Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət planına (2.4 və 7.4-cü bəndlər) əsasən yerlərdə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı VIII-X sinif şagirdləri arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə 2010-cu ilin mayında Bakı şəhərində tanınmış alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılmışdır.

Seçim prosesində riyaziyyat fənnindən 311, fizika fənnindən 209,  kimya fənnindən 171,  biologiya fənnindən 250 nəfər, cəmi 941 nəfər şagird iştirak etmişdir. Yekun turunda 1 nəfər IV (riyaziyyatdan Bakı şəhəri 76 nömrəli məktəbin şagirdi Ömərov Faiq İlham oğlu), 6 nəfər XI sinif şagirdi də könüllü olaraq iştirak etmişdir. Şagirdlərə  riyaziyyat, fizika, kimya fənlərinin hər birindən 50, biologiya fənnindən 60 test təklif olunmuş, nəticələr 100 ballıq sistemlə qiymətləndirilmişdir.

 287 nömrəli "Zəkalar" liseyinin  X sinif şagirdləri Şahlar Məmmədov, Faiq Hüseynov, Əli Əliyev, Qoşqar Məmmədzadə (hər biri 95 bal), Heydər Əliyev adına liseyin XI sinif şagirdləri Eltun Mirzəzadə, Aqil Zeynallı (hər biri 90 bal), Şəmkir şəhər Füzuli adına orta məktəbin VIII sinif şagirdi Kərəm Əsgərov, Bakı Avropa Liseyinin VIII sinif şagirdi Vüsal İbrahimli, Şəki şəhəri 5 nömrəli orta məktəbin X sinif şagirdi Dərya Həkimzadə, bilavasitə nazirlik nəzdindəki fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri İzzət Mansuroğlu, Aqşin Namazov (hər biri 86 bal), Qəbələ rayonu Zarağan kənd 1 nömrəli orta məktəbin X sinif şagirdi Rəsul Həmidli (85 bal)  riyaziyyatdan, Bakı şəhəri 312 nömrəli orta məktəbin X sinif şagirdi Yusif Padarov (84 bal), Biləsuvar rayonu Nərimankənd kənd orta məktəbinin X sinif şagirdi Cavad Məmmədbəyli (80 bal), Bakı Avropa Liseyinin VIII sinif şagirdi Vüsal İbrahimli, Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin X sinif şagirdi Orxan Həsənli (hər biri 72 bal), Bakı şəhəri 134 nömrəli Beynəlxalq Təhsil Kompleksinin X sinif şagirdi Mikayıl Quliyev (70 bal) fizikadan, Heydər Əliyev adına liseyin X sinif şagirdi Nərgiz Müştaqzadə (84 bal), Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin IX sinif şagirdi Canmirzə Ağacanov (82 bal), Ağdaş şəhər S.Vurğun  adına 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Şəlalə Mustafazadə, 287 nömrəli "Zəkalar" liseyinin X sinif şagirdi Kamran Əliyev (hər biri 78 bal), Ağdaş rayonu təbiət, texniki və humanitar fənlər təmayüllü liseyin IX sinif şagirdi Əhmədiyyə Tağıyev (76 bal), Qəbələ rayonu Nohurqışlaq kənd orta məktəbinin X sinif şagirdi Zeynəb Hacıbəyli (74 bal)  kimyadan, Sumqayıt şəhəri təbiət və texniki elmlər liseyinin müvafiq olaraq X, IX sinif şagirdləri Fatimə Camalova (78,3 bal), Türkan Sultanlı (71,6 bal), A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyanın VIII sinif şagirdi Sevid Məmmədzadə (71,6 bal), Bakı şəhəri akademik Zərifə Əliyeva adına orta məktəbin X sinif şagirdi Leyla Cəfərova, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli orta məktəbin IX sinif şagirdi Elnarə Xeyrəddinli (hər biri 70,0 bal) biologiyadan ən yüksək nəticə göstərmişlər.

Yekun seçim turunda ötən illə müqayisədə 321 nəfər, o cümlədən riyaziyyatdan 92, fizikadan 78, kimyadan 41, biologiyadan 110 nəfər artıq şagird iştirak etmişdir. Əvvəlki illərlə müqayisədə göstəriciləri yüksək olan şagirdlərin sayı da xeyli artmışdır. Seçim turunda nazirlik tabeliyindəki Heydər Əliyev adına, Bakı Avropa, fizika-riyaziyyat və informatika təmayüllü liseylərin, akademik Zərifə Əliyeva adına orta məktəbin, Bakı şəhəri 134 nömrəli Beynəlxalq Təhsil Kompleksinin, 287 nömrəli "Zəkalar" liseyinin, 191,  312 nömrəli məktəblərin, Quba rayonu texniki təmayüllü liseyin,  Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın, təbiət və texniki elmlər liseyinin, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli, Biləsuvar rayonu Nərimankənd kənd, Şəmkir şəhər Füzuli adına, Şəki şəhəri 5 nömrəli orta məktəblərin şagirdlərinin göstəriciləri daha yüksək olmuşdur.

Qeyd olunanlarla yanaşı, seçimin yekunlarına dair hazırlanmış reytinq cədvəlindən aydın olur ki, seçim turuna bir sıra rayonlardan (Sabirabad, İmişli, Salyan, Ağsu, Lerik, Daşkəsən, Yevlax, Xaçmaz), həmçinin BSU-nun nəzdindəki humanitar, Memarlıq və İnşaat Universiteti nəzdindəki fizika-riyaziyyat təmayüllü liseylərdən və Odlar Yurdu Universitetinin nəzdindəki "Britaniya məktəbi"ndən bu tədbirdə iştirak üçün istedadı ilə fərqlənənlər deyil, təsadüfi şagirdlər göndərilmişdir. Həmin şagirdlərin cavabları aşağı balla, bəziləri isə hətta "0" balla qiymətləndirilmişdir. Belə hallar, ilk növbədə, müvafiq təhsil şöbələrinin və məktəb direktorlarının Dövlət Proqramında icrası nəzərdə tutulan bu vacib məsələyə məsuliyyətsiz və laqeyd münasibətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

Göstərilənləri nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Xüsusi istedada malik olan şagirdlərin aşkara çıxarılması ilə bağlı 2010-cu ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilmiş yekun seçim turunun nəticələri nəzərə alınsın (əlavə olunur).

2. Seçimin yekunlarına görə I, II, III yerlər tutmuş şagirdlər müvafiq diplomlarla təltif edilsinlər.

3. Seçim keçirilmiş fənlər üzrə aparılan qiymətləndirmənin nəticələri barədə məlumat (reytinq cədvəli) müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və bilavasitə nazirlik nəzdindəki təhsil müəssisələrinə göndərilsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə nazirlik nəzdindəki ümumtəhsil müəssisələrinin direktorları:

4.1. Bu əmrin məzmununu pedaqoji kollektivlərə çatdırsınlar, istedadı ilə fərqlənən şagirdlərin aşkara çıxarılması və inkişafı sahəsində məqsədyönlü tədbirlərin davam etdirilməsini müntəzəm nəzarətdə saxlasınlar.

4.2. Hər bir məktəbdə ayrı-ayrı fənlər üzrə istedadı ilə fərqlənən  VI-X sinif şagirdlərini müəyyən edib, məktəb, rayon (şəhər) üzrə "İstedad bankı"na daxil etsinlər və onlar haqqında məlumatı 2010-cu il dekabrın 15-dək nazirliyə göndərsinlər.

4.3. Dövlət Proqramı çərçivəsində çap olunmuş və yerlərə çatdırılmış "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Kimyadan olimpiada məsələləri",  "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi", "İstedadlı uşaqların psixoloji təminatı", "İstedadın psixoloji diaqnostikası" və başqa ədəbiyyatlardan səmərəli istifadə üçün zəruri tədbirlər görsünlər.

4.4. İstedadlı şagirdlərin rəğbətləndirilməsi, onlara təqaüdlərin və barələrində dövri mətbuatda yazıların verilməsi istiqamətində lazımi tədbirlər həyata keçirsinlər.

4.5. "Kiçik Akademiyalar" vasitəsilə xüsusi istedada malik şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif səviyyəli elmi-təcrübi konfransların, kiçik olimpiadaların və digər bilik yarışlarının keçirilməsini təşkil etsinlər.

4.6. Bu əmrin 3-cü bəndində qeyd olunan məlumatları ətraflı təhlil edib, seçimin yekunlarına görə şagirdlərin zəif nəticə göstərmələrinin səbəblərini araşdırıb müvafiq qərar qəbul etsinlər.

4.7. Əmrin yerinə yetirilməsinin gedişi vəziyyəti barədə 2010-cu ilin dekabrında nazirliyə ətraflı arayış göndərsinlər.

5. Aparatın rəhbəri (İ.Pirməmmədov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) birlikdə seçim tədbirlərində daha yüksək nəticə göstərmiş şagirdlərin görkəmli alimlərlə görüşlərinin təşkil olunması, onların həmin alimlər tərəfindən elmi himayəyə götürülməsi istiqamətində ardıcıl iş aparsınlar.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.     

Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 iyun 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov