Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

2009-2010-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmiş, xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada  materialları  hazırlanıb yerlərə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Kimyadan olimpiada məsələləri", "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi", "İstedadlı uşaqların psixoloji təminatı", "İstedadın psixoloji diaqnostikası" adlı kitablar çap olunmuş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Fənn olimpiadalarının rayon (şəhər)  mərhələsinin I turunda 49301,  II turunda 8616, Respublika turunda 1138  nəfər iştirak etmişdir.

Olimpiadaların nəticələri cədvəldə  göstərilən kimi olmuşdur:

 

  Fənlər İştirakçıların sayı Qaliblərin sayı  
Cəmi I II III IV
Azərbayjan dili və ədəbiyyat 232 68 3 6 9 50
Azərbayjan tarixi 224 48 2 6 9 31
Riyaziyyat 161 52 3 6 9 34
Fizika 120 24 2 3 7 12
Kimya 144 58 7 7 13 31
Biologiya 222 79 2 6 10 61
İnformatika 35 17 4 4 4 5
Cəmi: 1138 346 (30,4 %) 23 (2,0%) 38 (3,3%) 61 (5,4 %) 224 (19,7 %)

Yerlərdə olimpiadalara hazırlıq mərkəzləri yaradılmış, xüsusi istedadı ilə fərqlənənlərin obyektiv seçimi aparılmışdır. Bu səbəbdən də fənn olimpiadalarının yekun turunda şagirdlərin əksəriyyəti yüksək nəticə göstərmişdir.

Respublika turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan  şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax,  Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki, Oğuz rayonlarının şagirdləri daha çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa nail olmuşlar.

Bakı şəhəri 27, 83, 171, 264, 304 nömrəli məktəblərin, 287 nömrəli "Zəkalar" liseyinin,  Bağça-məktəb-lisey kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin,  Sumqayıt şəhəri təbiət və texniki elmlər liseyinin,  Təbiət elmləri təmayüllü gimnaziyanın, Balakən rayonu texniki və humanitar liseyin, Culfa rayonu Bənəniyar kənd, Ağcabədi şəhər 3, Zərdab şəhər 1, Neftçala rayonu  Xıllı qəsəbə 1 nömrəli, İsmayıllı rayonu Mican kənd orta məktəblərinin, bilavasitə  nazirlik nəzdindəki akademik Zərifə Əliyeva adına orta məktəbin, Heydər Əliyev adına, kimya-biologiya təmayüllü, "Zəngi", "Tərəqqi" liseylərinin, S.C.Pişəvəri adına humanitar fənlər, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaların şagirdləri  daha yaxşı nəticələr göstərərək qaliblər sırasında  olmuşlar.  

Ötən illərdə olduğu kimi, cari ildə də respublikada fəaliyyət  göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl  liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmiş, bu liseylərin 47 nəfər şagirdi I-IV yerlərə layiq görülmüşdür.

Bir sıra rayonlarda (Samux, Bərdə, Sabirabad, Biləsuvar, Göygöl, Şamaxı) seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, olimpiadanın yekun turunun iştirakçılarından 39(3,4%) nəfəri "0", 77(6,8%) nəfəri isə "1-10"  bal toplamışdır.

Göstərilənləri nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Məktəblilərin 2009-2010-cu dərs ilində  fənn olimpiadalarının nəticələri  haqqında münsiflər heyətləri sədrlərinin təqdimatları nəzərə alınsın.

2. Fənn olimpiadalarının Respublika turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan  şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax,  Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki, Oğuz  rayonlarının və respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.

3. Samux, Bərdə, Sabirabad, Göygöl, Şamaxı, Ağsu, Salyan, Masallı, Qobustan, Xocavənd rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayonların təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.

4. Fənn olimpiadalarına şagirdlərin hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və 2010-cu ildə  keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma  layiq  görülmüş müəllimlərin hər birinə 115 (yüz on beş) manat məbləğində mükafat verilsin (əlavə 1).

5. Fənn olimpiadalarının keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən Respublika münsiflər heyəti  sədrlərinin hər biri 110( yüz  on) manat, məsul katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin hər biri 50(əlli) manat pulla mükafatlandırılsınlar (əlavə 2).

6. Naxçıvan MR Təhsil  Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki, əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji  kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkara çıxarılmasına, onlar üçün səmərəli təhsil şəraitinin yaradılmasına, fənn olimpiadalarının təşkili və keçirilməsinə  xüsusi diqqət yetirsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin. 

Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyun 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov