Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı

Bookmark and Share

İyunun 30-da "Park İNN Azərbaycan" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır. Azərbaycanda elmin hərtərəfli inkişafı istiqamətində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətini xüsusi vurğulayan icraçı direktor demişdir ki, elm həmişə cəmiyyətin fövqündə duran bir məsələdir və onun inkişafı yeni texnologiyaların tətbiqi ilə üzvi surətdə bağlıdır.

E.Babayev demişdir ki, Fondun əsas məqsədi ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini, digər elmi tədbirləri qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq və s. məsələlərdən ibarətdir. Bu gün elan olunan müsabiqə ölkəmizdə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsinə təkan verəcəkdir.

Müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr, təşkilatlar, elmi iş aparan QHT-lər və digər qurumlar iştirak edə bilərlər. Qrant layihəsi öz tipinə görə fərdi və müştərək ola bilər. Öz kateqoriyasına görə bu qrantlar ölkədaxili, regional və beynəlxalq layihələr şəklində verilə bilər. İcra müddəti bir qayda olaraq bir ildir. Lakin xüsusi əsaslandırılmış hallarda bu, 2 və 3 il müddətində də həyata keçirilə bilər. Qrantların verilməsində konkret bir məbləğ üzərində dayanılmamışdır. Qrantlar kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya bölünmüşdür. Öz xarakterinə görə qrant layihələri bir elm və ya bir neçə elm sahəsini əhatə edə bilər.

Diqqətə çatdırılmışdır ki, qrant layihələrinin bölüşdürülməsi prinsipinə - fundamental və tətbiqi xarakterli qrant layihələri, elmin ayrıca götürülmüş sahəsinin inkişafına böyük həcmli qrant layihələrinin ayrılması, məqsədli, xüsusi qrant layihələri və axtarış-innovasiya yönümlü layihələr daxildir.

Bütün bu layihələrin idarə olunması daim diqqət mərkəzində saxlanılacaqdır və bunun üçün lazımi işlər görülmüşdür.

E.Babayev ildə iki dəfə belə müsabiqələrin keçirilməsinin nəzərdə tutulduğunu demişdir. Bu, hər ilin may və noyabr aylarının 10-da reallaşacaqdır. Vurğulanmışdır ki, cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.

Tədbirdə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və şuranın digər üzvləri iştirak etmişlər.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov