,fortepiano ifaçılığına  yiyələnib.

9 yaşında olarkən Nazim  Əliverdibəyov adına  gənc ifaçıların  4-cü ümumşəhər  müsabiqəsinə qatılaraq  birincilik əldə edib. Toğrul beynəlxalq müsabiqələrdə də müvəffəqiyyətlər qazanıb. 2005-ci ildə Cürcüstanda keçirilən  pianoçuların II beynəlxalq müsabiqəsində  III yeri tutaraq bürünc medala layiq görülüb. 2006-cı ildə Rauf Adıgözəlovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik  Orkestri ilə  filarmoniyada konsert verib. 2008-ci ildə ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsinin qalibi olub. Heydər Əliyev  Fondunun  dəstəyi ilə  Qəbələdə keçirilən  Beynəlxalq musiqi festivalında da uğur qazanıb.

Gənc ifaçı növbəti uğurunu isə  Belarusda keçirilən  musiqi festivalında qazanıb.Böyük bir musiqi bayramı yaşandığını qeyd edən  Toğrulun sözlərinə görə, 4-cü dəfədir ki, Belarusda belə bir möhtəşəm musiqi festivalı keçirilir. O, Gənclər Akademiyasında olarkən dünya şöhrətli musiqiçi və tanınmış sənətçilərlə görüşüb,onlardan həm ustad,həm də fərdi dərslər alıb. Bir həftə ərzində 2 konsert verildiyini deyən Toğrul, bunlardan birinin  Musiqi Akademiyasının böyük zalında,digərinin isə  Belarus Dövlət  Filarmoniyasında  baş tutduğunu  söylədi. Bildirdi ki, Gənclər Akademiyasının ilk konsertində  ən istedadlı musiqiçilər iştirak edirdi. Final konsertində isə Azərbaycanın təmsilçiləri daha çox fərqləndilər.

Toğrul Hüseynlinin uğurları şübhəsiz bunlarla bitmir. O, 2009-cu ilin noyabrında Azərbaycan Dövlət Filarmoniyasında  Prezident təqaüdçülərinin hesabat konsertində  Verdi - List Konsert parafrazasını uğurla ifa etmişdir. 2009-cu il dekabrın 4-də  isə  istedadlı gənc Beynəlxalq  Uşaq Olimpiadasına  həsr olunmuş konsertdə maestro Teymur Göyçayevin dirijorluğu və Azərbaycan  Dövlət Uşaq Simfonik Orkestrinin müşayiəti  ilə T.Quliyevin "Qaytağı" pyesini məharətlə ifa edərək tamaşaçıların böyük  rəğbətini qazanıb. 2009-cu ilin 8-14 dekabr tarixlərində  ölkəmizin mədəni həyatında  önəmli hadisələri kimi M.Rostropoviç adına  Beynəlxalq  musiqi festivalı keçirilirdi. T.Hüseynli  bu festival çərçivəsində  dekabrın 13-də filarmoniyanın səhnəsində baş tutan konsertdə də  yaddaqalan ifaçılardan biri oldu. O, 2009-cu il martın 2-də  F.Şopenin 200 illik yubileyi münasibətilə  keçirilən festivalda  Polşa pianoçusu S.Deya və ölkəmizin bir sıra  pianoçuları ilə  eyni səhnəni paylaşaraq  müvəffəqiyyət  qazanıb. T.Hüseynli  bu il Bülbül adına Orta İxtisas  Musiqi Məktəbini  fərqlənmə attestatı ilə bitirib.

İncəsənətdə  nail olduğu bütün müvəffəqiyyətlərə görə Toğrul Hüseynli  ölkə rəhbərinə təşəkkürünü belə ifadə etdi: - Bütün müsabiqələrdə qazandığım uğurlara görə Azərbaycan dövlətinə, möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.   

Sifai SƏFƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov