Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

"Təhsil və mətbuat" mövzusunda regional konfrans

Bookmark and Share

İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Təhsil və mətbuat" mövzusunda regional konfrans keçirilmişdir.

Milli mətbuatın 135 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən konfransda təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Aqil Abbas, respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbiri açaraq iştirakçıları salamlamış və konfransın Horadiz şəhərində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.

Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə məlumatların obyektiv surətdə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamışdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin işğaldan azad olunmuş ərazidə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir.

İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli, "Ayna" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Hafiz Tahirov konfransda çıxış etmişlər, təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda təhsildən yazan jurnalistlərin ixtisaslarının artırılması, "reket" qəzetlərlə mübarizə, bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, jurnalistika fakültələrində təhsil alan tələbələrin ixtisaslaşdırılması, təhsil və media münasibətlərindən bəhs olunmuşdur.

Konfransda iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək, Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, ümummilli lider Heydər Əliyevin müstəqil mətbuata verdiyi önəmdən danışmış, KİV-lərdə dərc olunan yazılarda obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulamışdır.

Sonra tədbir iştirakçıları Zobucuq qəsəbəsindəki orta məktəb və uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov